29. 876 dəfə oxunub ,   0 şərh   Çap et

İlahi kitablar həcmlərinə görə və göndərildiyi qövmün böyüklüyündən asılı olaraq sühuf (səhifələr) və kitablar olmaqla iki qismə ayrılır.
Səhifələr
Səhifələr azsaylı qövmlərə ehtiyaclarına uyğun göndərilən bir neçə səhifədən ibarət kiçik kitab və risalələrdir. Bunlara sühuf da deyilir ki, o da səhifə sözünün cəm şəklidir. Qurani-Kərimdə peyğəmbərlərə verilən səhifələrdən söz açılır. Müqəddəs Kitabımızda həmçinin Həzrət İbrahimə verilən səhifələrdən və onun nəslindən gələn Həzrət İshaq, Həzrət Yaqub, Həzrət Süleyman, Həzrət Yusif və Həzrət Zəkəriyya (əleyhimüssəlam) kimi peyğəmbərlərə verilən kitablardan bəhs edilir ki, bu da sühuf şəklində kiçik kitabların olduğunu sübuta yetirir . Quranda bunlardan savayı, hansı peyğəmbərə neçə səhifə nazil olması haqda heç nə buyurulmamışdır. Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) Həzrət Adəmə on, Həzrət Şitə əlli, Həzrət İdrisə otuz, Həzrət İbrahimə on səhifə verildiyini bildirmişdir.
Peyğəmbərlərə verilən sühuflarda Allah-Təalanın var və bir olması, axirətin dünyadan daha xeyirli və əbədi olması, namaz qılmaqla nicat tapmaq, hörmət, öyüd-nəsihət kimi dinin əsas mövzuları haqda hökmlər buyurulmuşdur.
Kitablar
Səhifələrlə müqayisədə daha böyük olan, ümumbəşəri bəyanları ehtiva edən və məxsusi adla adlandırılan dörd səmavi kitab var. Bunlar Tövrat, Zəbur, İncil və Qurandır.
Tövrat: İbrani sözü olan Tövrat “qanun, şəriət və təlim” mənalarını verir. Həzrət Musaya nazil olmuşdur. Bu kitabın əslinin Allah kəlamı olduğuna inanmaq hər bir müsəlmana fərzdir, bunu inkar etmək isə insanı küfrə salır. Çünki Tövratın Allahın müqəddəs kitablarından olması Quranda aşkar surətdə bildirilir: “Şübhəsiz ki, Tövratı da Biz nazil etdik. Onda haqq yol və nur vardır”.
Bu gün Əhdi-Ətiq adı ilə Tövratın üç versiyası mövcuddur. Bunlar yəhudilərin və protestantların qəbul etdiyi ibranicə olan nüsxə, Roma və şərqi xristian kilsələrinin qəbul etdiyi yunanca nüsxə və samirilərin qəbul etdiyi sa­miricə nüsxəsidir.
Zəbur: İbrani dilində “məktub”, ərəb dilində “kitab” mənasına gələn Zəbur Həzrət Davuda (aleyhissalətu vəssəlləm) göndərilmiş ilahi kitabın adıdır. Quranda bununla bağlı “…Davuda Zəbur verdik” buyurulur. Zəburun orijinal mətninin Allahın kəlamı olduğuna inanmaq imanın əsaslarındandır.
İncil: “Müjdə, yeni xəbər, təlim” mənasını daşıyan İncil Həzrət İsaya (aleyhissalətu vəssəlləm) endirilmiş müqəddəs kitabın adıdır. Bu kitabın da Allahın Həzrət İsaya nazil etdiyi mətninə inanmaq imanın tələblərindəndir. Qurani-Kərimdə bu ilahi kitabla bağlı belə buyurulur: “Onların ardınca Məryəm oğlu İsanı özündən qabaqkı Tövratı təsdiqləyici olaraq göndərdik. Ona içində haqq yolu və nur olan, özündən əvvəlki Tövratı təsdiq edən, müttəqilər üçün doğru yol və nəsihət olan İncili verdik” .
Bu kitabların hamısı yuxarıda da qeyd etdiyimiz kimi, təhrifə məruz qalmışdır.



Açar sözləri

kitablar kitablara iman

Bənzər məqalələr

Quran sözünün mənası

“Quran” kəlməsi ən geniş yayılmış və məqbul sayılan fikrə görə, “qaraə” felinin məsdər şəkli olub “oxumaq” deməkdir. “Qiyamə” surəsinin 17-ci və 18-ci ayələrində bu mənadan bəhs edilir. “Quran” sözü “oxunan”, “tilavət edilən” mənalarını da verir. İslamın zühurundan sonra bu kəlmə Allahın kitabının xüsusi adına çevrilmişdir.


Şərh yaz