Rəsulullah (s.ə.s) günorta və ikindi namazlarında müşriklərin təzyiqinə məruz qalmamaq üçün səssiz, axşam namazı onların yemək, yatsı və səhər namazının vaxtı da yatmaq vaxtı olduğundan bu namazları səsli qiraətlə oxuyurdu. Cümə və bayram namazları da hicrətdən sonra Mədinədə fərz və vacib buyruldu. Artıq müşriklərin təzyiq və təhlükələri sovuşmuşdu. Buna görə də həmin namazlar gündüz vaxtı qılınmalarına baxmayaraq səsli qılınırdı.
Namaz möminin ən vacib ibadət borcudur. Bu borcu yerinə yetirən hər möminin qəlbi hüzurla dolur. Bunu bir çox psixoloq və psixiatr da vurğulayır. Hər ibadətin özünəxas faydaları vardır. Namazın ən böyük meyvəsi isə bəndənin Allaha yönəlməsi, Allahın da bu yönəlişə yönəlişlə cavab verməsidir.
Camaatla namaz qılmaq Allah Rəsulu (sallallahu aleyhi və səlləm) və əshabının yolu ilə getməkdir ki, bu da möminləri onlar kimi birlik və bərabərliyə sövq edir. Onların yolu ilə addımlamaq arzu və istəyini artırır.
Namaz insanın Yaradanını anması, Onu xatırlaması, Onunla irtibat qurması deməkdir. Namaz insanın həm cisminə, həm də ruhuna şəfadır. Namaz Rəbbə təslim olmaq, Ona boyun əyib hər cür ehtiyacı Ondan istəmək və eyni zamanda hər gün Ona hesab vermək zamanıdır.
“Bir şeyi yaddan çıxarmamalıyıq ki, insana yuxu gətirən melatonin hormonunun normal ifraz olunması ilə cinsi və əqli fəaliyyətin inkişafı arasında sıx əlaqə vardır. Bu ahəng sayəsində insan vücudu stabil və nizamlı həyat yaşayır. Bu səbəbdən də mütəmadi və vaxtlı-vaxtında namaz qılmaq insanı gündəlik həyata uyğunlaşmasını təmin edir və orqanların iş qabiliyyətini maksimum səviyyəyə çatdırır”
Qəza namazını cammatla qılmaq mümkündür. Eyni vaxta aid olan qəza namazları, üsuluna görə camaatla da qılına bilər. Ancaq imam və camaatın qıldığı namaz eyni olmalıdır. Yəni eyni vaxt namazının qəzasını qılmalıdırlar.
Namaz ürəyin fəaliyyətini tənzimləyir, damarları genişləndirir, hüceyrələri elastikləşdirir. Həzm sistemini yaxşılaşdırır, qəbzliyin qarşısını alır. Sinirləri sakitləşdirir, oynaq iltihabının qarşısını alır. Xəstəliklərə qarşı immuniteti artırır. Əzələləri gücləndirir və oynaqların hərəkət qabiliyyətini artırır. Vücudu gücləndirib əzginliyi və halsızlığı aradan qaldırır. Fiziki və əqli sağlamlığa faydalı olur.
Namazı layiqincə qılmağa çalışan bir mömin öz səviyyəsində meraca yüksəlmiş sayılır. Müsəlman da namaz ibadətini nə qədər layiqincə yerinə yetirə, namazda ilahi dərgaha nə qədər ürəkdən yönələ bilirsə, o səviyyədə meraca yüksəlmiş olur. Özünü Uca Allahın dərgahında hiss edir, sanki Onu görür. Qəlbi imanla elə coşub-daşır ki, elə bil yer üzündə deyil, Rəbbin dərgahında rüku edir, alnını torpağa deyil, İlahinin hüzuruna qoyur.
Uqbə b. Amirin (r.a) rəvayət edir: “Rəsulullah (sallallahu əleyhi və səlləm) bizə bu üç vaxtda namaz qılmağı və ölülərimizi dəfn etməyi qadağan etdi: Günəşin doğuşundan yüksəlməsinə qədər, günəş təpə nöqtəsinə gəldiyi andan (zenit nöqtəsi) qərb istiqamətinə doğru meyl edənə qədər və günəşin batmağa meyl etdiyi andan tam batana qədər.
Beş vaxt namazla günümüzü beş nurlu zaman kəsiyinə ayırır, “sübh namazından əvvəl”, “sübh namazından sonra”, “günorta namazından əvvəl”, “günorta namazından sonra”, “ikindiyə doğru”, “ikindi vaxtı”, “ikindidən sonra” deyərək işlərimizi buna uyğun planlaşdırırıq. Beləcə həm namazın dəyərini yaxşı dərk edir, həm də iki namaz arasında gördüyümüz işləri ibadət boyası ilə boyamış oluruq. Beş vaxt namazla bütün gününü nurlandıran və həyatını başdan-ayağa ibadətə çevirənlər necə xoşbəxtdir!
Hamilə qadın namazda rüku və səcdə etməsi özünə və ya qarınındakı uşağa zərər verəcəksə, yuxarıda izah edilənlərdən özünə uyğun gələn şəkildə namazını əda edər. Yəni namaza başlayandan qurtarana qədər ayaq üstə dayana bilmirsə ilk rükətə ayaq üstə başlamalı sonrakı rükətləri təhiyyatda olduğu kimi oturaraq davam etməlidir.
Qadın kişilərə imam dura bilməz. Qadın qadınlara imam dura bilər. Ancaq bir şərt var ki, kişilərdən fərqli olaraq qadın imam olanda camaatla eyni cərgədə/səfdə durar.
Ruhi xəstənin arxasında qılınan namaz uyğun deyildir. Çünki ruhi xəstənin özbaşına qıldığı namaz batildir. Ancaq xəstəliyi gedib-gəlirsə xəstə olmadığı vaxtda qıldığı namaz məqbuldur. Həmçinin camaatla namaz qılarkən belə şəxslərə tabe olmaq məkruhdur.
Lə havlə vələ quvvətə illə billəh (güc və qüdrət ancaq Allahındır)
Namaz əsnasında namaza müvafiq olmayan davranışlar ziddiyyət və ya əskikliyin dərəcəsinə görə namazın məkruhları və namazı pozan hallar olmaqla iki qismdir.
Şəfəq qırmızılıqdır. Şəfəq itdikdə, namaz qılmaq fərz olur
İstixarədə bəzən nəticə yuxuda görülməz. Siz üzərinizə düşəni edərsiniz, səmimiyyətlə Haqq yönələrsiniz.
İmama birinci rükətin rükusundan qalxdıqdan sonra, hətta son rükətin qaidəi-axırında yəni son oturuşunda belə olsa camaata daxil olub imama uyan şəxsə məsbuq deyilir.
camaatla namaz qılarkən bir üzr səbəbiylə imamdan geri qalan şəxs qaldığı yerdən namazını tamamlamasının hökmü haqqında
Namazı camaatla qılmağın savabı tək başına qılmaqdan iyirmi yeddi dəfə daha çox olduğu üçün belə vəziyyətlərdə təkbaşına qılınan namaz tərk edilərək imama uymaq lazımdır.