Siqaret və qəlyan çəkmək orucu pozur. Həmin oruca qəza və kəffarə gərəkir. Başqasının çəkdiyi siqaret tüstüsünü bilərək ciyərlərinə çəkən şəxsin də orucu pozulur.
“Boğazı kəsmək” mənasını verən intihar sözü “bir insanın öz canına qəsd edərək həyatına son qoyması” deməkdir.
Ubey ibn Kab nəql edir: Bir dəfə mən bir kisə pul tapdım. İçində yüz dinar vardı. Onu Rəsulullaha (s.ə.s) göstərdim. Rəsulullah (s.ə.s) həmin kisəni bir il boyunca elan etməyimi istədi. Mən də bir il elan etdim. Sahibi tapılmadı. Yenidən Rəsulullahın (s.ə.s) yanına gəldim. Rəsulullah (s.ə.s) yenə bir il elan etməyimi istədi. Yenə sahibini tapa bilmədim. Bu dəfə Rəsulullah (s.ə.s) belə buyurdu: “Bu kisəni, içindəki pulun məbləğini yaxşı yadında saxla. Sahibini tapsan ona geri qaytar. Əgər sahibini tapmasan özün üçün xərclə.”
Ümrə ziyarətində hansı ibadətləri etmək lazımdır?
Ey Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin qadınlarına de ki, (naməhrəm yanında) çarşabları ilə örtünsünlər.
Sağ əlinizlə yeyin, sağ əlinizlə için, sağ əlinizlə alın, sağ əlinizlə verin. Çünki şeytan sol əliylə yeyər, sol əliylə içər, sol əliylə verər, sol əliylə alar.
Uşağın bezini dəyişdirərkən əlimizə dəyən nəcasət dəstəmazı pozurmu? Dəstəmazı pozan hallar insanın şəxsiylə əlaqədar bir məsələdir. Kənardan bulaşan bir nəcasət həmin şəxsin dəstəmazına bir ziyan verməz.
Sual: Maşınlara “Bismillah” yazmaq, kiçik Quranlar, dua mətnləri asmaq və ya yapışdırmaq doğrudurmu?
Sual: Üzərində insan və heyvan fiqurları, cizgi film qəhrəmanları olan paltarlarla namaz qılmaq olarmı?
İslam adından da göründüyü kimi, sülh və əmin-amanlıq dinidir. Bu dində bir insanın öldürülməsi bütün bəşəriyyətin öldürülməsinə bərabər sayılır. İslam Peyğəmbəri Hz. Məhəmməd Mustafanın (sallallahu əleyhi və səlləm) həyatı buna ən gözəl nümunədir. Sülhün əsas olmasına baxmayaraq, Peyğəmbər və müsəlmanlar döyüşə qatılmışsa, başqa çıxış yolunun olmamasından və məcburiyyətdən irəli gəlir. Onsuz da, ilk döyüşlə bağlı […]
Vəfat edən şəxsin ailəsi və ya yaxınları onun qəzaya qalmış oruclarını tuta bilməzlər. Rəsulullah (s.ə.s.) belə buyurur: “Heç kim başqasının yerinə oruc tuta bilməz. Heç kim başqasının əvəzinə namaz qıla bilməz.”
Bir insan həyatı boyu sağlam qalmaq istəyirsə, hər il dörd həftə yeməkdən imtina edib, oruc tutmalıdır”.
Namazda birinci səcdədən qalxandan sonra, ikinci səcdəyə gedənə qədər keçən müddət ərzində bir qədər oturmaq cəlsə, ikinci və sonuncu rükətlərində müəyyən qədər oturmaq isə qadə adlanır.
Gərdək gecəsi qorxusu, səbəbləri və fəsadları Toy əksər xalqlara xas mərasimlərdən biridir. Bir çox insan uşaqlıqdan evlənənə qədər toy günü ilə əlaqəli xəyallar qurur və həmişə toyunun yaddaqalan olmasını arzulayır. Ancaq toy gecəsi baş tutan ilk cinsi münasibət əksər cütlüklərdə həyəcan, qorxu və müəmma dolu bir hadisə təəssüratı oyadır. İlk gecə qorxusu xüsusilə həssas və […]
Sual: Camaatla zikr etməyin bidət olduğu haqqında bir rəvayətin olduğu söylənilir. Bu rəvayət haqqında məlumat verə bilərsinizmi?
Talaq nədir? “Talaq” “düyünü açmaq” deməkdir. Termin olaraq isə, qadın və kişi arasında qarşılıqlı razılıqla bağlanan nikaha müəyyən sözlərlə xitam verməyə talaq deyilir.
Sual: Bayram namazını qadınlar evdə təkbaşına qıla bilərlərmi? “Dörd sinif insandan başqa bütün müsəlmanlara camaatla cümə namazı qılmaq vacibdir. Onlar kölə, qadın, xəstə və uşaqlardır.” Əbu Davud, Namaz,191 (Kölələr və qadınlar üçün cümə fəsli) Cümə və bayram namazları camaatla qılınır. Kişilərə cümə namazını qılmaq fərz, bayram namazları isə vacibdir. Qadınların isə cümə və bayram namazları […]
Qurani Kərimin 97-ci surəsi olan Qədir surəsində bu gecənin min aydan daha xeyirli olduğu bildirilmişdir. Həmçinin bu gecə mələklərin və ruhun yer üzünə endiyi və səhər açılana kimi əmin-amanlığın, xeyir-bərəkətin hər tərəfi bürüdüyü bildirilir. Bu gecənin əhəmiyyəti haqqında Peyğəmbərimizin (s.ə.s.) hədislərində isə belə buyrulur: “Kim inanaraq və savabını Allahdan gözləyərək Qədir gecəsi namaz qılarsa, keçmiş […]
Sünnət əsasən yetkinlik yaşına çatmamış oğlan uşaqlarının kişilik əzasının ucunu örtən dərinin kəsilməsindən ibarət əməliyyatdır. Ərəblərdə həm qadın, həm də ki, kişi sünnət olunurdu. Sünnət olmaq insanın fitrətindən qaynaqlanır. Allah Rəsulu (s.ə.s) beş şeyin fitrətdən olduğunu bəyan edir. Biri də sünnət olmaqdır
İslam dininə görə, ailə qurmaq insanın əsas haqlarından biridir. Dinimiz evliliyə təşviq etmişdir. Ancaq dinimizə görə, müəyyən şəxslərlə evlənmək haramdır.