Hamilə qadın namazda rüku və səcdə etməsi özünə və ya qarınındakı uşağa zərər verəcəksə, yuxarıda izah edilənlərdən özünə uyğun gələn şəkildə namazını əda edər. Yəni namaza başlayandan qurtarana qədər ayaq üstə dayana bilmirsə ilk rükətə ayaq üstə başlamalı sonrakı rükətləri təhiyyatda olduğu kimi oturaraq davam etməlidir.
Silei-rəhm – qohum-əqrəba və yaxınlara baş çəkmək, hal-əhval tutmaq, könülləri xoş etmək mənasında işlənən dini-əxlaqi bir termindir. Silei-rəhm vacib, silei-rəhmi kəsmək isə günah hesab edilir.
Qardaşlıq haqqına riayət etmək.
Əli və ya dili ilə heç bir müsəlmana zərər verməmək.
Heç kimə xor baxmamaq, qürurlanmamaq, başqasını təhqir etməmək, pis söz söyləməmək, təkəbbürlənməmək.
Qeybət, həsəd, sui-zənn, nankorluq kimi mənfi duyğulardan və qul haqqından uzaq durmaq.
Qadın kişilərə imam dura bilməz. Qadın qadınlara imam dura bilər. Ancaq bir şərt var ki, kişilərdən fərqli olaraq qadın imam olanda camaatla eyni cərgədə/səfdə durar.
Mübahələ: hər hansı bir fərdi, ictimai, dini və s. işlərdə bir-biri ilə ixtilaflı olan iki nəfər və ya dəstənin bir-birinə Allah dərgahından lənət diləməsi və yalançı (zülümkar) olanın ilahi əzaba düçar olmasını diləməsinə deyilir.
Riba lüğətdə, artma, çoxalma, böyümə kimi mənalara gəlir. Dilimizdə riba mənasına gələn sələm və faiz eynimənalıdır. Fiqh termini olaraq faiz, pul və hər hansı malın öz cinsi ilə mübadiləsində verən tərəfin təyin olunmuş müddətdə qarşı tərəfdən verilən şey qarşılığında əlavə dəyərin tələb edilməsinə deyilir. İslamın zühur etdiyi dövrdə borc verilən pula “rə’sul-mal” (əsas pul), qoyulan vədə sonunda verilən əlavəyə isə “riba” (sələm, faiz) deyilirdi.
Sual: Qızıl, gümüş əşyalar və ipək paltarın istifadəsində hər hansı məhdudiyyət varmı? İnsanın tarix boyunca qızıl, gümüş, ipək, almaz kimi qiymətli əşyalara heyranlığı bilindiyi üçün Quranda cənnət həyatının təsvirində bu kimi əşyalara əhəmiyyət verilmişdir.[1] Hz. Peyğəmbərin hədislərində hər dövrdə bəzək əşyası kimi öz əhəmiyyətini qoruyub saxlayan qızıl, gümüş və ipək paltardan istifadə etmə ilə əlaqədar […]
Quran oxuyarkən başın örtülməsi fərz və ya vacib deyil. Ancaq başaçıq Quran oxumaq, ona qarşı ehtiram və ədəb baxımından düzgün deyil.
Heyvan kəsməklə bağlı şərtlərdə “kişi olmalıdır” kimi bir şərt yoxdur. Ona görə də kişilər kəsə bildiyi kimi, qadınlar da şəxsən heyvan kəsə bilərlər. Mühüm olan düzgün kəsməkdir. Qadınların heyvan kəsə bilmələrini göstərən hədisi-şərif vardır. Belə ki, Müaz ibn Sədin nəql etdiyi bir hədisə görə, Kəb ibn Malikin kənizi Səl dağlarında qoyunlarını otladırdı. Qoyunlardan biri xəstələndi […]
Qızıl və ya gümüşdən olan zinət əşyaları, eləcə də qızıl və ya gümüşdən olan tablo, qab-qacaq, qaşıq, çəngəl və s. kimi əşyalar nisab miqdarına çatıb üstündən bir il keçdikdən sonra bunların zəkatını vermək fərz olur.
Qadın ərinin icazəsi ilə işləyib qazana bilər. Qadının qazandığı pul hüquqi baxımdan özünə məxsusdur. O, bu pulu istədiyi kimi xərcləmək hüququna malikdir.
Haram qəti şəkildə edilməsi qadağan olan işlərə deyilir. Ticarətdə də haram yollarla gəlir qazanmaq Qurandakı “Bir-birinizin mallarını haqqınız olmadığı halda yeməyin. Xalqın malının bir qismini (onun sizə haram olduğunu) bilə-bilə günah yolu ilə yeməyiniz üçün onu (malınızı) hakimlərə (rüşvət) verməyin!”(Bəqərə 2/188) əmrə və Peyğəmbərimizin (s.ə.s) “Bizi aldadan bizdən deyildir” (Müslim, İman, 164) hədisinə əsaslanır. İslam […]
“Allah sizi bilmədən (səhvən) içdiyiniz andlarınıza görə cəzalandırmaz (məzəmmət, sorğu-sual etməz), lakin (bilə-bilə və ya qəsdən) içdiyiniz andları (pozmağa) görə cəzalandırar. Belə bir andın pozmağın kəffarəsi ailənizə yedirtdiyinizin orta hesabından on yoxsulu yedirdib doyurmaq, yaxud geyindirmək, yaxud da bir kölə azad etməkdir. Bunları etməyə imkanı olmayan şəxs üç gün (dalbadal) oruc tutmalıdır. Bu, içdiyiniz andların […]
Sual: Kişilərin gümüşdən düzəldilmiş bilərzik və zəncir taxması caizdirmi? Cavab: Rəsulullah (s.ə.s) bir hədisində “İpək və qızıl ümmətimin kişilərinə haram, qadınlarına halaldır”. (Tirmizi, Libas, 1). buyurur. Qəti bir şəkildə deyə bilərik ki, kişilərə qızıl ziynət əşyası taxmaq haramdır. Gümüş eşyaya gəldikdə isə alimlərin üzərində ittifaq etdikləri görüş 3 qramlıq gümüş üzükdür. 3 qramdan artıq gümüş […]
Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım!(Zəriyət, 56) Cənabi-Haqq bizim bu dünyada nə edəcəyimizi bilir. Əmrlərinə uyub-uymayacağımızı da bilir. İmtahana nə ehtiyac görür ki, bizi dünyaya göndərir? Bəli, Allah nə edəcəyimizi bilir, buna baxmayaraq imtahana çəkmək üçün dünyaya göndərir, ta çiynimizə yüklədiyi mükəlləfiyyətlərlə istedad və qabiliyyətlərimizi inkişaf etdirək. Bəli, O (c.c.) bizi […]
Allahın Quranda and içməsi insanları qane etmə vasitəsi demək deyildir. Bu andlara yer verilməsinin bəzi səbəbləri vardır ki, mənbələr bizə bu mövzuda üç səbəbin olduğunu söyləyirlər. a. İslam meydana çıxmadan əvvəl də ərəblərin içtimai həyatında andların böyük rolu var idi. Daha çox “insan həyatı”, “şərəf”, “qüvvə”, “qəbilə”, “əcdad” kimi müqəddəs dəyələrə və “mizraq” kimi güc-qüdrət […]
Aşura “onuncu gün” deməkdir. Hicri təqviminin ilk ayı-məhhərəm ayının onuncu günüdür. Bu günə “aşura” deyilməyinin səbəbi Allahın məhz həmin gün on peyğəmbərinə etdiyi lütflərə bağlıdır…
Gələcəkdən xəbər vermə, falçılıq və cindarlıq kimi fəaliyyətlərin ən ağırı cadugərlikdir. Cadu kəlməsi ovsun, sehr və cindarlıq fəaliyyətlərini əhatə edən, insana ruhi və psixoloji cəhətdən öz təsirini göstərərək, təbiət qanunlarına zidd hadisələr meydana gətirmə və insanları yanıltma sənətinin adıdır. Qurani-Kərimdə müxtəlif peyğəmbərlərin sehrbazlıqla ittiham olunduqları, vəhyin bir sehr və peyğəmbərlərin də sehrbaz olmadığı, Hz. Məhəmmədə […]
İslamın ilk illərində Peyğəmbərimiz (s.ə.s) qədər inancı tam oturuşmadığına və cahiliyyə adətləri qismən davam etdiyinə görə qəbir ziyarətini qadağan etmişdi.
Hədiyyə mövcud və bilinən bir malı bir insana qarşılıqsız verməkdir.