2. 010 dəfə oxunub ,   0 şərh   Çap et

”Həyat bir tamaşadır. Biz də onun aktyorları”… Həyatı teatr səhnəsinə bənzədən V. Şekspirın bu sözləri nə qədər də həqiqətə uyğundur. Üstəlik, həyatda hər insanın çox rolları var. Bəziləri həyatda həm həyat yoldaşı, həm ata, həm də bir idarə müdiridirlər. Təbii ki, məkandan asılı olaraq hadisələri də bu rollara uyğun oynamalıdırlar. Bu rolların necə alınması isə hər şeydən əvvəl o şəxsin fərdi keyfiyyətlərindən asılıdır.

Məsələn, bəziləri bu rollardan yalnız birini qəbul edir və həyatlarının böyük bir hissəsini bu rola həsr edirlər. Xüsusilə də rəhbər olduqları müəssisədə ətrafdakılara əmrlə müraciət edənlər bu rollarını eynilə evlərində də davam etdirirlər. Təbii ki, bu rollar arasındakı fərqi dərk edənlər, belə problemlərlə üzləşməyənlər də var. Ancaq ata və ya həyat yoldaşı olduqlarını unudanlar və iş yerindəki rolunu evdə davam etdirənlər də az deyil. İnsan iş yerində əmrlər verə və istədiyini almadıqda sərt qərarlar qəbul edə bilər. Ancaq eyni şeyləri evdə təkrar edə bilməz.

Əgər o, iş yerindəki səlahiyyətlərindən ailə üzvlərinə qarşı da istifadə etməyə çalışsa, müxtəlif problemlərlə üzləşər. Digər tərəfdən, onun uşaqları, xüsusilə də həyat yoldaşı ilə bu cür rəsmi rəftar etməyə haqqı yoxdur.

Ailədə başçı olmağı bacaran şəxs ailə həyatında arzu etdiyi tarazlığı qorumağı da bacarar. Həyat yoldaşı ilə münasibətlərini sevgi və hörmət üzərində qurar. Əks halda ailə üzvlərinin ona qarşı hörməti azalar və ailədə süni münasibətlər hökm sürməyə başlayar. Təbii ki, bu cür münasibətlər tərəflərin heç birini qane edə bilməz, sevgi və hörmətin yerini qorxu alar.

Buna görə də iş yerinizi tərk etdiyiniz andan evdəki rolunuzu mənimsəyə başlayın. Əsl müvəffəqiyyəti evdəki rolunuzla əldə edəcəyinizi unutmayın. Əgər işinizdən qaynaqlanan yorğunluqdan və ya iş yerinizdə baş verən problemlərdən yaxa qurtarmaq istəyirsinizsə, özünüzü çox əziyyətə salmayın, sadəcə olaraq rolunuzu dəyişin. Onda nə qədər rahat olduğunuzu görəcəksiniz.



Açar sözləri

aile ata rəhbər

Bənzər məqalələr

Ağır işlərdə işləyənlər oruc tutmalıdır?

Ramazan ayında bu cür ağır işlə qarşılaşan şəxs oruc tutaraq həmin işi icra edə bilmirsə və başqa iş imkanı da yoxdursa, habelə, bu işi tərk etdiyi təqdirdə, dolanışıq vəziyyəti çətinləşəcəksə, zərurət sayıldığı üçün bu halda oruc tutmaya bilər. Odur ki, ağır bir işdə işləməyə məcbur olan şəxs, oruc tutduqda, xəstəliyə tutulacağından qorxarsa oruc tutmaya bilər. Bu şəxslər daha sonra tuta bilmədikləri orucları qəza etməlidirlər.

İdeal köməkçi

Rəhbər vəzifədə işləyən şəxslər özlərinə məsləhətçi seçərkən nələrə diqqət edilməlidir? İdeal köməkçi rəhbərin yanlış addım atmasına imkan verməməli, gördüyü problemlərin və qarşılaşılan çətinliklərin həlli yollarını araşdırmalı və bunu rəhbərə bildirməlidir.

Valideyn övlad münasibətləri

Sual: Uşaqların valideyin üçün bir imtahan vəsiləsi olduğunu deyirlər. Bununla nə nəzərdə tutulur? Dilimizdə istifadə olunan “bala” sözü ehtimal ki, ərəbcədən dilimizə keçmişdir. “İbtila” ərəb dilində “imtahan etmək”; “bəla” kəlməsi isə imtahan, dərd, müsibət kimi mənalar gəlir. Bu yönü ilə “bala”, yəni övlad imtahan deməkdir.

Sacayaq – iki qadın bir kişi

Xoşbəxt ailədə qaynana-gəlin münasibətləri necə olmalıdır? Qaynana-gəlin münasibətləri sadəcə ikin şəxslə yox, bütün cəmiyyətlə əlaqəlidir. İki qadın var ki, onlar üçün sevimli və əziz olan sadəcə bir kişi var. Bu iki qadın kimdir? Biri yaş və həyat təcrübəsi nisbətən çox olan qaynana, digəri də gənc yaşdakı gəlin.

Ailə yoxsa uşaq problemi?

Bu bir həqiqətdir ki, ailədə uşağın yeri çox böyükdür. Ancaq bütün hallarda ailədə yeganə məqsəd uşaq olmamalıdır. Əgər ailədə yeganə məqsəd uşaqdırsa və o ailədə uşaq yoxdursa, deməli, problemlərin olması da labüddür. Halbuki tərəflər qarşılaşdıqları problemləri öz aralarında müzakirə edə və ortaq bir məxrəcə gələ bilərlər. Problemin həllinə köklənməmək və ya problemi ağlı ilə yox, hissləri ilə həll etməyə çalışmaq əlavə gərginlikdən başqa bir işə yaramır.


Şərh yaz