11. 680 dəfə oxunub ,   0 şərh   Çap et

İbadətin şəri (dini, şəriət) mənası “xalis bir niyyətlə, savab qazanmaq niyyəti ilə, Allaha yaxın olmağı düşünərək edilən ibadət”dir. “İbadət” deyəndə həm itaət, həm də qürbət, yəni Allaha yaxınlaşma mənaları da nəzərdə tutulur.

İbadət – düşüncələri Allaha doğru çevirmək üçündür. İnsanın Allaha yönəlməsi Ona itaətin nəticəsidir.

Allaha itaət (tabe olmaq) və Onun hikmətli qanunlarına boyun əymək insanı ən mükəmməl intizam çərçivəsinə salır. İnsanın nizam və intizama tabe olması ilə də kainatda var olan hikmətin sirləri açılır. Deməli, insanın ibadətinin birinci mənası bundan ibarətdir – Allahı haqqı ilə dərk etmək, müşahidə etmək (seyrlə dərk etmək) və şükür etmək.
İbadət insanı kamilliyə aparır. Kamillik də yuxarıda deyildiyi kimi, Allahı layiqincə dərk etməkdən, müşahidə etməkdən və şükür etməkdən başlayır. “Göylərdəki və yerdəki ordular Allahın ixtiyarındadır” (“əl-Fəth” surəsi, 48/4) ayəsinin və “Hər şeyin Allahı təqdis etdiyini” ifadə edən (“əl-İsra” surəsi, 17/44) ayəsinin bildirdiyinə görə, səma və yerin bütün varlıqları Allahın qanunlarına qeydsiz-şərtsiz əməl etdiyi üçün ən kamil sənət naxışlarına, gözəllik və ahəngə malikdir.

Bu cansız varlıqlar Allaha itaət etməklə Allahın onlarda yaratdığı gözəllikləri, gizli qabiliyyətləri və sənət sirlərini zahirə çıxara bilərlər. Əgər onlar Allahın yaradılış planına tabe olmasa idilər, bu gözəlliklər də meydana gələ bilməzdi. Fikrimizi açıqlamaq üçün bir misala müraciət edək. Əgər ağaclar havanı təmizləməsə idi, onların bu qabiliyyəti necə ortaya çıxacaqdı və ya onların bu təmizləmə “cihazı” necə dərk ediləcəkdi?

O zaman insan da yer üzünün ən şərəfli varlığı, hətta yer üzündə Allahın xəlifəsi olmaq üçün Allahın qanunlarına qeydsiz-şərtsiz tabe olmalıdır ki, ondakı bu müstəsna üstünlüklər də meydana çıxmış olsun.

İnsan ağıl və iradə sahibi bir varlıq olmaqla yanaşı, potensial¬ dəyərləri etibarilə mələklərdən üstündür. Bu üstünlük də onun bilmək və əşyanın mahiyyətini anlamaq qabiliyyəti ilə ölçülür. Yəni insanı mələklərdən üstün edən onun ibadəti deyildir. Əgər üstünlük ibadətlə olsa idi, mələklər daha üstün olardılar. Çünki onların ibadəti Hz. Adəmin (ə.s.) ibadətindən  çoxdur.
Ən mükəmməl varlıq olan insanda ilahi hikmətin minlərlə sirri ehtiva olunmuşdur. Axı Allah insanı Kainat Kitabını özündə cəmləşdirən bir nüsxə və on səkkiz min aləmin bir mündəricatı olaraq yaratmışdır! İnsanda bu gizli qabiliyyət və sirlər bir çəyirdəyin inkişaf edib meyvə verməsi kimi, Allaha itaətlə cücərir və şaxələnir. Əgər insan maddi orqanını və mənəvi duyğusunu Allahın əmr etdiyi istiqamətə sərf etməklə ibadət və itaət edərsə, Allahın əmanəti olan hər bir nümunə, hər bir təcəlli onun aləminə bir pəncərə olar; insan o pəncərədən həmin aləmə baxar, o aləmdə təcəlli edən ilahi sifət və o aləmdə görünən ilahi ismə bir güzgü olar, onları özündə əks etdirər. O zaman insan da ruhu və cismi ilə qeyb və şəhadət (gizli və görünməyən) aləminin bir xülasəsi olar, maddi aləmi gözü ilə seyr etdiyi kimi, qeyb və şəhadət aləmini də mənəvi gözü ilə seyr edər. Belə olarsa, insan həm Allahın onda görmək istədiyi kamillik mərtəbəsinə yüksələr, mükəmməlləşər, həm də o sifətləri izhar edər, göstərər. Buna görə də İslam aləminin nəhəng şəxsiyyətlərindən biri olan Muhyiddin Ərəbi “Mən gizli bir xəzinə idim. Məni tanısınlar deyə məxluqatı (canlı və cansız aləmləri) yaratdım” məalındakı hədisi-şərifi aşağıdakı kimi izah etmişdir: “Məxluqatı yaratdım ki, Mənə güzgü olsun və bu güzgüdə Öz camalımı görüm”.[1]

Beləliklə, insanın Allaha qulluğunun – ibadətin əsas mənası aydın olur.
İbadət insana özünü dərk etmək imkanı verir. İnsan özü ilə Allah arasındakı fərqi və münasibəti dərk etməsə, Onun istəklərini bilməsə, Ona ibadət ehtiyacı hiss etməz.
Maddi ehtiyac hiss etməyən insan işləmək istəməz. Elm ehtiyacı hiss etməyən adam təhsil almaq istəməz. İşində müvəffəq olmaq istəyən adam tabe olduğu rəhbərə qulaq asar, onun istəklərini yerinə yetirər. Qocalanda rahat yaşamaq istəyən adam cavanlığında yaxşı işləməyə çalışar ki, çox maaş alsın, təqaüdə çıxanda da aldığı təqaüd çox olsun.
Ölkənin Prezidentinə itaət etməyən adam üsyankardır, özbaşına olan adam cəzaya məhkumdur, həkimin təyin etdiyi müalicəyə əhəmiyyət verməyən xəstə şikəstliyə və ya ölümə məhkumdur, mü¬əl¬limin tərbiyəsini dinləməyən şagird və tələbə tərbiyəsizliyə. Ölkə başçısı ölkənin inkişafı, həkim xəstənin sağalması, müəllim şagirdlərinin tərbiyəsi üçün itaət və qulluq tələb edir. İnsanı yaradan Allah da onu kamillik səviyyəsinə yüksəltmək və son qayə olan əbədi səadət aləminə sakin etmək üçün qulluq və itaət tələb edir.
Bütün bunlar insanın fani dünyada müvəqqəti həyatını təmin etmək üçün ağlını, iradəsini işlətməsinə aiddir.
Bəs Allah və axirət məsələsində?
Allahı dərk edən və axirətinin rahat, gözəl olmasını istəyən adam:
1) Allahın hüzurunda öz qüsurunu, acizliyini və möhtac olduğunu görür, Allahın Rububiyyəti, Qüdrəti və Rəhməti qarşısında heyrət və məhəbbətlə Ona səcdə (sitayiş) edir.
2) Eyni zamanda Allahın Rububiyyətinin sonsuz qüdrəti tələb edir ki, insan öz zəifliyini və bütün məxluqatın nə qədər aciz olduğu¬nu görərək İlahi Qüdrətin böyüklüyünü nümayiş etdirən əsərlərə hey¬ran olsun və bu heyranlıq içində Allahın böyüklüyünü dərk etsin, “Allahu Əkbər” desin, təvazökarlıqla boyun əyib Ona təvəkkül etsin.
Axı insan çox zəifdir, möhtacdır, yoxsuldur! O nəinki ətraf aləm¬lər, hətta öz bədənindəki gözə görünməyən mikroblar qarşısında da acizdir. İlk baxışda insanla müqayisədə çox zəif görünən bir ağcaqanad onu məhv edir. Təbii fəlakətlər insanı və onun varını-yoxunu bir həmlədə yerlə yeksan edir.
İnsanın yeməyə, içməyə, istirahətə, elm öyrənməyə, hər şeyə, hər şeyə ehtiyacı vardır. Halbuki Allah-Təala onun bu ehtiyaclarını lütf etməsə, özü əldə edə bilməz.
3) Buna görə də Allahın Rububiyyətinin sonsuz mərhəmət xəzinəsi də istəyir ki, insan dua edərək öz ehtiyacı ilə birlikdə, bütün məxluqatın da ehtiyac və acizliyini dilə gətirib Rəbbinə şükür etsin, “əlhəmdullilləh” desin.
Deməli, namazda icra edilən hərəkətlər və deyilən sözlər bu mənaları ifadə edir ki, bunlar da Allah tərəfindən əmr edilmişdir.
İbadətin mənası yalnız bunlarla bitmir. İbadət haqqında bilmədiklərimiz bildiklərimizdən çoxdur.
“Yaradılışın qayəsi” kitabından

________________________________________
[1]. Mühyiddin Ərəbi (H. 560-638) – Böyük təsəvvüf alimi, bir çox elmi kitabların, o cümlədən “Fütuhati-Məkkiyyə” və “Füsusul-Hikəm” adlı məşhur əsərlərin müəllifidir. Buna görə də ona “Şeyx Əkbər” adı verilmişdir. İspaniyada anadan olmuş, Anadolu və Ərəbistanı gəzmişdir. İrəli sürdüyü fikirlər doğru olsa da, çətin anlaşıldığı üçün barəsində müxtəlif cəza tədbirləri görülmüş və elə bu mülahizələrə görə də edam edilmişdir.



Açar sözləri

cavablar slider

Bənzər məqalələr

Səhabələrin Allah yolunda infak etməsi necə idi ?

Allah Rəsulunun insanları infaqa (Allah yolunda vermək) təşviq etməsi Hz. Cərir (r.a.) rəvayət edir: “Səhərin erkən vaxtında Allah Rəsulu ilə birlikdə oturmuşduq. Bu əsnada yalın ayaqlı və əyinlərində əba, bellərində qılınc bir dəstə mudarlı gəldi. Allah Rəsulu onların yoxsul halını görüncə kədərləndi, üzünün rəngi dəyişdi. İçəriyə girdi, sonra da çölə çıxıb Bilala azan oxumağı əmr […]

Daha çox savab qazanmaq üçün başqa nə edə bilərik?

1. Ramazan ayında hər gün iki dəfə oruc tutmaq istəyirsiniz? Ramazan ayında hər gün iki dəfə oruc tutmaq istəyirsinizmi? Yaxşı, elə isə bunu necə etmək olar? Zeyd b. Xaliddən rəvayət edilən hədisdə Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) sanki, ramazan ayını iki qat oruclu keçirməyin yolunu göstərir: “Kim bir orucluya iftar verərsə, o orucluya verilən savab […]

Bütün orqanlarla oruc

Ramazan ayında oruc tutan hər bir müsəlman bilir ki, yemək, içmək və cinsi münasibət orucu pozur. Oruc ibadəti yemək-içməkdən və cinsi əlaqədən uzaq durmaqla yanaşı, sözün əsl mənasında, bütün orqanların iştirakı ilə reallaşır. “Mədə yeyib-içməkdən qorunduğu kimi, dil də yalandan, pis sözdən, boş söhbətlərdən uzaq olmalıdır. Göz harama, yanlış yerlərə baxmamalı, kiminsə

Namazın mahiyyəti və mənası

CAVAB: Namaz, əslində bir duadır, ancaq digər ibadətlərin xülasəsini ehtiva edən bir dua. Bundan əlavə, edilən duaların müəyyən qismi də namazla əlaqədardır. Namaza başlayarkən müəyyən dualar oxuduğumuz kimi, namazın müxtəlif rüknlərində və  salam verib namazı bitirdikdən sonra da bəzi dualar oxuyuruq. Ancaq namazın mahiyyəti Haqq-Təalanı təsbeh etmək – “Subhanallah” demək, Ona şükür etmək – “Əlhamdulillah” demək […]

Televiziya proqramlarından qazanılan pul halaldırmı?

CAVAB: televiziya proqramlarında təşkil edilən yarış proqramlarının hamısından qazanılan mükafatların halal yoxsa  haram olduğu haqda ümumi bir hökm vermək doğru deyildir. Şans və qumar xarakterli olmayıb, insan haqlarına hörmətlə yanaşan, yarışa qatılanların arasında obyektiv və adil seçim edilərək müəyyən bir məlumat və bacarığın yoxlandığı yarış proqramlarından qazanılan mükafatın alınması caizdir, halaldır.


Şərh yaz