İslamda Uca Yaradana aid vəzifələrini yerinə yetirən bir insanın işləməsi ibadət qəbul edilmişdir. Dolayısilə, işçinin əməyi müqəddəsdir, dəyərlidir. Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm): “Heç kim öz əlinin əməyindən daha təmiz qazanc əldə edə bilməz”,
Hz. Məhəmmədin (s.a.s.) Allahın rəsulu olduğunun bir dəlili də onun ordu komandanlığıdır. Ərəblər o tarixə qədər qarşılıqlı meydan muharibəsi etməmişlərdi. Bədir, Uhud və.s. onların ilk meydan müharibələriydi. Düşünün ki, heç bu işlərdən xəbəri olmayan birisi ərəb tarixidə ilk dəfə olaraq bir sərkərdə kimi orduyu idarə edir
Cavab: Allah Rəsulunun (sallallahu əleyhi və səlləm) qısa vaxtda müvəffəq olmasının səbəblərini belə xülasə edə bilərik: O olduqca sürətli və düzgün qərar verirdi. Heç bir qərarı uğursuzluqla nəticələnməmişdi.
İnsanların dünya həyatında Allah-Təalanı görməsi mümkün deyil.Qurani-Kərimin bəyanlarına görə bu dünyada gözlər Onu görə bilməz. “Gözlər Onu görə bilməz
Bu dünyada hər başlanğıcın bir sonu var. Aləmlərə Rəhmət olaraq göndərilən Hz. Məhəmməd Mustafa da (sallallahu əleyhi və səlləm) bir insan olduğundan vaxt-vədə yetişəndə O da dünyadan köçəcəkdi. Vəzifəsini bitirmiş, əmanətini layiqincə başa çatdırmış və Rəbbinə yönəlmişdi.
Cavab:Peğəmbərimizin dəfn hadisəsini bir neçə başlıq altında ələ alaq: Rəsulullahın nəşini kimlər və necə yumuşdular? Allah Rəsulu (sallallahu əleyhi və səlləm) vəfat edəndə Onu yumaq üçün otağında, ailəsindən başqa əmisi Abbas, Əli ibn Əbu Talib, əmisi oğlu Fadl ibn Abbas, Üsamə ibn Zeyd, Quşəm və azad köləsi Saleh var idi.
Qurani-Kərimdə cənnət və cəhənnəm həqiqəti tez-tez xatırladılır. Cənnətə kimlər gedəcək? Hansı əməllər, hansı hal-vəziyyətlər, düşüncə və davranışlar insanı cənnətə aparır? Cənnətdə möminləri hansı nemətlər və gözəlliklər gözləyir? Bunlar təfsilatı ilə anladılır. Eyni zamanda insanı cəhənnəmə sürükləyən
Peyğəmbərimiz hər cəhətdən ən gözəl əxlaqa sahib idi. O, yerindən, vaxtından və həmsöhbətindən asılı olaraq ən gözəl davranışı ortaya qoyurdu. Məsələn: birbaşa peyğəmbərliyə aid olan məsələlərdə olduqca həssas, ciddi və təmkinli hərəkət edirdi. Eyni zamanda iman və ibadət xüsuslarında
İnsan Qədərə imanla nə əldə edir? Mövzuya bir örnəklə başlayaq. İki yoldaş böyük və bağlı-bağatlı bir qəsəbədə qonaq olurlar. Qəsəbədə yaraşıqlı evlər, növbənöv meyvə-tərəvəz, cins-cins heyvanlar var. Həm də qəsəbənin elektrik, su, istilik kimi ehtiyaclarını təmin etmək üçün bir çox irili-xırdalı qurğular işləyir.
“Alın yazısı” el arasında “qədər” mənasında işlədilir. Qədərə isə “Allah-Təalanın əzəldən əbədəcən olacaq hər şeyi əvvəlcədən bilməsi, təqdir və təsbit etməsi” şəklində tərif vermək olar. Allah-Təala keçmişi, bu günü və gələcəyi eyni anda görən əzəli və hüdudsuz elmi ilə insanın nə zaman
Cənnəti qazanmaq və cəhənnəmdən qorunmaq hər bir insan üçün həyati əhəmiyyətli məsələdir. Çünki bir göz qırpımında keçib gedən bu fani dünya əbədi aləmə hazırlıq yeridir. Peyğəmbərimiz: “Dünya axirətin tarlasıdır”,
İnsan da daxil olmaqla bütün canlı və cansız məxluqların xariqüladə yaradılışı tamamilə Allahın elm və qüdrəti ilə bağlıdır. Buna cəbri qədər deyilir. İnsanın cinsi, dərisinin rəngi, irqi, ana və atası, uzun və ya qısa boylu olması, çox və ya az istedadlı olması kimi xüsusiyyətlərin hamısı cəbri qədərə
“İnşallah” gündəlik həyatda tez-tez eşitdiyimiz və işlətdiyimiz kəlmələrdən biridir. Ancaq bir çoxumuz bu kəlməni işlətsək də, onun dərin mənasından xəbərsizik. Hətta bəzən getmək istəmədiyimiz bir dəvəti nəzakətlə yola vermək üçün “inşallah” deyirik. Halbuki “Allah istəsə”
Qul haqqı nədir? Axirətdə boynunda qul haqqı olanların vəziyyəti necə olacaq? Gözəl dinimiz İslamiyyət insan haqlarına böyük önəm verir. İnsanların hüquqları ilə bağlı ən gözəl ölçüləri ortaya qoyur və insanların bir-birinin haqlarına hörmətlə yanaşmasını istəyir. Qul haqqını məhz bu çərçivədə dəyərləndirmək lazımdır. Qul haqq çox geniş anlayışdır. Daha yaxşı anlaşılması üçün bir neçə misal verək: […]
Allah bizim nə edəcəyimizi bilir, lakin biz nə edəcəyimizi bilmirik. Allah-Təala bizi nə edəcəyimizi, necə insan olacağımızı, lütf etdiyi nemətləri necə dəyərləndirəcəyimizi göstərmək üçün dünyaya göndərmişdir. Göndərmişdir ki, Qiyamət günü cəzalananlar: “Allahım, mənə fürsət versə idin, oruc tutar, zəkat verər, böyük xeyirlər edib yaxşı insan olardım”,– deyə etiraz edə bilməsinlər. Bunu bir misalla daha yaxşı anlaya […]
Allah niyə insanları bərabər yaratmadı? Niyə bəzilərini kasıb, bəzilərini varlı, bəzilərini şikəst, bəzilərini də sağlam xəlq etdi? Hər şeydən əvvəl qeyd edək ki, belə bir sualı ancaq yaradılışın hikmətini anlamaq üçün verə bilərik. Əks təqdirdə, Allah qorusun, Allahı sorğu-suala çəkmək mənası çıxar ki, buna da heç kimin həddi və haqqı yoxdur. Çünki yaşadığımız dünya, tənəffüs […]
Peyğəmbərimiz əshabının fəzilətli, gözəl əxlaqlı və kamil insan olması üçün səy göstərdiyi kimi, bədəncə sağlam, gümrah və güclü olmasını da arzu etmişdir. Buna görə də: “Atıcılıqla və at sürməklə məşğul olun” (Müslim, İmarə: 169), “Müsabiqə yarış keçirmək, at və dəvə ilə ötüşmək, ox və buna bənzər şeylər atmaqdadır”
Təvəkkül lüğəvi mənasına görə, “dözmək, güvənmək, bir iş üçün bir şəxsi vəkil tutmaq, bir işi etibarlı adama həvalə etmək” deməkdir. Dini termin kimi “Müsəlmanın bir işlə bağlı öhdəsinə düşən bütün vəzifələri və səbəbləri yerinə yetirdikdən sonra nəticəni Allaha həvalə etməsi, sadəcə Ona güvənib arxalanması” anlamını daşıyır.
Haqq-Təala yer üzünü bir süfrə kimi süsləmiş və hər mövsümdə bir-birindən ləziz min bir neməti o süfrədə istifadəmizə vermişdir. Bu bitib-tükənməyən nemətlərin əvəzində də nemətlərin şüurunda olub layiqincə şükür etməyimizi istəmişdir. Halbuki alışqanlıq və qafillik üzündən çox vaxt
Ərhamurrahimin (Rəhman və Rəhmli) olan Rəbbimiz: “Mənə dua edin, Mən də sizin dualarınıza cavab verim!” (“Ğafir” surəsi, 60) məallı ayədə ilahi dərgaha yönələn yalvarışları cavabsız qoymayacağını bəyan edir. Amma müəyyən şərtlərə riayət duanın qəbul ehtimalını gücləndirir. Dualarımızın Allahın izzətli dərgahında məqbul olması üçün müəyyən