İmanın məqbul olması üçün bəzi şərtlər vardır:
1. İnsan ümidsizlik, təzyiq və hədə-qorxu ilə deyil, öz azad iradəsi ilə iman etməlidir.
2. Hər hansı bir hərəkət və davranışla iman əsaslarından birini inkar etmək imanı batil edir.
3. Mömin nə “Çox günahım var, mən əsla cənnətlik ola bilmərəm, mənim yerim Cəhənnəmdir” kimi sözlərlə Allahın rəhmətindən ümidini kəsməli, nə də “Hər halda, imanım var, Cənnətdə yerim hazırdır” deyərək arxayınlaşmalıdır, əksinə, həmişə qorxu ilə ümid hisləri arasında yaşamalıdır.
4. “Namaz və oruc nəyə lazımdır” kimi kəlmələrlə ibadətlərin, dini hökmlərin hikmətsiz və lazımsız olduğunu dilə gətirmək insanı imandan məhrum edir.