Sual: İslamı təbliğ edərkən müəyyən məsələlərdən danışmamaq, “Kitabın bir hissəsinə inanır, digər hissəsini inkar edirsiniz?” ayəsinin təhdidinə tuş gələ bilərmi? Bu mövzuda hansı üslubdan istifadə edilməlidir?
“İnsanların çoxu iki böyük nemətin qiymətini bilmir: sağlamlıq və boş vaxtın”. (Buxari, Riqaq 1)
“Əsl pəhləvan güləşdə rəqiblərini məğlub edən deyil, əsəbiləşdiyi zaman nəfsinə hakim olandır”. (Buxari, Ədəb 102; Müslim, Birr 106)
“Həqiqi zənginlik çoxlu sərvətə sahib olmaq deyil, qənaətcil olub gözütox yaşamaqdır”. (Buxari, Riqaq 15; Müslim, Zəkat 130)
Allah-Təala dünya nemətlərini verir və onlardan necə istifadə etməyimizə, işlədiyimiz əməllərə baxır. Hər kəs Allahın verdiyi və ya vermədiyi şeylərlə imtahan olunur. Zəngin əlində olan nemətlərlə, yoxsul da yoxluqla imtahana çəkilir. Kimisi sağlamlıq və gözəlliklə, kimisi də xəstəliklə imtahan olunur.
Sual: “Haram aylar (onlara möhlət verilmiş zilhiccə, məhərrəm, səfər və rəbiüləvvəl ayları) çıxınca müşrikləri harada görsəniz, öldürün, yaxalayıb əsir alın, həbs (mühasirə) edin və bütün yollarını – keçidlərini tutun. Lakin əgər tövbə etsələr, namaz qılıb zəkat versələr, onları sərbəst buraxın (işiniz olmasın). Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!” (Tövbə surəsi 9/5) ayəsini necə anlamalıyıq?
Məşvərət və ya şura bir iş və ya məsələ ilə bağlı başqa insanların fikir və düşüncələrinə müraciət etməkdir. Müəyyən məsələlər barədə məşvərət etmək, məsləhətləşmək Rəsulullahın sünnəsidir. Allah Rəsulu peyğəmbərlik kimi uca bir məqamla şərəfləndirilməsinə baxmayaraq, əshabının fikirlərini öyrənməyə laqeyd yanaşmamış və demək olar, bütün əhəmiyyətli işləri onlarla məsləhətləşmişdir.
Bəşər tarixi şahiddir ki, ortaq bir həyat yaşayan və ortaq gələcəyi bölüşən insanlar eyni səviyyədə deyil. Zəif-güclü, varlı-kasıb, kişi-qadın olmaqla bəşər bir mənada təzadı, bir mənada isə ahəngi təşkil edir. Yaradılışdan gələn bu fərqli xüsusiyyətlərlə həyatın içində yoğurulan insanlar bir-birinə ehtiyac duyur, tək başına yaşamağın, demək olar, qeyri-mümkün olduğunu dərk edirlər. Bu da insanları və toplumları qarşılıqlı yardımlaşmağa məcbur edir.
Dinimizin tələb etdiyi məsuliyyətlərdən bir də işi yaxşı və keyfiyyətli görməkdir. Bu məsuliyyəti layiqincə yerinə yetirmək eyni zamanda ilahi əxlaqa uyğun hərəkət etmək deməkdir. Möminlər dünyəvi-üxrəvi işlərini görərkən bunları Allahın, Rəsulunun və möminlərin təftişinə ərz edəcəyini unutmamalı, bu şüurla yerinə yetirməyə çalışmalıdırlar.
Səbir müsəlmanın malik olduğu güclü potensial və “xalis sərmayə”dir. Bəzən heç kim bizə kömək etmir, dərdimiz tək başına çəkmək məcburiyyətində qalırıq. Səbir işığı və istiliyi özündən olan cisimlər, məsələn, günəş kimidir, ziyası özündəndir. Yəni səbir möminin dünya-axirət səadətinə aparan yolda təbii şəkildə var olan bir işıqdır.
“Kim bazara girəndə “Allahdan başqa ilah yoxdur. O, birdir, şəriki yoxdur. Mülk və həmd Ona məxsusdur. Dirildir və öldürür. O, Hayydır, ölməz. Xeyir Onun əlindədir. Onun gücü hər şeyə yetər” deyərsə, Allah ona minlərlə savab yazar, onun minlərlə günahını əfv edər və onu minlərlə dərəcə yüksəldər”.
“Qonşun səndən zərər görməyəcəyinə əmin deyilsə, cənnətə girə bilməzsən”
Kim bir müsəlmanın alış-veriş sövdələşməsini ləğv etmək istəyini qəbul edərsə, Allah da onun günah və xətalarını bağışlayar”.
“Sizdən biriniz öz qızılını odda əridərək təmizləyib saflaşdırdığı kimi, bəndələrini ən yaxşı tanıyan Allah da sizi müsibətlərlə imtahan edər.”
Ramazan Quran ayı olduğuna görə, biz də bu ayda Quranla daha çox məşğul olmağa çalışmalıyıq. Bu qəbildən Quran xətm edilə, məal və təfsirlər oxuna bilər. Quranın ərəbcə mətnini üzündən zəif oxuyanlar və ya heç oxuya bilməyənlər audio vasitələrdən, mobil telefonlardan istifadə edərək Quran dinləyə, oxunulan yeri izləyə bilərlər. Quranı oxumaqla yanaşı, dinləmək də savabdır.
Səhabə Ənəs ibn Malik Rəsuli-Əkrəmə: “Ya Rəsulallah! Dualarımın qəbul olunmasını istəyirəm. Mənə bunun yolunu göstərərsinizmi?” – demiş, Peyğəmbərimiz (s.ə.s) də: “Ənəs! Halal qazan, duan qəbul olunar. Çünki insan ağzına haram bir loğma apararsa, duası qırx gün qəbul olunmaz”, – buyurmuşdu.
“İki nemət vardır ki, insanların çoxu bunda aldanmışdır. Qiymətini bildikləri halda onlardan istifadə etməkdən, faydalanmaqdan məhrum qalmışdır. Bu iki mühim nemət; sağlamlıq bə boş vaxtdır.”
Münafiq “imanla küfr arasında qalan, qərarsız, şübhə içində olan, imandan çox küfrə yaxın olan və ya küfrünü gizlədərək özünü mömin göstərən, dinin bir qapısından girib digərindən çıxan ikiüzlü insan” deməkdir.
“Çox danışanın çox xətası, çox xətası olanın da çox günahı olar. Günahları çox olanın isə tövbə və istiğfarları onları təmizləmədiyi müddətcə onun yeri cəhənnəmdir. O zaman kim Allaha və axirət gününə inanırsa ya xeyir danışsın ya da ki, sussun!…”
“Ağıllı insan, daim öz nəfsini qınayan və ölümdən sonrakı həyat üçün çalışandır. Aciz insan isə, öz nəfsinin arzu-istəklərinə boyun əyib onun ardınca gedən və buna baxmayaraq Allah Təalanın onu bağışlayacağına ümid bəsləyəndir.”