Kəlmə olaraq çevirmək deməkdir. Tənvin və ya sakin nunu sakin mimə çevirmək və ب dən öncə qünnəni hiss etdirərək oxumaqdır. Tam tərifi isə belədir: اَلإِقْلاَبُ هُوَ قَلْبُ النُّونِ السًّاكِنَةِ أَوِالتَّنْوِينِ مِيمًا خَالِصًا وَإِخْفَاؤُهَا عِنْدَ الْبَاءِ بِغُنَّة “İqləb, sakin nunu və ya tənvini xalis mimə çevirmək və həmin mimi ixfa etməkdir”.
Bu tərifdən anlaşılacağı üzərə iqləbdə iki şey edilir. Birincisi, tənvin və ya sakin nunun xalis mimə çevrilməsi. İkinci isə, çevrilmiş olan bu “mim” hərfinin “bə” hərfindən öncə ixfa edilməsidir.
Bu təriflərin işiğında bəzi misallara baxaq: مِنْ بَعْدِ – سَمِيعٌ بَصِيرٌ – لَيُنْبَذَنَّ Bu kəlmələrdə də görüldüyü kimi tənvin və sakin nun hərfindən sonra “bə” hərfi gəlmişdir. “bə” hərfi eynı kəlmədə ola biləcəyi kimi, fərqli kəlmələrdə də ola bilər.
İqləbin səbəbini isə belə açıqlaya bilərik: ب hərfi ilə م hərfinin məxrəcləri eynidir. Bununla birlikdə bu iki hərf, cəhr, istifalə, infitah və izləq sifətləri baxımından müştərəkdirlər. Sakin “nun” “bə” hərfindən öncə gəldiyi zaman, məxrəclərinin uzaq olması səbəbilə idğamları mümkün deyildir. Belə olunca da sakin “nunun” , “bənin” məxrəcindən olan “mim” hərfinə bənzəməsinə ehtiyac hasil olur. Bundan dolayı da sakin “nun” “mim” hərfinə çevrilmişdir.
İqləb edilməsi lazım olan yerdə oxuyan kimsənin iqləbi ifa etməsi vacibdir. Bu xüsusda bütün qiraət imamları ittifaq etmişlər. İqləbin tutulma miqdarı isə iki əlifdən az, bir əlifdən isə çoxdur. Yəni bir əlif yarım miqdarı
Sənan Quliyev & Laçın Quliyev