İnsanın əşya və hadisələrə baxışı necədirsə, xarakter və ruhi-mənəvi durumu da tədricən o düşüncə ətrafında formalaşmağa başlayır. Gözəl görmək gözəl düşünməyə zəmin hazırladığı kimi pis görmək də pis düşüncələrə gətirib çıxarır. Zənnin bir qismi gözəldir, digər qismi isə çirkindir. Gözəl olan hüsnü-zənn, çirkin olana isə sui-zənn deyilir.
Qardaşlıq haqqına riayət etmək.
Əli və ya dili ilə heç bir müsəlmana zərər verməmək.
Heç kimə xor baxmamaq, qürurlanmamaq, başqasını təhqir etməmək, pis söz söyləməmək, təkəbbürlənməmək.
Qeybət, həsəd, sui-zənn, nankorluq kimi mənfi duyğulardan və qul haqqından uzaq durmaq.
Cahiliyyə toplumu ancaq və ancaq öz mənfəət və xeyrini düşünürdü. Möhtac insanlara əl tutmaq, yardım etmək, dar gündə dada yetmək onlara tamam yad işlər idi. Başqasını özündən üstün tutmaq, ehtiyac içində ola-ola kömək etmək – ki, buna “isar” deyirik, – kimi fəzilətlərin adını da eşitməmişdilər. Ancaq Allah Rəsulunun risaləti onlara bir çox çirkin xüsusiyyət kimi, […]
Rəsulullah (s.ə.s) bir gün səhabələriylə bir yerdə yemək yeyirdi. Oradan keçən bir qadın: “Buna bax, oturub kölə kimi yemək yeyir!” – dedi. Və Allah Rəsulu halını pozmadan cavab verdi: “Bəli, məndən gözəl kölə olar?! Mən Allahın (cəllə cəlaluhu) köləsiyəm.” Qadın yenə üzsüzlük edib dilləndi: “Özü yeyir, mənə vermir!” – dedi. Allah Rəsulu onu da süfrəyə […]
Qurani-Kərimdə insanların bir-birini ələ salmasını, ayıblamasını, qınamasını və bir-birinə xoşagəlməz ləqəblər qoşmasını yasaqlamaqla yanaşı, insanlar və cəmiyyətlər arası davranış ədəbini nizamlayan əhəmiyyətli bir əmr var.
Varlı insanların maddi imkanına uyğun geyinməsi heç də qürur və təkəbbür mənasına gəlmir. Hətta unutmayaq ki, maddi vəziyyətə görə geyinmək…
Küskünlük, inciklik kimi hallar birlik vә bərabərlik hissini zədələyir. Buna görə də kiçik bir inciklik olan kimi dərhal barışmaq lazımdır. Qurani-Kәrimdә: “Həqiqətən, möminlər (dində) qardaşdır. Buna görə də (aralarında bir mübahisə düşsə) onların arasını düzəldin və Allahdan qorxun ki, bəlkə (əvvəlki günahlarınız bağışlanıb), rəhm olunasınız!” (Hücurat, 49/10) hökmü bәyan edilmişdir. Əgər küsülü olan iki Müsəlman […]
Etibar və etimad uşaqlıq çağından peyğəmbərlik verilənədək Hz. Məhəmmədi (sallallahu əleyhi və səlləm) səciyyələndirən əxlaqi məziyyətlərdir. Müşriklər belə Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm) “dürüst” və “etibarlı” (əs-Sadiq, əl-Əmin) olduğunu söyləmişlər. İnsanların güvənib etibar etdiyi şəxslər cənnətə gedər. Çünki Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) belə bir insanın cənnətə gedəcəyini xəbər vermişdir; Əbu Səid Rəsullulahın (sallallahu əleyhi […]
Elm öyrənməyin bünövrəsini oxumaq və araşdırmaq təşkil edir. Peyğəmbərimizə (sallallahu əleyhi və səlləm) peyğəmbərliyin və vəhyin başlanğıcında “oxu” deyə əmr edilməsi də bunu göstərir.
Doğruluq sözdə, düşüncədə və davranışda gerçəkləşir. Müsəlmanlar doğruluq və dürüstlüyü heç vaxt tərk etməzlər.
“Gözəl söz” Qurani-Kərimdə kökü yerin dərinliklərinə işləmiş, budaqları göyə yüksəlmiş, Rəbbinin izni ilə hər zaman meyvə verən bir ağaca bənzədilir
“Təşyi” ölən bir müsəlmanın cənazəsi torpağa tapşırılana qədər yola salmaq və onun bağışlanmasını diləmək deməkdir.
Valideylərlə münasibətə dair ədəb qaydaları adı ilə çağırmamaq da daxil olmaqla, alimlərə də aiddir. Çünki alimlər Peyğəmbərlərin varisləridir. Ona görə də böyüklər uşağın görüb götürməsi üçün alimlərə qarşı ədəbli və təvazökar olmalı, onların qulluğunda durmalı, yanlarında ucadan danışmamalı, onlarla münasibətdə nəzakətli davranmalıdır. Yəhya ibn Muaz alimlərin fəziləti haqqında deyir: “Alimlər İslam ümmətinə ana-atalardan daha mərhəmətlidir.” […]
Yaxşılıq etmə üsulları şərait və mühitdən asılı olaraq dəyişir. Necə gəldi yaxşılıq etmək doğru deyildir.
“De: “Rəbbim aşkar və gizli çirkin əməllər işləməyi, hər cür günahı, haqsız zülmü, Allahın haqqında heç bir dəlil nazil etmədiyi bir şeyi Ona şərik qoşmağı və Allaha qarşı bilmədiyiniz şeyləri deməyi haram buyurmuşdur””.
Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) böyüyə hörməti yuxusunda da görmüşdür.
İslamın ilk günlərindən bu günədək insanların camaat arasında yayılan xəbərləri doğru olub-olmadığını araşdırmadan qəbul etməsi müxtəlif anlaşmamazlıqlara səbəb olmuş, problemlərin də mənbəyinə çevrilmişdir. Buna görə Qurani-Kərim dindar bir insana yol göstərir: “Ey iman gətirənlər! Əgər bir fasiq sizə (pis) xəbər gətirərsə, dərhal (onun doğruluğunu) yoxlayın, yoxsa bilmədən bir qövmə pislik edər, sonra da etdiyinizə peşman […]
Qiyamət günü Allah-Təalanın “filan qulum xəstələnəndə sən ona baş çəkmədin, çəksəydin məni onun yanında görərdin” deyəcəyini qüdsi hədisində bizə bildirən Rəsulullah (sallallahu əleyhi və səlləm)
“Ey iman edənlər! Öz evləriniz xaric, başqalarının evinə, sahiblərindən icazə istəmədən və onlara salam vermədən girməyin!
Qardaş və qardaş-bacı münasibətlərində nəyə diqqət yetirmək lazımdır? Uşaqlar arasında olan mübahisələrin əksəriyyəti yaş fərqi ilə bağlı olur. Məsələn, bəzən beş yaşlı qızın və ya oğlanın bitib-tükənməyən “niyə” sualları on yaşlı böyük qardaş və ya bacı üçün dözülməz olur. Yaxud da sakitcə öz oyuncaqları ilə oynayan kiçik uşaqla aləmi bir-birinə qatan, bir yerdə dayanmayan böyük […]