Qeybət nədir?
Qeybət nədir?

Qeybət bir şəxsin xarici görkəmi, bədən quruluşu, əxlaqi keyfiyyətləri, qohumları, hətta yaşadığı evə, sürdüyü maşına kimi din və dünya işləri haqqında – onun xoşuna gəlməyən sözləri, həm də arxasınca danışmaqdır. Bunlardan savayı, ən dəyərli sərmayə olan vaxtı boş yerə sərf və israf etməkdir.

30. 147 dəfə oxunub 0 şərh yazılıb
Xeyirxahlıq yarışı

“Mallarını Allah yolunda sərf edənlərin halı yeddi sünbül verən bir toxuma bənzər ki, bu sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah istədiyi kimsə üçün bunu qat-qat artırır. Allahın (lütfü) genişdir”

2. 379 dəfə oxunub 0 şərh yazılıb
Niyyət edilən əhdi pozmaq olar?

Əhdimizi pozmaq məcburiyyətində qaldıqda və ya əhdimizi pozmaq bizim üçün daha xeyirli olduğunu gördükdə poza bilərik. Belə olan halda yə əhdimizi yerinə yetirməli, ya da yəmin kəffarəsini ödəməliyik.

3. 293 dəfə oxunub 0 şərh yazılıb
Yaddaşı gücləndirmək

Sual: Yaddaşı gücləndirmək üçün nə edə bilərik? Yaddaşı gücləndirmək üçün öncəliklə haram olan şeylərə baxılmamalı, diqqəti dağıdan şeylərdən də uzaq qalmalıyıq. Alimlərimiz yaddaşı gücləndirmək üçün səhər acqarına 21 ədəd kişmişin (qurudulmuş üzüm) üzərinə 21 dəfə “Bismillah” oxuyaraq yeyilməsini tövsiyyə etmişlərdir. Tibbi Nəbəvidə 21 ədəd qara rəngli çəyirdəkli üzümün kişmişinin yeyilməsi tövsiyyə edilir.

4. 644 dəfə oxunub 0 şərh yazılıb
Bürclər haqqında bilmədiklərimiz

Allah bu ulduzları üç şey için yaratmışdır: Onları səmanın zinəti, (səmaya yüksəlib xəbər toplayan) şeytanlara atılacaq daşlar elədi; özləri ilə istiqamət təyin edilən əlamətlər qıldı. Kim ulduzlar haqqında başqa izah gətirmək istəyərsə xəta edər və nəsibini itirər, onu maraqlandırmayan və məlumatı olmayan hətta bilməkdə peyğəmbərlər və mələklərin belə aciz qaldıqları bir mövzuda özünü çıxılmaz vəziyyətə salar.

35. 611 dəfə oxunub 0 şərh yazılıb
Kasko sığorta caizdirmi?

Kasko sığorta caizdirmi? Kasko – könüllü sığorta növüdür. Kasko üzrə yalnız nəqliyyat vasitəsinin özü, yəni nəqliyyat vasitəsinin konstruksiyası, gövdəsi sığortalanır. Kasko və digər sığorta növlərinin fiqhi hökmlərə görə caiz olmadığı haqqında müasir İslam alimləri həmrəydir.

2. 772 dəfə oxunub 1 şərh yazılıb
Kirli paltarlar neçə dəfə yuyulmalıdır?

Nəcasət bulaşaraq kirlənən paltarlar üç dəfə yuyulmalı sonra suyu sıxılaraq və ya suyu tam süzüldükdən sonra asılmalıdır. Belə paltarlar paltaryuyan maşında yuyulsa üç dəfə yuyulmuş sayılır. Çünki paltaryuyan maşınlar paltarı əldə yumadan daha yaxşı yuyurlar.

3. 950 dəfə oxunub 0 şərh yazılıb
Kəsilən dırnaqlar və saçlar nə edilməlidir?

Kəsilən dırnaqlar, həmçinin kəsilən saçlar da hara gəldi atılmamalıdır. Əvvəllər, bunları həmişə əldən-ayaqdan uzaq bir yerdə basdırırdılar. Ancaq bu gün böyük şəhərlərdə yaşayan minlərlə, milyonlarla insan üçün bu işi görmək o qədər də asan deyil. Ona görə də, yaxşı olar ki, insanlar onları bir kağıza büksünlər və bir zibil qutusuna atsınlar. Yəni, saçı və ya dırnağı açıq şəkildə tullamaq düzgün deyil.

11. 330 dəfə oxunub 0 şərh yazılıb
Nərd oynamaq günahdır?

Nərd oynamaq haramdır. Bunun səbəbi isə zaman israfı yox, Rəsulullahın (s.ə.s) bunun haram olduğunu bildirməsidir. Allah Rəsulu (s.ə.s) “Kim nərd oynayarsa Allah və Rəsuluna isyan etmişdir” buyurmuşdur. Nərdin haram olmasındakı səbəb vaxtın boşa xərclənməsi və ya qumara alışmaq deyil. Bunlar sadəcə onun qadağan olunmasının hikmətləridir. Nərd oynayarkən zərlərin hər atışda fərqli düşməsi, zərdən nəsə ummaq, qədərə üsyan düşüncəsinə səbəbiyyət verməsi onun qadağan olunmasının hikmətlərindən sayıla bilər. İnanan bir insan da Allah Rəsulunun (s.ə.s) sünnəsinə səhabələr kimi sorğulamadan tabe olmalıdır.

29. 597 dəfə oxunub 0 şərh yazılıb
tesvir secilmeyib
Xəstə ziyarəti necə edilməlidir?

Xəstələri ziyarət etmək sünnədir. Peyğəmbərimiz xəstələrə baş çəkər və xəstə ziyarətini tövsiyə edərdi. Xəstəni ziyarət edən həm ona mənəvi dəstək olur, həm də savab qazanır. Xəstəlik olmadan sağlamlığın qiyməti o qədər bilinmir. Həmçinin hər bir xəstəlik bir imtahandır.

8. 257 dəfə oxunub 0 şərh yazılıb
tesvir secilmeyib
Kimin ehtiyacı var?

Bir xəstə ona israrla faydalı dərman içirməyə çalışan şəfqətli həkimə bu təkidin müqabilində: “Sənin nə ehtiyacın var ki, belə israr edirsən?” – deyib etiraz etsə, nə qədər mənasız olar. Çünki həkim xəstəni düşündüyü üçün “Bu vitaminləri gündə beş dəfə atmalısan” deyir, hətta qapıdan çıxanda da israrla bunların vacibliyini xatırladır. Mənəvi duyğularımızın qidası, qürur, nəfs və şeytan kimi bir çox mikrobların “antibiotiki” olan namaza, əlbəttə, bizim ehtiyacımız var.

2. 597 dəfə oxunub 2 şərh yazılıb
tesvir secilmeyib
Möminin dinə xidmət həyatı nə zaman bitməlidir?

Sual: İlk vaxtlar insanda mövcud olan təbliğ eşqinin yerini tədricən fərdi və ictimai problemlərə əvəz etməyə başlayır. Belə hallarla tez-tez qarşılaşırıq. Mömin neçə yaşına qədər təbliğ fəaliyyəti (İslama xidmət) ilə məşğul olmalıdır və ya bunun hər hansı yaşı varmı? Sonradan gələnlər də eyni aqibətlə qarşılaşacaq?

2. 430 dəfə oxunub 0 şərh yazılıb
tesvir secilmeyib
Niyyət edilən əhdi pozmaq olar?  

Sual: Mən “bir qohumumla heç vaxt danışmayacağam, danışaramsa, bir il oruc tutacağam” deyə and içdim. Ancaq vəziyyət elə gətirdi ki, mən onunla danışmalı oldum. Hal-hazırda oruc tutmağa başlamışam. Oruc tutmağa davam etməkdən başqa çıxış yolu varmı?

4. 145 dəfə oxunub 0 şərh yazılıb
tesvir secilmeyib
İşlərim düz gətirmir

25 yaşım var. İbadətlərimdə nöqsanlar olsa da dualarıma diqqət edirəm. Lakin fikir verirəm ki, dua etdikcə işlərim düz gətirmir. Bilmirəm, duamda səmimi deyiləm, yoxsa bununla imtahan olunuram? Buna görə çox pis oluram. Hal-hazırda biri qızla evlənmək istəyirəm. İstixarəyə yatdım, yaxşı yuxu gördüm. Lakin valideynlərim razı olmadığına görə onunla evlənə bilmirəm. Uşaqlığımdan etibarən valideynlərimlə sözüm düz gəlmir. Hamıya kömək etməyə çalışıram. Lakin özümə heç bir faydam toxunmur. Bu vəziyyətdən qurtulmaq üçün nə edə və ya hansı duanı oxuya bilərəm?

8. 863 dəfə oxunub 0 şərh yazılıb
Novruz bayramı keçirmək olarmı?

Novruz farsca kəlmədir. Mənası “yeni gün” deməkdir. Ərəbcələşmiş şəkli “Neyruz”dur. Novruz bayramı, farsların ən böyük bayramlarından sayılır. Bu günü bayram olaraq ilk dəfə qeyd edən şəxs, fars kralları Cəmşid olmuşdur.
İranda İslamdan əvvəl Novruz həm milli, həm də dini bayram kimi qeyd olunurdu. Orta əsrlərdən başlayaraq müxtəlif türk boyları tərəfindən Novruz qeyd edilmişdir. Sultan Məlikşahın hazırlatdığı Cəlali təqviminin başlanğıcı martın 21-nə düşür.

5. 878 dəfə oxunub 0 şərh yazılıb
tesvir secilmeyib
Nə üçün namaz qılmalıyam?

İbadətin özəyi ixlasdır, ibadət yalnız və yalnız Allah əmr etdiyi üçün yerinə yetirilir. Bir hikmətə görə və bir fayda almaq üçün edilən ibadət məqbul sayılmır. Məsələn, namaz Allah rizasını qazanmaq üçün deyil, gimnastika niyyəti ilə qılınarsa, onda idmandan başqa bir məna ifadə etməz.

11. 596 dəfə oxunub 0 şərh yazılıb
tesvir secilmeyib
Dinimizə görə xünsanın hökmü nədir?

Yaradılmış bütün varlıq erkək və dişi olmaqla cüt yaradılmışdır. Bu ilahi nizamdır. Dəyişik hikmətlərə görə bu prinsipin istisnaları da baş verir. Cəmiyyət içərisində nə qadın və nə də kişi deyə biləcəyimiz fərqli, orta cins, iki cinsin xüsusiyyətlərinə də malik insanlar vardır. Dini terminalogiyada bunlar xünsa deyilir… Nəticədə onlar da bir insandır. Doğuşdan gələn və özlərindən aslı olmayan bu halları alimlər tərəfindən məqbul qarşılanmış və onlar üçün xüsusi hökmlər təyin etmişlərdir.

3. 471 dəfə oxunub 0 şərh yazılıb
tesvir secilmeyib
Yuxu nədir? Hansı növləri var?

Yuxu həqiqət aləminə açılan pəncərələrdən, olmuş və olacaq hadisələrin eyni ilə görülməsindən, yaxud bəzi işarələrlə müşahidə edilməsindən ibarətdir. Yuxularda gözə, maddəyə və işığa ehtiyac olmur, hər şey bəsirət və ruhla sezilir. Məhz buna görə də yuxular bir çox hallarda insana təsəvvürəsığmaz gözəllikləri göstərir.

17. 583 dəfə oxunub 0 şərh yazılıb
tesvir secilmeyib
Marketlərdə satılan balıqlar?

Bildiyimiz kimi Allahın adı çəkilmədən (bismillahsız) kəsilən heyvanların əti haramdır. Bəs bu şərt dəniz məhsulları yəni balıqlar üçün də keçərlidirmi? Mağazalarda satılan balıqları və digər dəniz məhsullarını yemək caizdirmi?

4. 223 dəfə oxunub 1 şərh yazılıb
tesvir secilmeyib
Top saqqal saxlamaq caizdirmi?

Top saqqal bu gün dəb halını alıb. İnsanlar özlərini bir şəkildə fərqli göstərməyə çalışırlar. Bu caiz deyil. Çünki olduğundan fərqli və süni görünməyi dinimiz xoş qarşılamamışdır.

2. 561 dəfə oxunub 1 şərh yazılıb