2. 535 dəfə oxunub ,   0 şərh   Çap et

Kainatı müşahidə edən bir insanın onu və digər məxluqları mükəmməl ahəngdə yaradıb ruzi verən, hər şeyi bəşər üçün faydalı şəklə salan Allahı anlamaması və tanımaması bəsirətsizlikdir. Diqqət etdikdə görürük ki, insan vücudunun nəyə ehtiyacı varsa, hamısı ən gözəl şəkildə onun istifadəsinə verilir. Məsələn, mikroskopla görünən və mikronla ölçülən hüceyrələr belə, qidalanır və öz həyatlarını davam etdirirlər. Turşu və amin turşulardan meydana gələn hüceyrə mərkəzdə nüvə, nüvənin ətrafındakı sitoplazmadan ibarət olub xaricdən nazik qılafla örtülmüş əlsiz-ayaqsız bir şeydir.

Bu kiçicik hüceyrə ağzımıza qoyduğumuz hər bir qidadan və tənəffüs etdiyimiz havadan öz payını götürür. Lazımi mineralları, vitaminləri, karbohidratları və oksigeni qəbul edib çoxalır. Yeri və quruluşu baxımından yerimək, uçmaq və üzmək imkanı yoxdur, amma elə yaradılmışdır ki, demək olar, hər tərəfə hərəkət edir, hər yerə gedir və bölünərək çoxalır. Birdən iki, ikidən üç, dörd hüceyrə əmələ gəlir. Xüsusiyyətlərini qoruyub saxlamaqla həyatlarını davam etdirirlər.

Bir hüceyrədə müşahidə olunan bu hal kainatın hər yerində cərəyan edir. Hüceyrəni böyütsək, insan, insanı böyütsək, kainat olar. Kainatı kiçiltsək, insan, insanı kiçilt­dikdə isə atom meydana çıxar. Kainatda məhz bu cür ahəng və tövhid hökm sürür. Buna görə də “Yer üzü nədir?” sualına “İnsanı var edən, onu bir qisim arzu və ehtiyaclarla yaradan Allahın həmin ehtiyac və arzuları təmin etmək üçün hazırladığı bir süfrə, bir anbar və ya əczaxanadır” cavabını vermək olar.

Üzümüzü səmaya tutub uzaqdan-uzağa göz vurub təbəssüm edən ulduzlarla bəzədilmiş göy üzünə baxanda planetimizdən, bəlkə də, min dəfə böyük, yer üzündəki qum dənələrindən çox olan göy cisimlərini zərrəcə nöqsansız hərəkət etdirən, öz orbitləri ətrafında ahənglə döndərən Allahın qüdrətini müşahidə edirik. Bu prizmadan nəzər yetirəndə elektronikadan kosmologiyaya, atom fizikasından radiologiyaya qədər hər şeyə hökm edən Allah-Təalanı görür, ulduzların, günəşlərin, qalaktikaların, kosmik buludların, hətta ən kiçik meteoritlərin öz dilləri ilə: “Allah vardır. Bizi fəza boşluğunda saxlayıb bir-birimizlə toqquşmadan gəzdirən, ahənglə dolaşdıran Odur” − dediklərini eşidirik.

Kainata baxanda atomdan kiçik hissəcikdən tutmuş planetlərə qədər hər şeyin Allahın əmrini dinlədiyini, Onun əmrlərinə müntəzir olduğunu, zərrə və cisimlərin o böyük Yaradanın əmri ilə hərəkət etdiyini görür, Ulu Xaliqin hər şeyə istədiyi nizamı verdiyini müşahidə edirik. Sonra da elm və ağlımızla təfəkkür edərək kainatın Rəhbərini tapdığımız an: “Ey kainatın sahibi! Səni tanımağa, Sənə ucalığına yaraşan şəkildə ibadət etməyə gəlmişəm” deyir, səcdəyə qapanır, Onun böyüklüyünü və özümüzün kiçikliyimizi dərk edərək ibadətin dadını hiss edirik.



Açar sözləri

Allah kainat kainatın sahibi

Bənzər məqalələr

Allahın varlığı haqda 2 sual

1. Deyirlər ki, hər şeyi yaradan Allahdır. Elə isə, bəs Allahı kim yaradıb?
2. İndi ki, Allah bizə bu qədər yaxındır, bizi yaradandır, bizim nə düşündüyümüzü, nə etdiyimizi bilir, o zaman nə üçün biz Allahı görmürük?

Allahın varlığının dəlilləri 1

Məqalə Allahın varlığının kainat, iradə, hüdus, intizam, elm, sənət, hikmət, məqsəd, şəfqət, mərhəmət və ruzi, yardımlaşma, təmizlik, simalar, ilahi sövq, çoxçeşidlilik (tənəvvüat) dəlilləri haqdadır.

Kainatdakı ümumi hikmət

Nəhəng bir insanı xatırladan kainat da bu cür hikmətlərlə təchiz edilmişdir. Belə ki, bütün mövcudatda zərrə qədər də olsun mənasız, lazımsız bir şey tapmaq mümkün deyildir. Zahirən faydasız görünən, qımıldanmadan dayanan bir ağac yarpağında belə neçə-neçə hikmət və fayda gizlənmişdir! Hərçənd ki, Haqq-Təala bunları bu cür yaratmağa məcbur deyildir, ancaq Onun Hakim ismi bunu zəruri edir.

Elm Allahı bilməkdir

Elm “oxumaqla əldə edilən bilik, məlumat” mənasındadır. Lüğətlərə nəzər saldıqda elm sözünün “bir şeyi həqiqi mahiyyəti ilə qavramaq, həqiqətlə eyni olan və qəti olaraq bilinən şey, bir şeyin şəklinin zehində formalaşması, əşyanı bütün və hissələri ilə anlamağa çalışmaq” və bənzər mənalarının olduğunu görürük. Elm kəlməsi cəhalət və elmsizlik (savadsızlıq) kəlmələrinin antonimidir.

Peyğəmbərə itaət Allaha itaətdir

Müsəlman olaraq biz həm Allaha, həm də Rəsuluna (s.ə.s) iman edirik. Yəni Allahın göndərdiyi Quran və Rəsulunun sünnəsinə tabe olmaqla mükəlləfik. Çünki Allah Rəsulullah (s.ə.s) vasitəsilə əmr və qadağan etdiklərinə tabe olmağı əmr etmişdir.


Şərh yaz