6. 574 dəfə oxunub ,   0 şərh   Çap et

Lüğətdə örtmək və ya gizləmək mənalarına gəlir. Təcvid temrini olaraq isə belə tərif edilir:

İxfa, ixfa hərflərindən öncə tənvin və ya sakin nunu izhar ilə idğam arasında, şəddə etmədən, qünnənin qalması şərtilə oxumağa deyilir. Bu və buna bənzər qaydalar, ən gözəl şəkildə, “fəmi-Mühsin” dediyimiz, gözəl oxuyanların ağzından öyrənilməlidir. İxfa dil ucu və çənə sərbəst buraxılaraq, nun məxrəcinə dəymədən, nunu gizləyərək və gənizdən gələn səs ilə yəni qünnə ilə oxumaqdır.

Tənvin və ya sakin nundan sonra aşağıdakı kəlmə qrupunun kəlmələrinin ilk hərflərindən biri gələrsə ixfa olur.

Kəlmə qrupu:

صِفْ ـ ذاَ ـ ثَناَ ـ جُودَ ـ شَخْصٍ ـ قَدْ ـ سَماَ ـ كَرَماَ ـ ضَعْ ـ ظاَلِماً ـ زِدْ ـ تُقاَ ـ دُمْ ـ طاَلِباً ـ فَتَرَى.

(ص ـ ذ ـ ث ـ ج ـ  ش ـ ق ـ س ـ ك ـ ض ـ ظ ـ ز ـ ت ـ د ـ ط ـ ف)

İxfa, dil ucu ağzın heç bir yerinə dəydirilmədən (boşluqda ikən) səsin xəfif şəkildə buruna göndərilməsi ilə edilir. İxfa edilərkən dilin ucu və ortası boşda qalmalı, üst damağa dəydirilməməlidir. Bundan əlavə “nun” hərfinin məxrəci tamamən ortadan qalxır. Alt çənə təbi halıyla qalmalıdır. İndi bu misalları qaydalara uyğun olaraq tətbiq edək: اَنْتَ    ـ   اِنْ كُنْتُمْ    ـ   عَنْ صَلاَتِهِمْ    ـ   فَتْحٌ قَرِيبٌ    ـ   خاَلِداً فِيهاَ

İxfanın hökmü vacibdir. Yəni ixfa edilməsi lazım olan yerlərdə qəti olaraq bu qayda tətbiq edilməlidir. İxfa iki əlif miqdarından az, bir əlif miqdarından çox tutulmalıdır. İxfa edilərkən bir neçə xüsusa diqqət edilməlidir.

1) “Nunun” ixfasında “nundan” öncə bir məd hərfi olmamalıdır.

Misal:  عَنْكُمْ  kəlməsini oxuyarkən  عَانْكُمْ  şəklində uzadılmamalıdır.

2) Qünnə tərk edilməməlidir. Fəqət qünnə həddindən artıq uzadılmamalıdır.

3) Bütün ixfalar incədir. Xüsusilə ixfa edilən hərf qalın hərfsə oxuyan kimsə, ixfanı qalınlaşdırmaq kimi bir yanlışa düşə bilər. Bu qalın hərflər, ixfadan öncə və sonra da ola bilər. Hər iki vəziyyətdə də ixfa incə oxunmalıdır. Məsələn:  مَطَراً فَساَءَ  – مِنْ  قَبْل  kəlmələrində birinci misalda tənvindən öncəki “ra” hərfi qalın olub arxasından ixfa hərflərindən “fə” gəldiyi üçün ixfa edilməlidir. Fəqət “ra” hərfi hər nə qədər qalın olsa belə ixfalar incə olacağına görə, burada da incə olmalıdır. İkinci misalda  “sakin nundan” sonra qalın məxrəcli “qaf” hərfi mövcuddur. Bu hərfin qalınlığına aldanmadan, ixfa incə edilməlidir.

4) İxfa edilərkən, ixfanın müddəti tam olmadan sakin nun və tənvini təqib edən hərfə keçilməməlidir. Xüsusilə də tənvin və ya sakin nundan sonra ف  gəlincə, ixfanın müddəti az edilərsə و  hərfinin ortaya çıxması ehtimalı olduğuna görə diqqət edilməlidir. Məsələn: اَنْفُسكمْ  kəlməsində ixfa edilərkən, yuxarıda bəhs etdiyimiz şəkildə bir xata ortaya çıxa bilər.

Sakin م hərfindən sonra ب  hərfi gəldiyi zaman dodaq ixfası (ixfayi-şəfəvi) olur. م hərfinin zatını tamamilə yox etmədən dodaqları bir-birinə çox sıxmayaraq  م hərfinin özünü gizləmək surətilə oxumaqdır.

تَرْمِيهِمْ بِحِجاَرَةٍ    –    اِنَّ رَبَّهُمْ بِهِمْ misallarında ixfayi- şəfəvi vardır.

Sənan Quliyev & Laçın Quliyev



Açar sözləri

təcvid

Bənzər məqalələr

İstiazə və Bismillahın oxunması

Hansı məqsədlə olursa olsun, Quranı oxumağa başlayan adam “أعوذُ باللهِ مِن الشّيطَانِ الرّجِيم” “Qovulmuş şeytandan Allaha sığınıram” ifadəsilə başlamalıdır.

Quranda bəzi kəlmələrin altındakı işarələrin mənası

Quranda bəzi kəlmələrin altındakı işarələrin mənası

Qurani-Kərimdə durğu işarələri

Vәqf işarәlәri, Quran ayәlәrinin sonuna vә ya ayәnin ortasındakı kәlmәlәrin üstünә qoyulan “dayanacaq işarәlәri”dir.

Səktə

Səktə, leksik məna etibarilə “susmaq”, “iki kəlmə arasını nəfəs almadan ayırmaq” deməkdir.

Ləmi-tərif

Ləmi-Tərif ilə əlaqəli iki mövzu mövcuddur. Bunlardan birincisi idğami-şəmsiyyə, digəri isə izhari-qəməriyyə.


Şərh yaz