Peyğəmbərimizin (s.ə.s) uşaqlara duası

Hər bir valideynin ən ümdə arzusu övladlarının xoşbəxt gələcəyini görməkdir. Buna görə onların  təlim-tərbiyəsinə xüsusi diqqət edir, onların həm maddi, həm də mənəvi dünyaları ilə yaxşı olması üçün cəhd edirlər.. Unutmamalıyıq ki, kainatda baş verən hadisələr arxasında əsl səbəbkar ancaq Uca Allahdır. Nə qədər çalışsaq, çapalasaq da hər daim acizliyimizin idrakında olub Qüdrəti Sonsuza əl […]

8. 448 dəfə oxunub 0 şərh yazılıb
Uşaqlara ölüm həqiqətini anlatmaq

Gəlimli-gedimli, ölümlü-itimli bir dünyada yaşayırıq. İnsan həyatında önəmli və həll edici bu hadisəyə hazır olmaq insan olmanın gərəyidir. Uşaqlara bu ölüm həqiqət kiçik yaşlarından etibarən uyğun bir dillə anlatılmalıdır. Valideyini və ya bir yaxını vəfat etdikdə, bu uşaqdan gizlədilməməlidir.

7. 185 dəfə oxunub 0 şərh yazılıb
Valideyn övlad münasibətləri

Sual: Uşaqların valideyin üçün bir imtahan vəsiləsi olduğunu deyirlər. Bununla nə nəzərdə tutulur? Dilimizdə istifadə olunan “bala” sözü ehtimal ki, ərəbcədən dilimizə keçmişdir. “İbtila” ərəb dilində “imtahan etmək”; “bəla” kəlməsi isə imtahan, dərd, müsibət kimi mənalar gəlir. Bu yönü ilə “bala”, yəni övlad imtahan deməkdir.

15. 176 dəfə oxunub 0 şərh yazılıb
Ana bətnində uşağın hissiyyatı

Uşaq tərbiyəsi ana bətnində ikən başlayır. Rüşeymin formalaşmağa başladığı andan etibarən valideynlərin hərəkət və davranışları dünyaya gələcək körpənin xarakterinin formalaşmasına birbaşa təsir edir. Nə qədər uşaq var ki, doğulub böyüdükləri mühit və valideynlərin məsuliyyətsizliyi ucbatından göz açdıqları andan bədbəxt olurlar.

12. 291 dəfə oxunub 0 şərh yazılıb
Necə ad qoymalı?

Yeni dünyaya gələn uşağın atası və ya hüquqi varisindən alacağı əsas haqlardan biri gözəl ad sahibi olmaqdır. Əgər uşaq ölü doğulsa belə ona ad qoyulmalıdır. Doğulan uşağa həmin gün ad qoymaq daha fəzilətlidir.

54. 557 dəfə oxunub 0 şərh yazılıb
Adın uşaq psixologiyasına təsiri

İnsan orqanizmi eşitdiyi kəlmələrin məzmunundan asılı olaraq hər sözə fərqli reaksiya verir. Özünüzü yoxlaya bilərsiniz: “yağmur” kəlməsinin insan ruhunda oyatdığı təsirlə, “quraqlıq” kəlməsinin oyatdığı təsir eynidirmi? Və ya “çiçək” kəlməsi ilə “tikan” kəlməsini eyni təsir gücünə malikdir? Təbii ki, yox. Sanki hər bir kəlmənin özünəxas “ruhu” mövcuddur.

8. 496 dəfə oxunub 1 şərh yazılıb
tesvir secilmeyib
Uşaqlarımızı gələcəyə necə hazırlamalıyıq?

Övladlarımıza gözəl tərbiyə vermək üçün müəyyən xüsuslara diqqət etməliyik. Bütün sözlərimizin, davranışlarımızın, hətta həyat yoldaşımızla söhbətlərimizin və hər cür münasibətlərimizin əsas mövzusunu sonrakı dövrlərdə uşağın şüuraltına yerləşdirmək istədiyimiz məsələlər təşkil etməlidir.

3. 495 dəfə oxunub 1 şərh yazılıb
tesvir secilmeyib
Uşaqlar arasında ədalətli olmaq

Ailədə uşaqlar arasında fərq qoyulmaması, birinin digərindən üstün tutulmaması əsas prinsiplərdən biridir. Bu məsələdə valideynin kiçik bir qüsuru uşaqların yanında hörmətdən düşməsinə kifayət edir. Valideynlərin övladlar arasında fərq qoyması ayrı-seçkilik görən uşaqları qısqanclığa sövq etməklə birlikdə, onların şüuraltında ata-analarına qarşı nifrət hissinin meydana gəlməsinə səbəb olur.

6. 300 dəfə oxunub 0 şərh yazılıb
tesvir secilmeyib
Uşaqlar nə üçün çox sual verirlər?

Cavab: Hər şeydən əvvəl onu deyək ki, uşaqlar ətraf mühiti daha çox öz “səyləri” ilə anlamağa çalışırlar. Bu baxımdan uşaqlar üçün bilavasitə gördüklərini anlamaq daha asan olur. Ancaq hadisələrin arxasında duran bəzi səbəbləri və ya görə bilmədikləri, ancaq eşitdikləri bəzi mücərrəd məfhumları anlamaqda çətinlik çəkirlər. Bunun üçün də bir böyüyün yardımına ehtiyac hiss edirlər. Yəni, onların sual vermələrinin səbəbi əslində içində yaşadıqları dünyanı tanımaq cəhdləridir.

6. 706 dəfə oxunub 0 şərh yazılıb
Uşaqlar internetlə nə vaxt tanış olmalıdır?

Uşaqlar vaxtlarının çox hissəsini komyuter qarşısında keçirməyi, xüsusilə də kompyuter oyunları oynamağı çox sevirlər. Ancaq ilk vaxtlar “günahsızcasına” başlayan bu oyunlar bəzən düzgün istifadə olunmadığı təqdirdə (təbii ki, bura oyunların düzgün seçilməməsini də əlavə etmək olar) uşaqlarımızı zorakılığa sürükləyir. Bu isə, nəticədə, uşağın zorakılığı adi bir hal kimi qəbul etməsinə gətirib çıxarır.

3. 190 dəfə oxunub 0 şərh yazılıb
tesvir secilmeyib
Uşaqlar niyə yalan danışır?

Bir ana yanıma gələrək “Oğlum tez-tez yalan danışır. Yaşamadığı hadisələrlə qarşılaşdığını deyir. Ailəliklə övladımıza yalan danışdığımızı xatırlamıram. Bu vəziyyət məni çox narahat edir. Dəfələrlə yalanın yaxşı əməl olmadığını dediyim halda, onu bu yoldan döndərə bilmirəm. Sizə müraciət etməkdən başqa çarəm qalmadı” − dedi.

9. 517 dəfə oxunub 0 şərh yazılıb
tesvir secilmeyib
Həm valideyn, həm də pedaqoq olun

Çox vaxt valideynlərdən uşaqları ilə bağlı bu “şikayətləri” eşidirik: “Uşağımı başa düşməkdə çətinlik çəkirəm”. “Hər hansı bir problem baş verəndə necə reaksiya verəcəyimi bilmirəm”. “Uşağımın köməyə ehtiyacı olanda necə kömək edəcəyimi bilmirəm” və s. Hər şeydən əvvəl bu problemlərə cavab tapmaq üçün uşağınızı yaxşı tanımalı və hər hansı sözə və ya hərəkətə reaksiyalarının səbəbini bilməlisiniz.

5. 210 dəfə oxunub 0 şərh yazılıb
tesvir secilmeyib
Uşaqların yanında mübahisə etmək olar?

“Uşaqların yanında mübahisə edin, ancaq uşaqlar eşitməsin” adlanan bir ənənə bizim mədəniyyətimizə aid deyildir. Ənənəvi həyat tərzimizə görə, ailədə bir hökm sahibi ata və ona itaət edən bir ana var. Ona görə də ana və atalar mübahisələrini, daha doğrusu, fikir mübadiləsini uşaqların yanında, qarşılıqlı hörmət çərçivəsində, səviyyəli şəkildə etməlidirlər ki, “qarşılıqlı hörmət” modelini övladları görsün.

3. 204 dəfə oxunub 0 şərh yazılıb
tesvir secilmeyib
Uşaqların suallarını cavablamaq

Uşaqların verdiyi sualları çox vaxt mənasız qəbul edirik. Sual verəndə də çox vaxt ya onları susdurur, ya da gülürük. Bununla da onlara ikiqat zərər veririk. Onlar da eyni şeyi təkrarlayacaq, kimisə verdiyi suala görə ittiham edəcək və bir daha heç kimə sual verməyəcək.

2. 752 dəfə oxunub 0 şərh yazılıb
tesvir secilmeyib
Qızların namaza başlama yaşı

Sual: Qızlar neçə yaşından namaz qılmalıdır?

31. 932 dəfə oxunub 0 şərh yazılıb
tesvir secilmeyib
İnternet və sosial şəbəkələr – övladımızı gözləyən təhlükələr

Allah Təala biz valideynlərə övladları əmanət olaraq vermiş, vaxt gələcək bu əmanətin hesabını soruşacaqdır. Buna görə də Rəbbimizin verdiyi övlad əmanətini göz bəbəyimiz kimi qorumalı, onun tərbiyəsi ilə yaxından maraqlanmalı, insanlığa, cəmiyyətə, millətə faydalı şəxsiyyət olaraq yetişdirməyə çalışmalıyıq. Belə etdiyimiz təqdirdə həmin əmanətin haqqını vermiş olarıq.

6. 566 dəfə oxunub 0 şərh yazılıb
tesvir secilmeyib
Uşaqlara qarşı mərhəmət və şəfqətin meyarı

Uşaqlara qarşı mərhəmət və şəfqətin ən səmərəli metodu nümunə olmaqdır. Uşaqların şəfqət hissini irsi yolla əldə etməsi də mümkündür. Məsələn, bəzi uşaqlar hələ kiçik yaşdan kövrək olurlar. Bu hal onların daha sonralar bir az həssas, incə, ürəyiyuxa olacağından xəbər verir.

3. 137 dəfə oxunub 0 şərh yazılıb
tesvir secilmeyib
Uşaqlarla necə davranmalı?

Uşaq dünyaya gələndə həkimlərə müraciət edib: “Bu həftə, bu ay hansı qidalar verməliyik?,” – deyib qidanı rejimə saldığımız kimi, tərbiyə məsələsində də “Beş yaşında uşağım var, nə edim?” “On yaşında uşağım var, nə etməliyəm?” “On beş yaşında uşağım var, nə edim?” kimi suallarla mütəxəssislərlə məsləhətləşməli və hər məsələni onların tövsiyələri ilə həll etməyə çalışmalıyıq.

9. 422 dəfə oxunub 0 şərh yazılıb
tesvir secilmeyib
Uşaqlara aid vəzifələrimiz

Uşaqların mükəmməl təlim-tərbiyəyə yiyələnməsi üçün şəraitin də mükəmməl olması başlıca şərtlərdən biridir. Bəli, hər bir uşaq mühitinə uyğun formalaşır və bir mənada həmin mühitin övladı sayılır. Mühit amillərinin birincisi ailədir. İkincisi məktəb, üçüncüsü dost-tanış dairəsidir, dördüncüsü isə birgə dərs çalışdığı uşaqları ehtiva edir. Cəmiyyət həyatında dərzi dükanı, dülgər sexi, camaşırxana və digər iş yerlərini də qeyd etmək olar.

15. 902 dəfə oxunub 0 şərh yazılıb
tesvir secilmeyib
Uşaqların qorunması üçün oxunan dua

Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) nəvələri Hz. Həsən (r.a.) və Hz. Hüseynə (r.a.) belə dua edərdi

178. 894 dəfə oxunub 2 şərh yazılıb



  Facebook səhifəmizi bəyənin