İman əsaslarına inanma baxımından imanda artma və ya azalma olmur. Bir insan bu əsasların hamısını qəbul edib birinə və ya bir neçəsinə iman etməsə, iman gətirmiş sayılmır. Belə hallarda iman edilmədiyi üçün onun artması və azalmasından danışmaq olmaz. Peyğəmbərdən tutmuş adi müsəlmana qədər hər kəs eyni əsaslara iman gətirməklə mükəlləfdir. Ancaq bəzi insanların imanı güclü, bəzilərinin imanı zəif ola bilər.