tesvir secilmeyib
Quran oxunan məkanların üstünlüyü

İlahi kəlamın elə böyük təsiri vardır ki, oxunarkən təkcə insanlar deyil, mələklər də təsirlənir və dinləməyə gəlir, həmin məkanı da rəhmət və səkinə ab-havası bürüyür. Bir toplum Qurana layiqincə dəyər verərsə, yüksək məqama və hüzura qovuşar, üstəlik mələklər tərəfindən də qorunar.

4. 564 dəfə oxunub 0 şərh yazılıb
tesvir secilmeyib
Allah necə olur ki, hər şeyi olmamışdan əvvəl bilir?

Bir dağ təsəvvür edək. Tutalım, dağın şimal tərəfində bir nəfər, cənub tərəfində də bir nəfər dayanıb. Belə vəziyyətdə şimal tərəfdə dayanan şəxs cənub tərəfdə olan adamı görə, onun nə elədiyini bilə bilərmi? Mümkün deyil, çünki qarşısındakı dağ ona mane olur. Bu, cənubdakı adama da aiddir. İndi bir başqa varlıq götürək. Bu varlıq dağın lap zirvəsindədir və hər iki adamın nə etdiyini çox aydın görür. Allah-Təala da bu cürdür. O, zaman və məkanın fövqündə dayanır və elmi ilə keçmişlə gələcəyi bir nöqtədə görür və bilir. İnsan isə zaman və məkan çərçivəsindən kənara çıxa bilmir.

4. 567 dəfə oxunub 0 şərh yazılıb
tesvir secilmeyib
Quran oxumağın faydaları

Quranın insanı yorub usandırmamasının bir hikməti də budur: Quran qəlblərə qida, ağıllara qüvvət və zənginlik, ruha su və işıq, nəfslərə dərman və şəfa olduğuna görə oxuyanı usandırmır. Hər gün çörək yeyirik, ancaq bezmirik. Lakin ən gözəl meyvəni hər gün yesək, bezərik. Deməli, Quran haqq-həqiqət, doğru söz, hidayət və heyrətamiz fəsahət olduğuna görə insanı bezdirib usandırmır. Daima gəncliyini qoruyub saxladığı kimi, təzəliyini və şirinliyini də qoruyur.

10. 464 dəfə oxunub 0 şərh yazılıb
tesvir secilmeyib
Ən dəyərli ev

Quran oxunduğu yerə özü ilə bərabər hüzur, xoşbəxtlik və bərəkət gətirir. Oxuyanlara sevinc bəxş edir. Qəm və dərdlərini dağıdır, ümidsizlik hissini yox edir, qəlbə gümrahlıq və canlılıq gətirir. O, hər cür vəsvəsəni Quran oxuyanlardan və oxunan yerlərdən uzaqlaşıdırır. Onları insi və cinni şeytanlardan hifz edir.

7. 077 dəfə oxunub 0 şərh yazılıb
tesvir secilmeyib
Quran insanı doğru yola yönəldir

Quran insanları ən doğru yola yönəldir. İstər şəxsi məsələlərdə, istər insanlararası və istərsə də dövlətlərarası münasibətlərdə ən ideal və ən mükəmməl yolu bu Kitab göstərir. Çünki Quran “Alim”[1] və “Xabir”[2] Allahın kəlamıdır. Bəşəri hiss və düşüncə qarışmış hər şeydə bir çatışmazlıq, bir qüsur var. Çünki insanıq. İnsanlığın hər dövrdə yeni axtarışlar aparması buna ən bariz […]

5. 441 dəfə oxunub 0 şərh yazılıb
tesvir secilmeyib
Axirətə imanın insana faydaları

İnsanın hüzur, qəlb rahatlığı və həqiqi səadətə çatmasında axirət inancının özünəməxsus yeri var. Çünki axirətə imanın uşaqlara, qocalara, fiziki qüsuru olanlara, gənclərə, müsibətə düçar olmuş insanlara bir çox faydaları vardır.

3. 722 dəfə oxunub 0 şərh yazılıb
tesvir secilmeyib
İlahi kitablar hansılardır?

İlahi kitablar həcmlərinə görə və göndərildiyi qövmün böyüklüyündən asılı olaraq sühuf (səhifələr) və kitablar olmaqla iki qismə ayrılır. Səhifələrlə müqayisədə daha böyük olan, ümumbəşəri bəyanları ehtiva edən və məxsusi adla adlandırılan dörd səmavi kitab var. Bunlar Tövrat, Zəbur, İncil və Qurandır.

29. 875 dəfə oxunub 0 şərh yazılıb
tesvir secilmeyib
Quran sözünün mənası

“Quran” kəlməsi ən geniş yayılmış və məqbul sayılan fikrə görə, “qaraə” felinin məsdər şəkli olub “oxumaq” deməkdir. “Qiyamə” surəsinin 17-ci və 18-ci ayələrində bu mənadan bəhs edilir. “Quran” sözü “oxunan”, “tilavət edilən” mənalarını da verir. İslamın zühurundan sonra bu kəlmə Allahın kitabının xüsusi adına çevrilmişdir.

43. 273 dəfə oxunub 0 şərh yazılıb
tesvir secilmeyib
Peyğəmbərlərin insanlar arasından seçilməsinin hikməti

Uca Allah buyurur ki, risalət vəzifəsini kimə verəcəyi haqda hökmü məhz özü verir[1] və bu məsələdə heç bir insan müdaxiləsindən söhbət gedə bilməz. O (c.c), insanlara mələkləri elçi kimi göndərə bilərdi. Lakin mələkləri deyil, yeyən, içən, ehtiyacları olan insanlardan elçilər göndərmişdir. Allahın bu seçimində hikmət vardır. Çünki peyğəmbərlər də öz həmcinslərinin, yəni digər insanların hiss […]

2. 020 dəfə oxunub 0 şərh yazılıb
tesvir secilmeyib
Hər şey qədər qələmi ilə yazılmışdır

Rəbbimiz əzəldən əbədə qədər meydana gələcək hər şeyi yazmışdır. Böyük bir İslam mütəfəkkiri bu təqdir və təsbiti belə izah edir: Madam, gözümüzlə görürük ki, hər bir canlı böyüyüb inkişaf edərkən onu təşkil edən zərrələr əyri-üyrü sərhədlərə qədər irəliləyib dayanır, yolunu dəyişir və o sərhədlərin sonunda müəyyən hikmət və fayda ilə nəticələnir. Demək, onun surəti, inkişaf […]

2. 235 dəfə oxunub 0 şərh yazılıb
tesvir secilmeyib
Peyğəmbərlərin ortaq və əsas xüsusiyyətləri

Doğruluq peyğəmbərliyin ən mühüm əsasıdır. Peyğəmbərlik doğruluq mehvəri ilə hərəkət edir. Peyğəmbərlərin ağzından çıxan hər kəlmə, hər hərf haqdır, həqiqətdir. Çünki onlar heç bir yanlış söz danışmazlar. Yalan onların həndəvərinə də yaxın düşməz.

2. 908 dəfə oxunub 0 şərh yazılıb
tesvir secilmeyib
Nəyə görə insanlar peyğəmbərlərə ehtiyac duyurlar?

Bəşəriyyətin ilkin çağlarından bu yana insanı bu sual düşündürür; dünya müsafirxanasına nə üçün göndərilib və onu buraya göndərən ondan nə istəyir? Peyğəmbər göndərilməsinin səbəbi Yaradanın insana əmr və qadağaları haqda əmrini, nemətlərinin qarşılığında nə cür şükür istədiyini və kainatın yaradılışındakı məqsədi öyrətməkdir.

2. 157 dəfə oxunub 0 şərh yazılıb
tesvir secilmeyib
İnsanları günaha çəkən varlıqlar − şeytanlar

“Şeytan” sözünün lüğəvi mənası haqqında iki fərqli fikir mövcuddur. Birinci fikrə görə, “ş-t-n” kökündən əmələ gəlib, “uzaq olmaq, müxalifət etmək”, ikinci fikrə görə isə, “ş-y-t” kökündəndir, “qəzəblə yanmaq” mənasını verir. İslami ədəbiyyatda isə şeytan vəsvəsələri ilə daima insanları yoldan azdırmağa çalışan, oddan yaradılmış, azğın və təkkəbbürlü varlıqlara verilən addır. Quranda ilk şeytandan “İblis” deyə bəhs […]

5. 084 dəfə oxunub 0 şərh yazılıb
tesvir secilmeyib
Cinlər insanlara hansı hallarda zərər verir?

Cinlər iman əhlinə və dəstəmazsız-namazsız yaşayanlara daha çox cünub və heyz-nifas hallarında müsəllət olub, onları fərqli üsullarla və müxtəlif dərəcələrdə yoldan çıxara bilirlər. İşlənən hər bir günah şeytana və xəbis cinlərə qapı açmaq deməkdir. Xüsusilə, həssas təbiətli insanlar, yaxud ruhu kirlənmişlər, duadan və dualı ağızların əhatəsindən uzaq, laübalı həyat sürənlər cinlərin təsirinə daha tez düşürlər. […]

4. 222 dəfə oxunub 1 şərh yazılıb
tesvir secilmeyib
Metafizik varlıqlar: Cinlər

Cinlər və şeytanlar da mələklər kimi insanın hiss orqanları ilə dərk olunmayan, mövcudluqları həm Quranda, həm də hədislərdə açıq-aşkar xəbər verilən varlıqlardır. Bu baxımdan onların varlığını inkar etmək mənaları apaçıq olan ayə və hədislərin inkarı anlamına gəlir. Cinlər oddan yaradılmışdır Metafizik varlıqlardan biri də cinlərdir. Cin sözünün lüğəvi mənası “örtülü”, “qapalı” deməkdir. İstilahi mənası isə […]

6. 970 dəfə oxunub 0 şərh yazılıb
tesvir secilmeyib
Cinlərlə əlaqə qurmaq mümkündürmü?

Bəzi insanların ruhları cinlərlə əlaqəyə qurmağa münasibdir, yəni bəşəri hüdudlardan kənara çıxa, onların aləmi və dilləri ilə əlaqə qura bilirlər. Bu, fitrətdən irəli gəlir. Ancaq buna görə kiminsə digərlərindən üstün insan olduğunu düşünmək də düzgün deyil. Bu görünməz qüvvələrin tabe olduqları müəyyən prinsiplər vardır. Dolayısilə, insan istədiyi vaxt onları işlədə bilməz. Çünki onlar yalnız və […]

7. 952 dəfə oxunub 0 şərh yazılıb
tesvir secilmeyib
Cin və şeytanların şərindən qorunmaq üçün

Cin və şeytanların şərindən qorunmaq üçün daima dua etmək lazımdır. Dua və zikirlərlə gül ətirli bir ab-hava və atmosfer meydana gətirmək gərəkdir. Mömin “Gül gül içində bitər” fəlsəfəsi ilə hərəkət etməli, daima “əuzu billəhi minəş-şeytanir-racim” nərdivanı ilə Ucalar Ucasının qüdsi qalasına sığınmalıdır. Çünki şeytan və xəbis cinlər oraya girə bilməz, əlləri o müqəddəs sığınacağa çatmaz.

24. 806 dəfə oxunub 0 şərh yazılıb
tesvir secilmeyib
Mələklərə imanın faydaları

Allah və axirət inancı kimi, mələklərin varlığına imanın da insanın həyatına bir çox yöndən müsbət təsir və faydaları vardır. Bunları aşağıdakı kimi ümumiləşdirə bilərik: Mələklərə inanan bir insan heç vaxt özünü tənha hiss etməz. Çünki bu insan ən yalqız anlarında da mələklərin yanında olduğunu bilər və onların varlığından mənəvi feyz alar. O görünməz mənəvi dostlarla […]

2. 520 dəfə oxunub 0 şərh yazılıb
tesvir secilmeyib
Mələklərin sayı və növləri

Mələklərin sayını ancaq Allah bilir. Quranda və hədislərdə mələklərin sayı haqqında konkret məlumat yoxdur. Amma “Göylərdəki və yerdəki ordular Allahın ixtiyarındadır”[1] məallı ayələrdən çıxış edib deyə bilərik ki, mələklərin sayı-hesabı bilinmir. İndi Quran və hədislərdə adı çəkilən bəzi mələkləri və onların vəzifələrini izah eləyək. Vəhy mələyi Həzrət Cəbrail Cəbrail (əleyhissəlam) dörd böyük mələkdən biridir. Allah […]

32. 242 dəfə oxunub 0 şərh yazılıb
tesvir secilmeyib
Allah-Təala mələklərə ehtiyacı olmadığı halda, onları nə üçün yaratmışdır?

Böyük bir İslam alimlərindən biri bu sualı belə cavablandırmışdır. “Şübhəsiz ki, böyük mələklərin yaradılmasında bir çox hikmətlər vardır. Birincisi, böyük mələklər cansız varlıqlarda bir mənada ruhun vəzifəsini icra edirlər. Məsələn, ağaca baxan mələk vardır. Həmin mələk ağacın hal lisanı ilə Allahı göstərdiyini təsbeh-təqdis edir və onun təsbihatını Allaha çatdırır. Bəzi mələklər də yer kürəsinə baxır. […]

4. 809 dəfə oxunub 1 şərh yazılıb