Qünnəsiz idğam deməkdir. Tənvin və ya sakin “nun” hərfindən sonra ل – ر hərflərindən biri gələrsə idğami-bilə qünnə olur. Yəni tənvin ya da sakin “nundan” sonra bu hərflər gələrsə, tənvin və sakin “nun” hərflərə qatılır və bu hərflərin içində itir. Dolayısıyla da bu hərflər ( ل ر ) şəddəli olaraq oxunurlar. Məsələn: هُدىً لِلْمُتَّقِينَ – غَفُورٌ رَحِيمٌ – مِنْ رَبِّهِمْ – مِنْ لَدُنْكَ
İdğami- bilə qünnə ilə səktə üst-üstə düşərsə (eyni yerdə olarsa) səktə oxunur. İdğami-bilə qünnə tərk edilir. Misal: وَقِيلَ مَنْ سكته راَقٍ
Tənvin və sakin “nunun” bu hərflərə idğam olunmasının səbəbi, bir-birlərinə olan məxrəclərinin eyni olmasıdır. Bütün qiraət alimləri idğami-bilə qünnəni tətbiq etmişdirlər. İmam Asimin Həfs rəvayətinə görə bu, qünnəsiz idğam olaraq oxunduğu üçün biz də bunu belə oxumalıyıq.
Sənan Quliyev & Laçın Quliyev