3. 581 dəfə oxunub ,   0 şərh   Çap et

Sual: İbadətin mənası nədir? İbadət nə üçün əmr olunub?

Cavab: İbadətin mənası qulun Allahın hüzurunda öz qüsurlarını, acizliyini və fəqirliyini görüb Onun Rübubiyyəti[1], Qüdrəti və Rəhməti qarşısında heyrət və məhəbbətlə səcdə etməsidir. Yəni hər şeyi maddi və mənəvi yöndən tərbiyə edib kamala çatdıran Aləmlərin Rəbbi Allahın hakimiyyət və Rübubiyyət səltənəti qulluq və itaəti tələb etdiyi kimi, Rübubiyyətinin müqəddəsliyi, paklığı da istəyir ki,  qul öz qüsurunu görüb tövbə ilə, yəni “Əstağfirullah” deyərək Rəbbinin bütün nöqsanlardan pak və tərtəmiz olduğunu elan etsin, Onun sapqın və yanlış anlayışlar və ya inancsızlıq içində çabalayanların batil və əsassız düşüncələrinin təmiz və uca, kainatın qüsurlarından çox-çox uzaq olduğunu təsbihlə –“Subhanallah” deyərək hayqırsın. Həmçinin ilahi rübubiyyətin sonsuz qüdrəti istəyir ki, qul öz zəifliyini və məxluqatın acizliyini görməklə, İlahi Qüdrətin mükəmməl əsərlərinə heyrət etməklə “Allahu Əkbər” deyib təvazökarlıqla rükuya gedərək Ona təvəkkül etsin.

Həmçinin ilahi rübubiyyətin sonsuz rəhmət xəzinəsi qulun öz ehtiyacını, bütün məxluqatın ehtiyaclarını dua və səna dili ilə ərz etməsini, Rəbbinin ehsan və nemətlərinə həmd və şükürlə “Əlhamdulillah” deməsini istəyir.

Deməli, namazın hərəkət və sözləri bu mənaları özündə birləşdirdiyinə və bizim bilmədəyimiz digər səbəblərə görə Allah tərəfindən təsbit edilərək əmr olunmuşdur.

[1] Rübubiyyət – Cənabi-Haqqın hər zaman, hər yerdə, hər məxluqlara möhtac olduğu şeyləri verməsi.



Açar sözləri

ibadət qulluq

Bənzər məqalələr

Peyğəmbərimiz və səhabələrin namazı

Möminin meracı sayılan namaz imanın əkiz qardaşı kimidir. Başqa sözlə, imanın əməli şəkli namaz, namazın da nəzəri şəkli imandır.

Nə üçün namaz?

İnsan yaradılış baxımından çox zəifdir. Hər şey ona təsir edib əziyyət verir. İnsan həm də acizdir. Düşmənləri və bəlaları saysız-hesabsızdır. İnsan xəstəliklər, təbiətdəki fəlakətlər, ölüm qarşısında gücsüzdür.

Yüzdən biri…

Uca Allah rəhməti yüz hissədir. Bunlardan birini insanlar, cinlər, heyvanlar və həşəratlar arasına endirib. Onlar bu səbəblə bir-birlərini sevər və bir-birlərinə acıyarlar.

Allaha yaxınlaşmaq

Möminin əsas amalı və hədəfi Uca Allaha daha yaxınlıq və inandığı dəyərləri insanlara çatdırmaqdır.

Qulluq və sileyi-rəhm

O kəslər ki, Allahın birləşdirilməsini əmr etdiyi şeyləri birləşdirir (qohumluq əlaqələrini qoruyub saxlayır, mö´minlərə hörmət edir), Rəbbindən və (qiyamət günü çəkiləcək) pis haqq-hesabdan qorxurlar.


Şərh yaz