Mənəviyyata Açılan Pəncərə

İzdivac/evlilik namaz və duası

Ailə qurmaq, tale yollarını birləşdirmək insan həyatında əsas qovşaq nöqtələrindən biridir. Düzgün seçim etmək yolumuzu asanlaşdırdığı kimi, evlənirkən də düzgün seçim edə bilmək ömür boyu səadətin, xöşbəxtliyin qızıl açarıdır. Evlənmək istədiyimiz qadının haqqımızda xeyirli olub-olmadığı bilmək hər kəs üçün önəmlidir.  Allah Rəsulunun (sallallahu aleyhi və səlləm) evlənmək istəyən şəxsə belə tövsiyə edərdi: Evlənmək istədikdə gözəl bir şəkildə dəstəmaz al, iki rükət namaz qıl və belə dua et.[1]

    (adı deyilir)  اَللَّهُمَّ إِنَّكَ تَقْدِرُ وَلَا أَقْدِرُ وَتَعْلَمُ وَلَا أَعْلَمُ وَأَنْتَ عَلاَّمُ الْغُيُوبِ، فَإِنْ رَأَيْتَ أَنَّ فُلَانَةَ

 خَيْرٌ لِي فِي دِينِي وَدُنْيَايَ واٰخِرَتِي فَاقْدُرْهَا لِي وَإِنْ كَانَ غَيْرُهَا خَيْراً لِي مِنْهَا فِي دِينِي وَدُنْيَايَ وَاٰخِرَتِي فَاقْدُرْهَا لِي

Oxunuşu: “Allahummə innəkə təqdiru va lə əqdiru va nələmu va lə əlamu va əntə alləmul ğuyub. Fəin raəytə ənnə fələnətə/filanun (adı deyilir) xayru li fi dini va dünyə va əxirati fəqdurhə li vain ğayruhə xayran li minhə fi dini va dünyə va əxirati fəqdurhə li”

Mənası: “Allahım, şübhəsiz ki, hər şeyi sən təqdir edirsən, mən edə bilmərəm. Hər şeyi Sən bilirsən, mən bilmərəm. Qeybi haqqı ilə bilən ancaq Sənsən. Əgər Sənin elmində (filan xanım adı deyilir) ……. mənim dinim, dünyam və axirətim üçün xeyirlidirsə onu mənə nəsib eylə. Yox, əgər başqası dinim, dünyam və axirətim üçün bundan daha xeyirlidirsə o zaman onu mənə nəsib et, qarşıma çıxar.”

_______________________________________________________________________________

[1] Əl-Hakim, əl-Müstədrək, Nikah

Exit mobile version