عَنْ أَنَسٍ قَالَ: قَالَ رَسُولُ اللّٰهِ : «لَا عَدْوٰى وَلَا طِيَرَةَ وَيُعْجِبُنِي الْفَأْلُ» قَالُوا: وَمَا الْفَأْلُ؟ قَالَ: «كَلِمَةٌ طَيِّبَةٌ»
Hz. Ənəs (r.a.) Allah Rəsulunun (s.ə.s.) belə buyurduğunu nəql edir:
“Allahın izni olmadan yoluxucu xəstəlik heç kimə keçə bilməz. Uğursuzluq adlı bir şey də yoxdur. Mənim xoşuma gələn isə təfəüldür”. Məclisində olan səhabələri: “Təfəül nədir, ya Rəsulallah?” – deyə soruşdular. “Gözəl sözdür (hadisələri xeyrə yozmaqdır),” – deyə cavab verdi.[Buxari, Tibb 19; Müslim, Salam 102]
عَنْ عُرْوَةَ بْنِ عَامِرٍ قَالَ: ذُكِرَتِ الطِّيَرَةُ عِنْدَ رَسُولِ اللّٰه فَقَالَ: أَحْسَنُهَا الْفَأْلُ وَلَا تَرُدُّ مُسْلِمًا. فَإِذَا رَأَى أَحَدُكُمْ مَا يَكْرَهُ فَلْيَقُلْ: اَللّٰهُمَّ لَا يَأْتِي بِالْحَسَنَاتِ إِلَّا أَنْتَ وَلَا يَدْفَعُ السَّيِّئَاتِ إِلَّا أَنْتَ وَلَا حَوْلَ وَلَا قُوَّةَ إِلَّا بِكَ».
Urvə ibn Amir (r.a.) nəql edir:
“Allah Rəsulunun (s.ə.s.) yanında uğursuzluqdan söz açıldı. Rəsulullah uğursuzluq haqda buyurdu: “Ən yaxşısı xeyrə yozmaqdır. Uğursuzluq düşüncəsi heç bir müsəlmanı yolundan ayırmasın (Faili-Həqiqi Allahdır (c.c.). Onun gücü hər şeyə yetər). Əgər xoşagəlməz bir şey görsəniz, bu duanı oxuyun: “Allahummə lə yəti bil-hasənəti illə əntə və lə yədfəus seyyiəti illə əntə və lə havlə və lə quvvətə illə bik – Allahım! Xeyirlər ancaq Səndəndir, şəri də ancaq Sən uzaqlaşdıra bilərsən. Yeganə güc və qüvvət sahibi Sənsən, həqiqi güc və qüvvət Səndəndir”. [Əbu Davud, Tibb 24]