1. 708 dəfə oxunub ,   0 şərh   Çap et

 Sual:Madam ki, qulluğun, ibadətin savabı axirətdə verilir, onda biz nə üçün yağış namazına və duasına çıxırıq?

Dünyəvi məqsədlər o növ dua və ibadətlərin vaxtlarıdır. O məqsədlər, qayələr və hədəflər deyil. Yağış namazı və duası bir ibadətdir. Quraqlıq o ibadətin vaxtıdır. Yoxsa o ibadət və dua yağış yağdırmaq üçün deyil. Əgər sırf o niyyətlə olsa, o dua, o ibadət xalis olmadığı üçün qəbul edilməyə layiq olmaz.

Elə isə Ay və Günəş tutulmalarında edilən ibadətlərin hikmətləri nələrdir?

Necə ki, günəşin batması axşam namazının vaxtıdır. Günəşin və ayın tutulmaları da kusuf və husuf adlanan namazlarınvaxtlarıdır. Hikməti isə, “Quran”ın ifadəsi ilə (İsra, 17/12) gecə və gündüzun nurani ayələri olan Ay və Günəşinpərdələnməsi ilə ilahi əzəməti (Allahın böyüklüyü, əzəmətliliyi) elan etməyə səbəb olan bir hal meydana gəldiyindən, Cənabi-Haqq qullarını o vaxtlarda daha çox ibadətə dəvət edir. O namaz Ay və Günəşin açılması üçün deyildir. Çünki bu tutulmaların nə qədər davam edəcəyi, onların nə vaxt açılacağı Allahın göstərdiyi əlamətlərə əsasən rəsədxanalarda müəyyən edilə bilir. Bəlaların və zərərli şeylərin çoxalması da bəzi duaların xüsusi vaxtlarıdır. Belə ki, insan aciz olduğunu dərk etdiyi vaxt dua və niyaz ilə mütləq qüdrət sahibi Allah-Təalanın dərgahına sığınır. Əgər dua çox edildiyi halda, bəlalar davam edirsə, deyilməməlidir ki, “Dua qəbul olmadı” əksinə deyilməlidir ki; “Duanın vaxtı bitmədi, davam

edir.” Əgər Cənabi-Haqq mərhəmət və kərəmi ilə bəlanı ortadan qaldırarsa, onda deməli ki, duanın vaxtı bitdi. Demək ki, dua bir ibadətdir. İbadətin əsası isə, xalis bir şəkildə Allah rızası üçün olmasıdır. Yəni biz yalnız acizli yimizi göstərib dua ilə ona sığınmalıyıq. Nəticəsini Allahdan gözləyib, hikmətinə etimad etməliyik. Mərhəmətini ittiham etməməli, icraatlarına qarışmamalıyıq. “(Ya Rəsulum!) Məgər göylərdə və yerdə olanların (mələklərin, insanların, cinlərin), qanadlarını açıb (Qatar qatar) uçan quşların Allahı təqdis edib şəninə təriflər dediklərini görmürsənmi?! Allah onlardan hər birinin duasını, şükür-sənasını (yaxud onların hər biri öz duasını, şükür-sənasını) bilir. Allah onların nə etdiklərini (layiqincə) biləndir!” (ən-Nur, 24/41)

Bu ayədən belə çıxır ki, duaların müxtəlif növləri var.

Ümumi mənada duaları üç yerə ayıra bilərik.

Birincisi, istedad və qabiliyyət dili ilə edilən dualardır. Bütün çəyirdəklər və toxumlar bu dillə dua edərlər. Beləliklə,onların kiçik həqiqətləri sünbül və meyvə vermiş böyük bir ağac həqiqətinə çevrilir. Səbəblərin bir araya gəlməsi də bu növ bir duadır. Məsələn, su, istilik, torpaq və işıq sanki bir çəyirdəyin ətrafında toplanaraq: “Ya Rəbbi, bu toxumu ağaca çevir!” deyirlər. Yoxsa ağılsız, şüursuz, bəsit maddələr toxumu

ağaca çevirmək qüdrətindən çox-çox uzaqdır. Bu mövzuda bəzilərinin vaxtında yaxşı gübrə və su verməyin bitkilərinyaxşı böyüməsinə səbəb olduğunu söyləyərək, nəticəni maddi səbəblərə bağlamaları bir xətadır. Çünki səbəblərin bir araya gəlməsi qüvvətli bir duadır. Amma səbəblərin olması, hələ əskik bir duadır. Dua qəbul edilmədiyi zaman, bütün səbəblər qüsursuz bir şəkildə hazır olsa belə, heç bir şey yaradılmaz. Məsələn, çox yerlərdə bəzi meyvə ağacları bir il meyvə verir, yəni Allah rəhmət xəzinəsindən onlara verir, o ağaclar da bizə verirlər. Amma o biri il, bütün zahiri səbəblər hazır olduğu halda, meyvəni alıb vermirlər.

İkincisi, fitri ehtiyac dili ilə edilən dualardır. Bütün canlılar iqtidarları daxilində olmayan zəruri ehtiyacları üçün məxluq (yaradılmış) olmaları yönü ilə, mütləq sonsuz səxavət sahibi olan Allah -Təalaya istəklərini ərz edirlər. Həyatlarının davamı üçün iradə və qüdrətlərinin xaricində, bilmədikləri yerdən tam münasib bir vaxtda ruzi və digər istəkləri onların imdadlarına göndərilir. İqtidarları xaricində olmasına baxmayaraq, arzu və istəklərinə çatmaları, bunun bir dua nəticəsində olduğunu göstərir.

 Üçüncüsü, şüur sahibi canlıların ehtiyac dairəsindəki dualarıdır. Bu da bir neçə yerə bölünür.

A) Çətinliyə düşənlərin duası “Nəml” surəsinin 62-ci ayəsində “Darda qalıb çətin vəziyyətə düşən, dua edəndə duasını qəbul edib, onu dardan qurtaran kimdir?” -buyurulur. Dara düşən hər kəs qəti bir surətdə məchul bir himayəçiyə sığınaraq onu qurtarması üçün dua edir, yəni Allaha yönəlir.

B) Fitri ehtiyaca tam münasib, uyğun dua

C) İstedad və qabiliyyət dilinə yaxınlaşmış dua

D) Saf, xalis qəlbin dili ilə dua

Bu dörd növ dua, adətən məqbuldur (qəbul edilir). İnsanların əldə etdikləri nailiyyətlərin əksəriyyəti, kəşflər və ixtiralar, bir növ duanın nəticələridir. Yəni bu gün mədəniyyət xaruqələri sayılan şeylər əslində, istedad və qabiliyyətlərin elmi fəaliyyətlərlə xalis bir dua etmələri  nəticəsində verilən ilahi lütf və ehsanlardır. Sanki insanlar Allahın onlara verdiyi istedad və qabiliyyətləri elmi araşdırmalara yönəldərək “Bunun nəticəsini ver, Allahım!” deyə dua etmişlər. Allah da kainatda cari qanunlarının gərəyi olaraq, bu duaları qəbul etmişdir. İstedad dili və fitri ehtiyac dili ilə edilən dualar bir əngəl olmazsa, şərtləri yerinə yetirilərsə, həmişə məqbuldur. Amma burada diqqət ediləcək bir xüsus var. Süleyman Əleyhissəlam Bəlkisin taxtını Yəməndən yanına gətizdirdikdən sonra “Quran”ın ifadəsi ilə belə dedi: “Bu,Rəbbimin lütfündəndir (mərhəmətindəndir). Məni imtahana çəkməyi üçündür ki, görək (Onun nemətinə) şükür edəcəyəm, yoxsa nankor olacağam! Kim (Rəbbimin nemətinə) şükür etsə, yalnız özü üçün (öz xeyrinə) şükür edər; kim nankor olsa, (bilsin ki) həqiqətən, Rəbbim (onun şükürünə) möhtac deyildir, kərəm sahibidir!” (Allah dünyada qədir bilənə də, nankora da, möminə də, kafirə də lazımınca ruzi və gün-güzəran verər, cunki O, tükənməz mərhəmət sahibidir!)” (ən-Nəml, 27/40). Bu baxımdan bir nüv dua nəticəsində bizə bəxş edilən mədəniyyət xaruqələrini, texniki imkanları Allahın razı olacağı şəkildə istifadə etmək məcburiyyətindəyik. Mənfi və çirkin məqsədlər üçün istifadə etmək o nemətə qarşı nankorluqdur.

Bundan əlavə bir də məşhur olan dua vardır ki, o da iki yerə bolunur. Feli dua- Məsələn, yeri şumlamaq və ona qulluq etmək, Allahın rəhmət xəzinəsinin qapısını döyməkdir. Səbəblərə riayət edərək yerinə yetirildiyi üçün, bu dualar adətən, qəbul olunur. Çünki o vəziyyət Allahın fitri qanunlarına uyğun, Onun razı olduğu bir hal almaq deməkdir.

Qövli dua: Bu, qəlb ilə və ya dil ilə edilir. Əlimizin çatmadığı, öhdəsindən gələ bilməyəcəyimiz şeylər istənilir. Bunun da ən mühüm tərəfi dua edənin qəlbinin ən incə səslərini belə eşidən, hər şeyə gücü çatan, hər arzusunu yerinə yetirə bilən, acizliyinə mərhəmət edən, ehtiyaclarına cavab verən Sonsuz Qüdrət sahibi bir Zatın hüzurunda olduğunu, Ona sığındığını, güvəndiyini bilməsidir. İnsan üçün bundan böyük təsəlli və arxa ola bilməz.




Bənzər məqalələr

Peyğəmbərimiz və səhabələrin namazı

Möminin meracı sayılan namaz imanın əkiz qardaşı kimidir. Başqa sözlə, imanın əməli şəkli namaz, namazın da nəzəri şəkli imandır.

Nə üçün namaz?

İnsan yaradılış baxımından çox zəifdir. Hər şey ona təsir edib əziyyət verir. İnsan həm də acizdir. Düşmənləri və bəlaları saysız-hesabsızdır. İnsan xəstəliklər, təbiətdəki fəlakətlər, ölüm qarşısında gücsüzdür.

Qurandan faydalanmaq

Qurandan faydalanmaq üçün nələrə diqqət etmək lazımdır?

İslamın əsası doğruluqdur

Rəsulullahın (s.a.s.) “Məni Hud və oxşar surələr qocaltdı” hədisini necə anlamaq lazımdır? 

Yaradılışın qayəsi

Yardılışın qayəsi, yaxud yaradılışın məqsədi. Daha sadə ifadə ilə, biz niyə yaradılmışıq? Bizimlə birlikdə bu dağlar, daşlar, çaylar, göllər, dənizlər, onlardakı balıqlar, heyvanlar, həşəratlar, bitkilər, səma, Günəş, Ay, ulduzlar, qalaktikalar… bütün bunlar niyə var, kimə və nəyə lazımdır?


Şərh yaz