Uca Allahım! Yolda qalmışıq, bizi doğru yolu göstər! Fəqirliyimizə, zəifliyimizə və acizliyimizə dərman ol, günahlarımızı bağışla. Allahım, inayətinlə bizə qüvvət ver. Lədün elmindən bizə öyrət… İslam üzrə sabitqədəm eylə.
Ey bəndələrinin gözlərinə mərifət bağçalarını göstərən və dillərini həmdlə coşduran mərhəmətlilərin ən mərhəmətlisi Allahım! İzin vermə ki, kədər və qüssə oxları qəlbimi yaralasın.
Ey hər zaman tərtəmiz ruhları lütf və ehsanlarıyla sevindirən, təqva yamaclarında yaşayan könül ərlərinin əndişələrini aradan qaldıran və bəndələrinin ehtiyaclarını ən münasib şəkildə yerinə yetirən Sultanlar Sultanı!
Qlubud-Daria, yalvaran, niyaz, dua edən könüllər deməkdir. Bu baha biçilməz xəzinədə Peyğəmbərimizdən (sallalahu aleyhi vəsəlləm) rəvayət edilən dua və təsbehlər başda olmaqla digər peyğəmbərlərin (ə.s), raşid xəlifələrin, əhli-beyt imalarının, səhabə və tabeini-izamın, daha sonrakı dövrlərdə yaşamış Allah dostlarının dua və zikrləri mövcuddur.