Mənəviyyata Açılan Pəncərə

İbadətdə təmkin və ciddiyyət

 

وَمَنْ يُعَظِّمْ شَعَائِرَ اللّٰهِ فَإِنَّهَا مِنْ تَقْوٰى الْقُلُوبِ

Allahın şəarinə (şüarına) hörmət etmək, şübhəsiz ki, qəlblərin təqvasındandır (Allahdan qorxmasındandır). {“Həcc” surəsi, 22/32}

 عَنْ أَب۪ي هُرَيْرَةَ  قَالَ: سَمِعْتُ رَسُولَ اللّٰهِ  يَقُولُ: «إِذَا أُق۪يمَتِ الصَّلَاةُ فَلَا تَأْتُوهَا وَأَنْتُمْ تَسْعَوْنَ، وَأْتُوهَا وَأَنْتُمْ تَمْشُونَ وَعَلَيْكُمُ السَّك۪ينَةُ، فَمَا أَدْرَكْتُمْ فَصَلُّوا وَمَا فَاتَكُمْ فَأَتِمُّوا»

Əbu Hureyrə (r.a.) Allah Rəsulunun (s.ə.s.) belə buyurduğunu rəvayət edir:

“Namaz üçün iqamə oxunanda (namaza çatma təlaşı ilə) qaça-qa­ça deyil, təmkinlə yeriyə-yeriyə gəlib namaza qoşulun. Çata bil­di­yiniz rükətləri imamla birlikdə, qalan əvvəlki rükətləri isə özü­nüz tamamlayın”. [Buxari, Azan 20; Müslim, Məsacid 151]

Exit mobile version