Kim bir yoldaşında, özündə və ya malında bəyəndiyi bir şey görsə, ona bərəkətlə (“Maşallah” və ya “Bərəkallah” deyə) dua etsin
Çəkdiyim bu ağrının şərindən Allaha və Onun qüdrətinə sığınıram
Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) nəvələri Hz. Həsən (r.a.) və Hz. Hüseynə (r.a.) belə dua edərdi
Ey Allahım! İstədiyin (kimi, istədyin) şeylə məni onlardan (onların şərindən) qoru
Allahım! Məni halal buyurduğun şeylərlə haramlardan qoru. Lütfünlə məni Özündən başqasına möhtac etmə!
Allahın adı ilə Allaha güvəndim. Allahdan başqa həqiqi güc və qüdrət sahibi yoxdur
Allahım, başdan ayağa pis olan dişi və erkək şeytanlardan Sənə sığınıram
Şeytandan və gördüyü pis yuxunun şərindən Allaha sığınsın
Allahım! (mərhəmətini) diləyərək, (əzabından) qorxaraq özümü Sənə təslim etdim, üzümü Sənə çevirdim, işlərimi Sənə həvalə etdim, Sənə arxalandım.
Yuxu ölümün kiçik qardaşıdır.[1] İnsan bu düşüncə ilə yatmalıdır.
Allahım, Sənin təqdirinlə səhərə çıxır, sənin inayətinlə axşama çatırıq. Sənin inayətinlə yaşayıb Sənin inayətinlə ölürük və dönüşümüz Sənədir
Axır dönüş də ancaq Sənin hüzurunadır
Ey Rəbbimiz! Sən, həqiqətən, şəfqətlisən, mərhəmətlisən!
Ey Rəbbimiz, göyləri, yeri, arasında hər şeyi və daha başqa dilədiyin şeyləri dolduracaq qədər həmd Sənə məxsusdur.
Sübhansan ya Rəb! Səni təsbih edirəm, Sən nöqsan sifətlərdən, əksik və qüsurdan, şərik və yardımçıdan münəzzəhsən, mütəalsan