1. 034 dəfə oxunub ,   0 şərh   Çap et

Sual: Kainatı hərtərəfli tədqiq edən elmlərin isbat etdiyi nizam və intizamla kainatın sənətkarını, yaradanını isbat etməyə çalışırsınız.Təsadüfun mumkun olmadığını tək bir hüceyrədə bir saatda baş verən 40 mindən çox reaksiyalarla isbat edirsiniz. Böyüklüyünü qavramağa gücümüz çatmayan hikmətlə yoğrulmuş kainatda o istisna halların da hikmətsiz olmadığını deyirsiniz. Onlar nələrdir?

a) Cənabi-Haqq iradəsini gostərir. İstədiyi kimi dəyişikliklər etdiyi, işlər gördüyü, icraatlar apardığı göz qabağındadır. Bəli, bəzi filosofların zənn etdiyi kimi, O, iş və icraatlarında məcbur deyildir, istədiyini istədiyi kimi yaratmağa qadirdir.

b) İnsanların aciz olub hər an hər məsələdə Allaha möhtac olduqları xatırladılmaqdadır. Beləcə, hər kəs hər işində ona müraciət etsin, ona yönəlsin, acizliyini, fağırlığını başadüşüb ona sığınsın. Nəmrudluq və Fironluq duyğularından doğan məğrurluğunu məhv etsin. Məxluq olduğunu, Xaliqinin yanında nə qədər kiçik, aciz, möhtac olduğunu göstərib, nəfs və kibir (təkəbbürluluk) ilanının başını əzsin.

c) Əşya ziddi ilə, əksinin varlığı ilə bilinər prinsipi ilə nemətlərin dəyərləri hiss etdirilir. Qaranlıq olmasa idi işığın, xəstəlik olmasa idi sağlamlığın, korluq olmasa idi gözun, dəlilik olmasa idi ağıllının qiyməti bilinməzdi.  Həmişə gözümüzün önündə bir ibrət dərsi olan korlar və topallarla müqayisədə gözlərin və ayaqların qiymətini başa düşüruk. Onlar bizə tələb olunan şükür vəzifəsini yerinə yetirmək üçün bir təşviqçi olurlar. Dəyişməyən qanunlar (hər şeyin yeknəsaq olması) nemətin dəyərini tam hiss etdirə bilməz. Günəş heç də yağışdan kiçik nemət deyildir. Nə vaxt hardan doğacağını bildiyimiz üçün, günəşə olan ehtiyacımıza gürə, şükür vəzifəmiz o qədər də yadımıza düşmür. Halbuki, rəhmət adlandırdığımız yağış üçün dua edir və Sahibindən imdad istəyirik. Çünki yağış günəş kimi, sabit bir qanuna bağlanmamışdır.




Şərh yaz