2. 772 dəfə oxunub ,   1 şərh   Çap et

Kasko – könüllü sığorta növüdür. Kasko üzrə yalnız nəqliyyat vasitəsinin özü, yəni nəqliyyat vasitəsinin konstruksiyası, gövdəsi sığortalanır. Kasko və digər sığorta növlərinin fiqhi hökmlərə görə caiz olmadığı haqqında müasir İslam alimləri həmrəydir. Çünki sığorta edən şirkət əldə etdiyi pulları faizə verir və əldə etdiyi gəlirdən qəzada zədələnən avtomobilə və yaralanmış sərnişinlərə pul ödəyir. Ancaq inanan insanlar bir araya gələrək sığorta şirkəti qursalar; müştəridən aldıqları pulu ticarət sahəsində istifadə etsələr; oradan gələn gəlirlərlə həm zərərçəkənlərə yardım etsələr, həm də il sonunda artıq qalan xərclənməyən, yığım əmanətini ölkə mənfəəti üçün xərcləsələr belə bir şirkətə sığorta etdirilə bilər. Ümid edirik ki, bizim ölkəmizdə də belə şirkətlər nə vaxtsa formalaşar.

Real olaraq yaşadığımız cəmiyyətdə belə bir şirkət olmadığına görə nə etməliyik?

“İslami sığorta fondları olmayan  və sığorta etdirmək zərurəti yaranan hallarda mövcud sığorta şirkətlərinə sığorta etdirilə bilər.”˗ deyən alimlər vardır. Siz də həmin alimlərin görüşünü tərcih edə bilərsiniz.

Avtomobil sığortası iki hissəyə ayrılır.

  1. Məcburi sığorta, dövlət tərəfindən tələb olunan və qanunlarla əsaslandırılan sığorta növüdür, bu məcbur olduğu üçün alınmalıdır.
  2. Könüllü sığorta, əmlakın bazar dəyərinin təxminən 5 faizi qədər sığorta şirkətinə pul verirsiniz və o da bir il ərzində sizin avtomobilinizə dəymiş zərəri qarşılayır.

Avtomobili kredit və lizinq yolu ilə aldıqda satışı təmin edən şirkət tərəfindən sığorta şərt qoyularsa sığorta etdirə bilərsiniz.

Kifayət qədər təcrübəli sürücü isəniz və öncəki illərdə ağır yol qəzası halları ilə qarşılaşmamışsınızsa sığorta etdirməməyiniz tövsiyə olunur. Ortalama on min manat dəyərində olan avtomobil üçün təxminən  beş yüz manat pul ödəmək məcburiyyətində qalacaqsınız. Bir il ərzində bəlkə də sizin o qədər xərciniz çıxmayacaq.

Nəticə etibarı ilə deyə bilərik ki, bu məsələdə qərarı öz vicdanınıza baxaraq verməlisiniz. Sığorta etdirmə ehtiyacı hiss etsəniz “məcburiyyət qarşısında qaldığınız üçün caizdir” deyən alimlərin görüşünü tərcih edə bilərsiniz.




Bənzər məqalələr

Maşından dua asmaq olar?

Sual: Maşınlara “Bismillah” yazmaq, kiçik Quranlar, dua mətnləri asmaq və ya yapışdırmaq doğrudurmu?

Bismillahsız kəsilən əti yemək olar?

“Üstündə Allahın adı çəkilməmiş (– “Bismillah” deyilib kəsilməmiş heyvanlardan) yeməyin. Çünki bu, günahdır…”


1 şərh yazılıb
  1. Namiq BABAŞLI , 18/04/2015 tarixində, saat 08:04

    Selamünaleykum!
    “Avtomobili kredit və lizinq yolu ilə aldıqda satışı təmin edən şirkət tərəfindən sığorta şərt qoyularsa sığorta etdirə bilərsiniz.” – bu cümlədən anladığım qədər kredit və ya lizinqlə satılan maşınları almaqda ciddi bir faiz məsuliyyəti yoxdur.
    Daha genizş açıqlasam: maşınım var şükürlər olsun, borcum da var ona da şükürlər olsun. Borc sıxırsa, verilmə müddəti gecikdiysə əldə olan maşını satıb bir hissəsini borca vermək, müəyyən bir hissəsini də kredit və ya lizinqlə maşın almaq kimi düşünülə bilirmi. Normal kənardan baxan kimi düşünsək, məcburiyyət var, elə ya belə borc sahibi sıxışdırsa maşın satılmalıdır.
    Səmimi fikirlərinizi gözləmək ümidiylə Allaha əmanət olun

Şərh yaz