3. 115 dəfə oxunub ,   0 şərh   Çap et

İslam asanlıq dinidir. Dini əmirlər və qadağalar insanın gücünə görə təyin olmuşdur.[1] İnsan taqətini aşan hallarda və çətinliyə düşdükdə, məcbur qaldıqda müəyyən asanlıqlar gətirilmişdir. Xəstəlik də müəyyən asanlıqların tətbiq edilnə səbəblərindən biridir. Səhabədən İmran ibn Husayn (r.a) nəql edir: “Babasil (hemerroy) xəstəliyinə düçar olmuşdum. Rəsulullaha (s.ə.s) necə namaz qılacağımı soruşdum. Peyğəmbərimiz (s.ə.s) buyurdu ki: “Namazı ayaq üstə qıl. Əgər bacarmasan oturaraq, bunu da bacarmasan böyrü üstə uzanaraq qıl.” Nəsəidə isə bu əlavə var: “Buna da gücün çatmasa kürəyin üstü uzanaraq qıl. Allah heç kimə qaldıra bilməyəcəyindən çox yük yükləməz.”[2]

“İma” namazda rüku və səcdə əvəzinə başla işarə etmək deməkdir. Bu şəkildə namaz qılan şəxs, rüku üçün başını bir az əyməli, səcdə üçün isə rükudan daha çox əyməlidir. Bir şəxs, ayaqda durmağa gücü çatdığı halda, rüku və səcdə etməyə gücü çatmırsa, ayaq üstə və ya oturaraq ima ilə namazını qıla bilər. Ancaq oturaraq ima ilə qılsa daha yaxşıdır. Başı ilə də ima etməyə gücü çatmayan şəxs namazını qəza etməlidir. Belə xəstələr gözləri, qaşları və ya qəlbi ilə ima edərək namaz qılmaz.[3] Rüku və ya səcdə etməyə gücü çatmayan şəxs, narahatlıq səbəbi ilə ayaqlarını yana və ya qibləyə uzadaraq da olsa yerə otura bilmirsə, ayaq üstə və ya taburet(ka), stul və s. bir şeyin üzərində oturaraq namazını ima ilə qıla bilər.


[1] Bəqərə, 2/286
[2] Buxari, Təqsir, 19; Tirmizi, Məvaqit, 157; Əbu Davud, Səlat, 162
[3] Mövsili, əl-İxtiyar, I, 76-78


Açar sözləri

ima namaz

Bənzər məqalələr

Peyğəmbərimiz və səhabələrin namazı

Möminin meracı sayılan namaz imanın əkiz qardaşı kimidir. Başqa sözlə, imanın əməli şəkli namaz, namazın da nəzəri şəkli imandır.

Nə üçün namaz?

İnsan yaradılış baxımından çox zəifdir. Hər şey ona təsir edib əziyyət verir. İnsan həm də acizdir. Düşmənləri və bəlaları saysız-hesabsızdır. İnsan xəstəliklər, təbiətdəki fəlakətlər, ölüm qarşısında gücsüzdür.

hacet
“Dəli”nin namazı

“Dəli”nin namazı

Beş vaxt namazın əhəmiyyəti

Namaz qəlbin nuru, ruhun qidası, möminin meracı, insanın uca Yaradanla vasitəsiz bağlılığıdır. Namaz həddi-büluğa çatmış, ruhi xəstə olmayan hər bir müsəlman kişi və qadına fərzdir.

Təravih namazı neçə rükətdir

Kim Ramazanda inanaraq və savabını Allahdan gözləyərək, Onun rizasını qazanmaq üçün qiyam edərsə (təravih namazı qılarsa), keçmiş günahları bağışlanar.


Şərh yaz