عَنْ سَهْلِ بْنِ سَعْدٍ أَنَّ رَسُولَ اللّٰهِ قَالَ: «لَا يَزَالُ النَّاسُ بِخَيْرٍ مَا عَجَّلُوا الْفِطْرَ»
Səhl ibn Sadın (r.a.) rəvayət etdiyinə görə, Allah Rəsulu (s.ə.s.) belə buyurmuşdur: “Nə qədər ki oruclu insanlar (sünnətə riayət edərək iftar vaxtı girən kimi) iftar açmağa tələsirlər, daim xeyirlə yaşayacaqlar”. [Buxari, Savm 45; Müslim, Siyam 48]
وَعَنْ سَلْمَانَ بْنِ عَامِرٍ الضَّبِّيِّ الصَّحَابِيِّ عَنِ النَّبِيِّ قَالَ: «إِذَا أَفْطَرَ أَحَدُكُمْ فَلْيُفْطِرْ عَلٰى تَمْرٍ، فَإِنْ لَمْ يَجِدْ فَلْيُفْطِرْ عَلٰى مَاءٍ فَإِنَّهُ طَهُورٌ.
Salman ibn Amir əd-Dabbi (r.a.) Allah Rəsulunun (s.ə.s.) belə buyurduğunu nəql edir: “Orucu açarkən (təzə xurma tapmasanız), quru xurma ilə açın. Əgər onu da tapa bilməsəniz, su ilə iftar edin. Çünki su təmizdir, təmizləyicidir və susuzluğu yatırır”. [Əbu Davud, Savm 21; Tirmizi, Savm 10]