Həddi aşmaq və ifrata yol vermək mənasını verən israf lüzumsuz istehlak və necə gəldi xərcləmək deməkdir. Qurani-Kərim israf xəstəliyi ilə əlaqədar möminlərə xəbərdarlıq edir: “Yeyin, için, lakin israf etməyin, çünki Allah israf edənləri sevməz”
“Qiyamət günü tərəziyə ilk qoyulacaq şey gözəl əxlaqdır.”
“Əliaçıq adam Allaha yaxındır. İnsanlara yaxındır. Cənnətə yaxındır. Cəhənnəmdən uzaqdır. Xəsis Allahdan uzaqdır, insanlardan uzaqdır, cənnətdən uzaqdır. Cəhənnəmə isə yaxındır”. (Tirmizi, Birr, 40; Təbərani, Mücəmül-əvsat, III, 27) Əliaçıqlıq Cənnətdən dünyaya uzadılan bir budaqdır. Sədəqə, qurban, tələbə təqaüdü və hədiyyə kimi vəsilələrlə könülləri sevindirmək, möhtacların köməyinə çatmaqdır. Əliaçıqlıq ağacının bir budağından yapışan bəxtəvərlər Tuba ağacının budağından […]
İş adamı və ticarətçilər də İslamın qanun və prinsiplərini bilməli, qarşılaşdığı problemlərin həllini də mütəxəssislərdən soruşub öyrənməlidirlər. Çünki iş adamı və ticarətçi məlumatsızlıq ucbatından yaxşı niyyətli olsa belə, haram işlər görə bilər. Bu səbəbdən də bir çətinliyə düşəndə, bir problemlə üzləşib naçar qalanda İslami hökmləri yaxşı bilən insanlarla məsləhətləşməlidir.
“Əgər siz Allaha layiqincə və tam təvəkkül etsəniz, O da sizə sabah yuvalarından ac çıxıb axşam tox qayıdan quşlar kimi ruzi verər”
İslam dini bir çox sahədə olduğu kimi ticari və iqtisadi həyatda da birlikdə hərəkət etməyi, tək və təkbaşına iş qurmamağı tövsiyə edir. Allah Rəsulu müsəlman ticarətçiləri şərikli işləməyə təşviq etmiş, özü də gəncliyində Həzrət Xədicə ilə şərikli iş görmüşdür.
“Qiyamət günü möminin tərəzisində gözəl əxlaqdan daha ağır gələn bir şey yoxdur, Allah-Təala bütün əməlləri çirkin və pis olan, çirkin və pis şeylər dilindən düşməyən insanı sevməz”.
İnsanın özünün və ailəsinin ruzisini təmin etmək, borcu varsa, qaytarmaq üçün işləyib qazanması fərzdir. Ticarət, əkinçilik və sənət üç əsas qazanc yoludur və bunların hansı ilə olur-olsun, əl əməyi və alın təri ilə əldə edilən halal qazanc müqəddəsdir və ən fəzilətli dolanışıq yoludur. İnsanı dəyərli edən şey də əl əməyi və alın təridir.
And həmsöhbətimizi (müştəriyə) bir şeyə inandırmaq və qəbul etdirmək, bir şeyi etmək və ya etməmək üçün özümüzü və ya başqasını həvəsləndirib hərəkətə gətirmək üçün müəyyən qəliblərdə dilə gətirilən sözlərə deyilir. Doğru da olsa, alış-verişdə and içilməsini qəbul etməyən dinimiz yalan yerə and içməyi isə Allaha ortaq qoşmaq, ana, ataya üsyan etmək, haqsız yerə adam öldürmək kimi böyük günahlar arasında qeyd edir. Yalan yerə and içmək təkcə ticari sahədə deyil, həyatın hər bir sahəsində çirkin bir davranış sayılır.
Möhtəkirlik insanların ehtiyacı olmasına baxmayaraq, ticari dəyərə malik əmtəəni anbara yığmaq, bazara çıxarmayıb bahalaşmasını gözləməkdir. Belə bir qadağa qoyulmasında məqsəd topluma zərər vurulmasının qarşısını almaqdır. İslam dini bazar qiymətlərinin azad rəqabətlə tənzimlənməsini və formalaşmasını əsas götürdüyü üçün möhtəkirliyə müsbət baxmır.
Borcunu qaytarmağa imkanı ola-ola min cür oyun, hiylə və yalan sözlərlə borcu verməyib ləngitmək, insanların əməyini və izzətini saymamaq, hədisin ifadəsi ilə, bir zülmdür. Çünki imkanı olduğu halda borcunu ödəməyən şəxs haqsızlıq və ədalətsizlik etmiş olur. Borcun qaytarılma vaxtının çatmasına baxmayaraq, valyuta dəyərinin düşməsini və ya qalxmasını gözləmək kimi niyyətlə insanlara zülm etmək çirkin davranışdır, müsəlman əxlaqına yaraşmaz.
Həqiqətə çatmaq, xeyir və haqq yolunda sabitqədəm olmaq üçün verilən sonsuz istək və hərislik duyğusunu (əzm) müsbət işlərə yönəldəndə xeyrə, mənfi yöndə işlədəndə zərərə səbəb olur. Həris insanların dinə vurduğu zərər onsuz da təbiətən həris ac qurdun sürüyə vurduğu ziyandan daha böyükdür.
“Kim dara düşən borcluya möhlət verər və ya (borcunu) bağışlayarsa, Allah-Təala onu öz kölgəsindən başqa heç bir kölgə olmayan qiyamət günü ərşin kölgəsinə qoyar”.
“Ticarətçilər, sənətkarlar şirin dilli, gülərüzlü, olduqca təvazökar, doğru sözlü olmalı, əsla yorulmadan, bezib-usanmadan çalışmalıdır. Bu məsələlər hər bir peşə sahibi üçün mühüm əhəmiyyət kəsb etməklə yanaşı, xalqla birlikdə işləyən və insanların xeyrində və ya zərərində az rol oynamayan bu iki sinif üçün daha əhəmiyyətlidir”
Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) həm üxrəvi, həm də dünyəvi işlərdə möminlərin ən etibarlı və əsl rəhbəridir. O, insanların əbədi səadəti naminə əzmlə çalışdığı kimi dünya işlərində də zülmü aradan qaldırmaq və haqq sahibinin haqqını vermək üçün böyük əmək sərf etmişdir. Özü də cəmiyyət həyatında mühüm rol oynayan iqtisadi və ticari sahə ilə yaxından maraqlanmışdır.
“Kutubu sittə”yə daxil olan altı kitabdan birinin müəllifi İbn Macədir. İmam İbn Macə mühəddis olmaqla yanaşı müfəssir və tarixçi idi. Tanınmış mühəddis Əbu Yala əl-Xəlili onun haqqında “İbn Macə hədis elmində böyük alim və höccətliyi bir çoxları tərəfindən qəbul edilmiş şəxsiyyətdir.” – demişdir. Onun təlif etdiyi ən böyük əsərinin adı “əs-Sünən”dir.
İşçinin haqqı gecikdirilməməlidir. İşçiyə gücü çatmayana iş tapşırılmamalıdır. “Ən xeyirli qazanc insanın əlinin zəhməti və dürüst alış-verişlə əldə etdiyi qazancdır”
İslamın ticarət əxlaqını əsas götürən hər bir ticarətçi dürüstlüyü, doğru sözlülüyü və etibarı ilə insanlar arasında etimad qazanmalıdır. Müştərinin məlumatsızlığından, diqqətsizliyindən və ehtiyac içində olmasından sui-istifadə etməməli və heç kimi aldatmamalıdır. Aldatmağı və hiylə işlətməyi İslamdan çıxmaq kimi görməli və belə bir aqibətə düçar olmaqdan qorxmalıdır.
Qurani-Kərimdəki ayə sayının 6666 olduğunu deyə bilərdik. Ancaq Qurandakı hər surədəki ayələri toplayanda fərqli saylar ortaya çıxır. Bəs bu müxtəliflik haradan qaynaqlanır?
Uca Allah tərəfindən Rəsulullaha (sallallahu əleyhi və səlləm) nazil olan ilk Quran ayələri, Ələq surəsinin ilk beş ayəsidir. İlk nazil olan ayələr Ələq surəsinin ilk beş ayəsi, son nazil olan ayə isə Bəqərə surəsinin 281-ci ayəsidir.