Rəbbimiz bizi bizdən daha yaxşı tanıyır. Bizə bəxş etdiyi nemətlərə qarşı şükür etməmiz, qul olduğumuzun fərqinə varmamız, qəflətimizi dağıdıb və qüsurlarımız üçün əfv diləməmiz yaradılış qayəmizdir. İnsan başqa bir şey üçün deyil, Allaha ibadət üçün yaradılmışdır.[1] Buna görə Allah Təala günün iyirmi dörd saatının hamısını deyil, müəyyən hissəsini Ona (Cəllə Cəlaluhu) qulluq üçün ayırmamızı istəmişdir. […]
İmam xütbə oxuyarkən səssizcə xütbəyə qulaq asmaq lazımdır. Bu əsnada başqa işlərlə məşğul olmaq söhbət etmək olmaz. Allah Rəsulun (s.ə.s) adı çəkildiyi zaman səssizcə ona salavat gətirmək, imamın duasına “Amin” demək olar.
Rəsulullah belə buyurmuşdur: “Üç ibadət mənim üçün fərz, sizin üçün isə nafilədir. Bunlar vitr namazı, qurban kəsmək və quşluq (duha) namazıdır”.
Kim Ramazan ayını oruclu keçirər və arxasınca şəvval ayından altı gün oruc tutarsa bütün ili oruc tutmuş kimi olar.
Etikaf kişilərin əzan və iqamə oxunan, yəni camaatla beş vaxt namaz qılınan məsciddə, qadınların isə evin namaz otağında və ya otağın bir küncündə etikaf niyyəti ilə bir müddət gözləməsi, oturmasıdır.
Sual: Ramazan bayramından əvvəl verilən fitrə sədəqəsinin hökmü nədir?
Namazlardan sonra edilən təsbihat və dualar, namaza daxil olmasalar da məqbul ibadətlər arasında yer aldığından müstəhəbdir.
Oturaq vəziyyətdə olan şəxs əgər səcdə ayəsini oxuyar və eşidərsə ayağa qalmadan təkbir gətirib səcdəyə gedə bilər ayağa qalxmadan da səcdəsini tamamladığı üçün tilavət səcdəsi ibadətini yerinə yetirmiş olar.
Namazda insanın canına və ya malına zərər dəymə ehtimalı olduğundan namazı pozmağa icazə verilmiş, hətta bəzi hallarda namazı pozmaq vacib qəbul edilmişdir. İbn Abidin bu məsələyə belə izah gətirmişdir: “(Zərər vermə ehtimalı olan) ilanı öldürmək, heyvanı qaçırmaq, yeməyin daşması, özünün və ya başqasının bir dirhəm dəyərindəki malının məhv olması kimi səbəblərdən namazı pozmaq mübahdır”. Bundan […]
Dəstəmaz nədir? Dəstəmazın növləri hansılardır? Dəstəmazın fərzləri və sünnələri, Dəstəmaz necə alınır? Dəstəmazı pozan hallar hansılardır? Üzrlü şəxs necə dəstəmaz almalıdır.
Oruclu ikən bədənə iynə vurulduğu təqdirdə oruc pozulur. Xəstə və müalicə müddətində olan kəslər oruc tutmaya bilərlər. Bu səbəbdən, xəstəliyinə görə ramazanda oruc tuta bilməyənlər, sağalandan və ya müalicə prosesi tamamlanandan sonra tutmadıqları orucları sonradan qəza etməldirlər.
Cünub olan şəxsin imkan daxilində bir an öncə qüsl alaraq cünubluqdan çıxması gərəkir. Ancaq vaxt azlığından və ya hər hansı səbəbdən yuyunmağa fürsət tapa bilməyən şəxs yuyunmadan da sahur yeməyi yeyə bilər.
Cünub olan yəni qüslu pozulan şəxs ilk fürsətdə yuyunmalıdır. Bir insan qəlbində iman olduğu halda qüslsuz ölsə də axirətə imanla köçmüş sayılır. Allah Rəsulu (s.ə.s.) Uhud döyüşündə cənabətli (qüslsüz) şəhid olan Hanzala ibn Amrın (r.a.) mələklər tərəfindən yuyulduğunu bildirmişdir.
Həftənin günlərinin ən xeyirlisi Cümə, gecələrdən Qədir, gündüzlərdən Ərafat, aylardan da Ramazandır. Rəcəb toxum əkmə, Şaban sulama, Ramazan isə məhsul toplama ayıdır. İl ağac kimidir: Rəcəb ağacın yarpaqları, Şaban meyvələrin yetişməsi, Ramazan isə yetişən meyvələrin dərilməsi mövsümüdür.
“Allahım! Rəcəb və Şabanı haqımızda xeyirli-bərəkətli eylə, bizi Ramazana qovuşdur“. (Əhməd ibn Hənbəl, Müsnəd, I, 259)
Üç aylarda oruc tutmağın hökmü nədir? İslamda müəyyən vaxta bağlı oruc, yalnız Ramazan orucudur. Ramazan orucu xaricində “üç aylar” orucu adlı oruc Quran və Sünnədə yoxdur.
Qurban ibadətinin neçə-neçə məna və faydası, bəndələrə dünya və axirətlə bağlı öyrətdiyi hikmətləri var.
İbn Ömər rəvayət edir: “Peyğəmbərimiz (s.a.s.) azad, kölə, kişi, qadın – hər bir müsəlmana arpadan, yaxud xurmadan bir sa miqdarında fitr sədəqəsi verməyi əmr etdi”
Fitrəni zəkat düşən hər kəsə vermək olar. Yəni kasıblar, miskinlər, zəkatı yığıb paylayanlar, ürəkləri İslama yeni isinişib müsəlmanlığa bağlanmaqda olanlar, kölələr, borclular, Allah yolunda olanlar və yolçular.
İbn Ömərin nəql edir: Peyğəmbərimiz (s.ə.s.) fitrəni bayram namazına çıxmamışdan əvvəl verməyi əmr etmişdir.