Abdullah ibn Məsuddan rəvayət edir:
اَلْمَرْءُ مَعَ مَنْ أَحَبَّ
“İnsan sevdiyi ilə bərabərdir”.[1]
Rəhbərimiz olan Peyğəmbərimizin (s.a.s.) arxasınca layiqincə gedə bilməyən, öhdəsinə düşənləri bütünlüklə yerinə yetirə bilməyən, neçə-neçə küskün və qırıq qəlbə bir badə kövsər, abi-həyat təqdim edən bu hədis insanın müsbət və ya mənfi – hər iki qütbdə də daim sevdikləri ilə birlikdə olacağına işarə edir. İnsan burada da, orada da həmişə sevdikləri ilə birlikdədir. Elə isə nəbilərlə, siddiqlərlə, şəhidlərlə birlikdə olmaq istəyən əvvəla onları sevməlidir ki, sonra da onların yanına gedə bilsin. Başqa sözlə, axirətdə nəbilərlə, siddiqlərlə, şəhidlərlə birlikdə olanlar burada onları sevən, onların yolunu tutan, yəni onlarla birlikdə olanlardır. Eyni hədisin hökmü və mənası şəri, pis əməlləri təmsil edənlərə də şamildir.
Hədsin söylənilmə səbəbi belədir: Nuayman adlı bir səhabə bəzən nəfsinə hakim ola bilməyib içki içirdi. Allah Rəsulu da ona şəriət həddini (cəzasını) tətbiq etdirirdi. Bu, bir günah idi. Yenə belə bir hədd cəzası tətbiq olunarkən səhabələrdən biri onu qınayır. Allah Rəsulu qaşlarını çatır və: “Qardaşınızı qınamaqla şeytana kömək etməyin. Allaha and olsun ki, o, Allah və Rəsulunu sevir”, – buyurur[2]. (Qeyd:bu hadisədən sonra Nuayman içkiyə tövbə edir.)
Allah və Rəsulunu sevmək Onlarla birlikdə olmaq deməkdir. Belə bir insan nə qədər günah işləsə də, qınağa layiq deyil, çünki o, Allah və Rəsulunu sevir… Bu sevgi isə fərz ibadətlərini yerinə yetirən, böyük günahlardan uzaq gəzən bir insanın Cənnətdə Rəsulullahla birlikdə olmasına kifayətdir. Çünki insan sevdiyi ilə birlikdədir…
[1] Buxari, Ədəb 96; Müslim, Birr 165.
[2] Buxari, Hüdud 4-5.