“Kim israrla daim tövbə edər və onu xarakterinin ayrılmaz parçasına çevirərsə, Allah ona hər sıxıntıdan bir çıxış qapısı, hər kədərdən bir qurtuluş çarəsi göstərər və heç ummadığı yerlərdən ruzi verər”.
Dua “bəndənin bütün varlığı ilə Uca Yaradana üz tutub Ondan bir şey diləməsi” mənasını verən dini termindir.
İftarda dua etmək Peyğəmbərimizin (s.ə.s.) sünnəsidir. İftar vaxtı edilən dualar rədd olunmayan dualar arasındadır.
Dua Allahla qul arasında qüvvətli bir bağdır.
Ən gözəl dualar Rəbbimizin Quranda bildirdiyi, sonra da Peyğəmbərimizin etdiyi dualardır. Burada Allah Rəsulunun ən çox etdiyi dualar arasından hər günə bir dua, yəni 30 dua vermək istəyirik:
Bəxtinə düşdüm, ey yeganə Mətlubum, Məqsudum, Məhbubum; nə olar, tövbəmi qəbul eylə, qəlbimə təkrar həyat bəxş eylə!
Allahım məni önümdən, arxamdan, sağımdan solumdan və üstümdən (gələcək hər cür təhlükədən) qoru. Altımdan (gələcək bəlalarla) həlak olmaqdan Sənin böyüklüyünə sığınıram.
Allahım! Gördüyümüz bütün işlərin axırını xeyirli eylə, onları ehsan şuuruyla (hər an bizi müşayət etdiyini düşünərək) görməyi bizi müyəssər eylə!
Hər cür xətadan, günah və üsyandan Rəbbimizin xoşlanmadığı hallardan, qul olaraq da bizə yaraşmayan davranışlardan min dəfə Əstəğfirullah edir, bağışlanma diləyirik.
Allahım ordumuza zəfər bəxş eylə. Əsgərlərimizi mətanətli, ayıq və çevik eylə. Bayrağımızı Qarabağın hər tərəfində ucaltmağı nəsib eylə.
Sual: Xəstəni dua və Quran oxumaqla müalicə etmək olarmı?
Cavab: Dua ilə müalicə olunmaq caizdir. Allah-Təala “Biz Qurandan möminlər üçün şəfa və mərhəmət olan ayələr nazil edirik”, – buyuraraq Quranın şəfa olduğunu bəyan edir…
Rəhməti, mərhəməti, rəfət və şəfqəti sonsuz Allahım! Dərgahındakı yerimi ucalt, dərəcəmi artır və məni əsfəli-safilinə düşən bədbəxtlər kimi olmaqdan qoru!
Məlumudur ki, hal-hazırda dünyada koronovirus pandemiyası tüğyan edir. Hər gün bir çox insan dünyasını dəyişir. Başda ölkəmiz olmaqla bütün bəşəriyyətin bu təhlükədən xilas olması üçün hər kəsin üzərinə az və ya çox məsuliyyət düşür. İnanan insanlar olaraq bizlər də evdə boş oturmamalı, dua etməliyik.
Allahım! Şüphəmiz yoxdur ki, Sən hər şeyə qadirsən, yeganə güc və qüvvət sahibisən. Allahım! İnancımız tamdır ki, düşmənlərimizə qarşı ancaq Sənin inayətinlə qarşı çıxa bilərik.
Sual: Uşağımın dilində pəltəklik yaranıb. Buna görə cəmiyyət içində utanır, danışmır. Hansı duaları oxumağa tövsiyə edirsiniz بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ رَبِّ اشْرَحْ لِي صَدْرِي وَيَسِّرْ لِي أَمْرِي وَاحْلُلْ عُقْدَةً مِنْ لِسَانِي يَفْقَهُوا قَوْلِي Bismilləhirrahmanirrahim [ Rabbişrah lî sadri və yəssir lî əmri. Vəhlul uqdətən min lisəni yəfqahû qavlî ] “Ey Rəbbim! Açıb genişlət köksümü! Yüngülləşdir […]
“Kumeyl” duası Hz. Əlinin (r.a) tərəfdarlarından Kumeyl ibn Ziyad tərəfindən nəql olunmuşdur. Bu dua günahların bağışlanması, ruzinin çoxalması və düşmənlərin zərərindən qorunmaq məqsədi ilə oxunur. Bismilləhirrahmənirrahim Allahım! Sənin hər şeyi əhatə edən rəhmətin hörmətinə, hər şeyə üstün gələn, hər şeyi baş əydirən və ram edən qüdrətin hörmətinə, hər şeyə qalib gələn əzəmətin hörmətinə Sənə yalvarıram. […]
Bu duanı beş vaxt namazdan sonra oxumaq olar. Hər namazdan sonra oxumaq uzun çəkə bilər. Buna görə də bu uzun duanı beş yerə bölə və ya təkcə bir vaxtda, hətta həftədə bir dəfə oxumaq olar.
Sual: Camaatla zikr etməyin bidət olduğu haqqında bir rəvayətin olduğu söylənilir. Bu rəvayət haqqında məlumat verə bilərsinizmi?
Miniyə minəndə və ya sükan arxasına keçəndə “Bismillah” deyib “Ayətül-kürsi” oxunur; iki dəfə önə, iki dəfə arxaya, iki dəfə sağa, iki dəfə sola biri də arxa tərəfə üfürülür.