Mənəviyyata Açılan Pəncərə

İmtahan duası

Duanın iki növü var: feli (əməli) və sözlə dua. İnsanın üzərinə düşən öhdəlikləri səbəblər dairəsində yerinə yetirməsi, çalışıb səy göstərməsi feli duadır. Üzərimizə düşənləri etdikdən sonra nəticə Allaha həvalə edilməlidir. İmtahana girəcək şagirdin də ən böyük duası onun imtahana layiqi ilə hazırlaşmasıdır. Yəni şagirdin ən gözəl duası onun alın təridir. İmtahana hazırlaşmadan sadəcə dua ilə kifayətlənmək doğru deyildir.  

İmtahan başlamadan əvvəl aşağıdakı dualar oxuna bilər. Abituriyentin imtahandan çıxmasını gözləyən valideynləri və ya yaxınları da imtahan müddətində ona mənəvi dəstək məqsədilə müxtəlif dua və zikirləri oxuya bilərlər.  

رَبِّ أَدْخِلْنِي مُدْخَلَ صِدْقٍ وَأَخْرِجْنِي مُخْرَجَ صِدْقٍ وَاجْعَلْ لِي مِنْ لَدُنْكَ سُلْطَانًا نَصِيرًا

(Rabbi ədxilni mudxalə sidqin va əxricni muxracə sidqin vəc’al li min lədunkə sultanən nəsira.)

 “Ey Rəbbim! Məni daxil olacağım yerə yaxşılıqla daxil et; məni çıxacağım yerdən də yaxşılıqla çıxart. Öz tərəfindən mənə yardım edən bir dəlil ver”. (İsra, 17/80)

رَبِّ اشْرَحْ لِي صَدْرِي وَيَسِّرْ لِي أَمْرِي وَاحْلُلْ عُقْدَةً مِنْ لِسَانِي يَفْقَهُوا قَوْلِي

(Rabbişrah li sadri va yəssir li əmri, vahlul uqdətən min lisani, yəfqahu qavli.)

 “Ey Rəbbim! Genişlət köksümü! Asanlaşdır işimi! Aç dilimdəki düyünü!” (Taha, 20/25-27)

ياَحَيُّ ياَقَيّوُمُ بِرَحْمَتِكَ أَسْتَغِيثُ

(Ya Hayyu Ya Qayyum, Bi Rahmətikə əstəğisu.)

Ey Hayy və Qayyum olan Allahım! Sənin rəhmətinə sığınıram.

رَبِّ يَسِّرْ وَ لاَ تُعَسَّرْ ، رَبِّ تَمِّمْ بِالْخَيْرِ

 (Rabbi yəssir va lə tuassir Rabbi təmmin bil xayr.)

Rəbbim asanlaşdır, çətinləşdirmə. Rəbbim xeyirlə nəticələndir.

 Ayətəl Kürsi

بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ

اَللَّهُ لَا إِلَٰهَ إِلَّا هُوَ الْحَيُّ الْقَيُّومُ ۚ لَا تَأْخُذُهُ سِنَةٌ وَلَا نَوْمٌ ۚ لَهُ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ ۗ مَنْ ذَا الَّذِي يَشْفَعُ عِنْدَهُ إِلَّا بِإِذْنِهِ ۚ يَعْلَمُ مَا بَيْنَ أَيْدِيهِمْ وَمَا خَلْفَهُمْ ۖ وَلَا يُحِيطُونَ بِشَيْءٍ مِنْ عِلْمِهِ إِلَّا بِمَا شَاءَ ۚ وَسِعَ كُرْسِيُّهُ السَّمَاوَاتِ وَالْأَرْضَ ۖ وَلَا يَئُودُهُ حِفْظُهُمَا ۚ وَهُوَ الْعَلِيُّ الْعَظِيمُ

(Bismilləhir-rahmənir-rahim. Allahu lə iləhə illə huvəl-hayyul qayyum. Lə tə`xuzuhu sinətun və lə nəvm. Ləhu məfis-səməvəti və mə fil ərd. Mən zəlləzi yəşfəu indəhu illə biiznih. Ya`ləmu mə bəynə əydihim və mə xalfəhum və lə yuhitunə bişey`in min ilmihi illə bimə şə vəsia kursiyyuhus-səməvəti vəl ərdə və lə yəuduhu hifzuhumə və huvəl aliyyul azim.)

Allahdan başqa heç bir ilah yoxdur. (Zatı və kamal sifətləri ilə hər şeyə qadir olub bütün kainatı yaradan və idarə edən, bəndələrini dolandıran və onların işlərini yoluna qoyan) Həyy, Qəyyum əbədi, əzəli varlıq Odur. O nə mürgü, nə də yuxu bilər. Göylərdə və yerdə nə varsa (hamısı) Onundur. Allahın izni olmadan Onun hüzurunda kim şəfaət edə bilər? O, bütün məxluqatın keçmişini və gələcəyini (bütün olmuş və olacaq şeyləri) bilir. Onlar Allahın elmindən Onun Özünün istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun Kürsüsü (elmi, qüdrət və səltənəti) göyləri və yeri əhatə etmişdir. Bunları mühafizə etmək Onun üçün heç də çətin deyildir.Ən uca, ən böyük varlıq da Odur!

İnşirah surəsi

بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ

 أَلَمْ نَشْرَحْ لَكَ صَدْرَكَۙ وَوَضَعْنَا عَنكَ وِزْرَكَ ۙالَّذِي أَنْقَضَ ظَهْرَكَ ۙ وَرَفَعْنَا لَكَ ذِكْرَكَ ۗ فَإِنَّ مَعَ الْعُسْرِ يُسْرًاۙ إِنَّ مَعَ الْعُسْرِ يُسْرًا ۗ فَإِذَا فَرَغْتَ فَانْصَبْ ۙ وَإِلَىٰ رَبِّكَ فَارْغَبْ

(Bismilləhir-rahmənir-rahim. Ələm nəşrah ləkə sadrak. Və vəda`nə ankə vizrak. Əlləzi ənqadə zahrak. Və rəfa‘nə ləkə zikrak. Fə innə mə`al usri yusra. İnnə məal usri yusra. Fə izə fərağtə fənsab. Və ilə rabbikə fərğab.)

Rəhman və Rəhmli Allahın adı ilə!

Məgər Biz (haqqı bilmək, elm və hikmət dəryası etmək üçün) sənin köksünü açıb genişlətmədikmi?! (Allahın öz lütfü ilə köksünü açıb genişlətdiyi kimsənin qəlbinə şeytan vəsvəsə sala bilməz. O, qüdsiyyət kəsb edər, vəhy qəbul etməyə layiq olar!) Ağır yükünü səndən götürmədikmi?! O sənin belini bükürdü. Sənin ad-sanını ucaltmadıqmı?! Şübhəsiz ki, hər çətinlikdən sonra bir asanlıq gələr! Həqiqətən, hər çətinlikdən sonra bir asanlıq gələr! Elə ki bir işi qurtardın başqa işə başla! Ancaq Rəbbinə yönəl, Ona yalvar!

 İxlas surəsi

بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ

  قُلْ هُوَ اللَّهُ أَحَدٌ  اللَّهُ الصَّمَدُ ۚ  لَمْ يَلِدْ وَلَمْ يُولَدْۙ وَلَمْ يَكُنْ لَهُ كُفُوًا أَحَدٌ   

 (Bismilləhir-rahmənir-rahim. Qul huvəllahu əhad. Allahus saməd. Ləm yəlid vələm yuləd. Vələm yəkulləhu kufuvən əhad.)

Rəhman və Rəhmli Allahın adı ilə!

De: “Allah birdir; Allah (heç kəsə, heç nəyə) möhtac deyildir! (Hamı Ona möhtacdır; O, əzəlidir, əbədidir!) O, nə doğmuş, nə də doğulmuşdur! (Allah Özünə heç bir övlad götürməmişdir!) Onun heç bir tayı-bərabəri (bənzəri) də yoxdur!”

Fələq surəsi

بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ

 قُلْ أَعُوذُ بِرَبِّ الْفَلَقِ ۙ مِنْ شَرِّ مَا خَلَقَ ۙ وَمِنْ شَرِّ غَاسِقٍ إِذَا وَقَبَ ۙ وَمِنْ شَرِّ النَّفَّاثَاتِ فِي الْعُقَدِۙ

وَمِنْ شَرِّ حَاسِدٍ إِذَا حَسَدَ

(Bismilləhir-rahmənir-rahimm. Qul əuzu birabbil fələq. Min şərri mə xaləq. Və min şərri ğasiqin izə vəqab. Və min şərrin nəffəsəti fil-uqad. Və min şərri hasidin izə hasəd.)

Rəhman və Rəhmli Allahın adı ilə!

De: “Pənah aparıram sübhün Rəbbinə! Yaratdıqlarının (insanların, cinlərin, vəhşi heyvanların) şərindən; zülmətə bürünməkdə olan gecənin şərindən; (ovsun oxuyub) düyünlərə üfürən (yaxud: cadu edib iplərə düyün vuran) qadınların şərindən; və bir də paxıllığı tutanda paxılın şərindən!”

Nəs surəsi

بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ

 قُلْ أَعُوذُ بِرَبِّ النَّاسِۙ مَلِكِ النَّاسِۙ إِلَٰهِ النَّاسِۙ مِنْ شَرِّ الْوَسْوَاسِ الْخَنَّاسِۙ الَّذِي يُوَسْوِسُ فِي صُدُورِ النَّاسِۙ مِنَ الْجِنَّةِ وَالنَّاسِ  

 (Bismilləhir-rahmənir-rahimm. Qul əuzu birabbinnəs. Məlikinnəs. İləhinnəs. Min şərril vəsvəsil xannəs. Əlləzi yuvəsvisu fi sudurinnəs. Minəl cinnəti vənnəs.)

Rəhman və Rəhmli Allahın adı ilə!

 De: “Pənah aparıram insanların Rəbbinə; insanların ixtiyar sahibinə; insanların Yaradanına; Vəsvəsə verən, (Allahın adı çəkiləndə isə qorxusundan) qaçıb­gizlənən Şeytanın şərindən. O Şeytan ki, insanların ürəklərinə vəsvəsə salır, o cinlərdən də olur, insanlardan da!

Exit mobile version