730 dəfə oxunub ,   0 şərh   Çap et

İbn Abbasın (r.a) başından keçən bir əhvalat. Bir nəfər Abdullah ibn Abbasa (r.a) nəlayiq sözlər söylədi. Həzrət Abdullah ona cavab vermədi, sakit dayandı. Adam heyrət içərisində qaldı. Üzünü tutub  ibn Abbasa nə üçün qarşılıq vermədiyini soruşdu. İbn Abbas cavabında: “Məndə üç xislət var ki, bunlar sənə cavab qaytarmama əngəl olur.” – dedi. Daha sonra onları sırası ilə dilə gətirdi.

Birincisi, Allahın Kitabından bir ayə oxuduqda, “kaş bütün insanlar, mənim bu hiss etdiyimi hiss eləsələr” deyə təmənni edər, arzulayaram.

İkincisi, müsəlman bir hakimin ədalətli qərar verdiyini eşitdikdə çox sevinərəm. Halbuki, o hakimlə heç bir maddi-mənəvi bağım yoxdur. (Mən, ancaq İslamın gözəllikləri nəşr olunduğu və ədalət yerini tapdığı üçün sevinirəm.)

Üçüncüsü, müsəlmanların məskunlaşdığı bölgələrə yağmur yağınca da çox sevinirəm. Halbuki o torpaqlarda nə otlayan heyvanım, nə de ki ərazim var. (Məni sevindirən qardaşlarımın sevinməsidir, onların sevinməsi məni də sevindirər. Bu da mənə yetər də, artar da.)

Mənim qəlbim bu hisslərlə dolu ikən, sənə cavab verərək bir müsəlmanın qəlbini qıra bilərəm?! (Heysəmi, Məcmauz-Zəvaid, c. IX, s. 284)

Bu məqamda Əhli-beyt aşiqi Alvarlı Efənin bu misraları yerinə düşər:

Aşıq der incidəndən

İncinmə, incidəndən

Kamalda nöqsan imiş.

İncinmə, incidəndən.

 



Açar sözləri

baöışlama incimə

Şərh yaz