“Qonşun səndən zərər görməyəcəyinə əmin deyilsə, cənnətə girə bilməzsən”
Kim bir müsəlmanın alış-veriş sövdələşməsini ləğv etmək istəyini qəbul edərsə, Allah da onun günah və xətalarını bağışlayar”.
“Sizdən biriniz öz qızılını odda əridərək təmizləyib saflaşdırdığı kimi, bəndələrini ən yaxşı tanıyan Allah da sizi müsibətlərlə imtahan edər.”
Ramazan Quran ayı olduğuna görə, biz də bu ayda Quranla daha çox məşğul olmağa çalışmalıyıq. Bu qəbildən Quran xətm edilə, məal və təfsirlər oxuna bilər. Quranın ərəbcə mətnini üzündən zəif oxuyanlar və ya heç oxuya bilməyənlər audio vasitələrdən, mobil telefonlardan istifadə edərək Quran dinləyə, oxunulan yeri izləyə bilərlər. Quranı oxumaqla yanaşı, dinləmək də savabdır.
Səhabə Ənəs ibn Malik Rəsuli-Əkrəmə: “Ya Rəsulallah! Dualarımın qəbul olunmasını istəyirəm. Mənə bunun yolunu göstərərsinizmi?” – demiş, Peyğəmbərimiz (s.ə.s) də: “Ənəs! Halal qazan, duan qəbul olunar. Çünki insan ağzına haram bir loğma apararsa, duası qırx gün qəbul olunmaz”, – buyurmuşdu.
“İki nemət vardır ki, insanların çoxu bunda aldanmışdır. Qiymətini bildikləri halda onlardan istifadə etməkdən, faydalanmaqdan məhrum qalmışdır. Bu iki mühim nemət; sağlamlıq bə boş vaxtdır.”
Münafiq “imanla küfr arasında qalan, qərarsız, şübhə içində olan, imandan çox küfrə yaxın olan və ya küfrünü gizlədərək özünü mömin göstərən, dinin bir qapısından girib digərindən çıxan ikiüzlü insan” deməkdir.
“Çox danışanın çox xətası, çox xətası olanın da çox günahı olar. Günahları çox olanın isə tövbə və istiğfarları onları təmizləmədiyi müddətcə onun yeri cəhənnəmdir. O zaman kim Allaha və axirət gününə inanırsa ya xeyir danışsın ya da ki, sussun!…”
“Ağıllı insan, daim öz nəfsini qınayan və ölümdən sonrakı həyat üçün çalışandır. Aciz insan isə, öz nəfsinin arzu-istəklərinə boyun əyib onun ardınca gedən və buna baxmayaraq Allah Təalanın onu bağışlayacağına ümid bəsləyəndir.”
Həddi aşmaq və ifrata yol vermək mənasını verən israf lüzumsuz istehlak və necə gəldi xərcləmək deməkdir. Qurani-Kərim israf xəstəliyi ilə əlaqədar möminlərə xəbərdarlıq edir: “Yeyin, için, lakin israf etməyin, çünki Allah israf edənləri sevməz”
“Qiyamət günü tərəziyə ilk qoyulacaq şey gözəl əxlaqdır.”
“Mütəşabeh” lüğətdə iki şeyin bir-birinə bənzəməsi mənasına gələn “təşabüh” məsdərindən törəmiş ismi-faildir. Məfhum olaraq da “nəyin qəsd olunduğu bilinməyən, izaha, təvilə ehtiyacı olan ayələr” deyə tərif edə bilərik.
“Əliaçıq adam Allaha yaxındır. İnsanlara yaxındır. Cənnətə yaxındır. Cəhənnəmdən uzaqdır. Xəsis Allahdan uzaqdır, insanlardan uzaqdır, cənnətdən uzaqdır. Cəhənnəmə isə yaxındır”. (Tirmizi, Birr, 40; Təbərani, Mücəmül-əvsat, III, 27) Əliaçıqlıq Cənnətdən dünyaya uzadılan bir budaqdır. Sədəqə, qurban, tələbə təqaüdü və hədiyyə kimi vəsilələrlə könülləri sevindirmək, möhtacların köməyinə çatmaqdır. Əliaçıqlıq ağacının bir budağından yapışan bəxtəvərlər Tuba ağacının budağından […]
İş adamı və ticarətçilər də İslamın qanun və prinsiplərini bilməli, qarşılaşdığı problemlərin həllini də mütəxəssislərdən soruşub öyrənməlidirlər. Çünki iş adamı və ticarətçi məlumatsızlıq ucbatından yaxşı niyyətli olsa belə, haram işlər görə bilər. Bu səbəbdən də bir çətinliyə düşəndə, bir problemlə üzləşib naçar qalanda İslami hökmləri yaxşı bilən insanlarla məsləhətləşməlidir.
“Biz gecə və gündüzü (qüdrətimizə dəlalət edən) iki əlamət müəyyən etdik. Rəbbinizdən ruzi diləməniz, illərin sayını və hesabı (vaxt ölçülərini) bilməyiniz üçün gecənin əlamətini (qaranlığı) silib (yerinə) gündüzün işıqlı (görünən) əlamətini gətirdik. Biz (ehtiyac hiss etdiyiniz) hər şeyi (Quranda) müfəssəl izah etdik.”
“Əgər siz Allaha layiqincə və tam təvəkkül etsəniz, O da sizə sabah yuvalarından ac çıxıb axşam tox qayıdan quşlar kimi ruzi verər”
Rəsuli-Əkrəmin (s.ə.s) bizə tövsiyəsi acmadıqca yeməmək, yemək yeyəndə isə mədəni doldurmadan süfrədən qalxmaqdır. Bir müsəlman yaşamaq üçün yeməlidir, yemək-içməyi həyatının amalına çevirməməlidir.
Dil, Allahın insana bəxş etdiyi ən böyük nemət və Onun yaratdığı ən incə sənət əsərlərindən biri olmaqla yanaşı yerində istifadə edilmədiyi zaman potensial təhlükəyə çevrilmə xüsusiyyətinə də malikdir. Dil insan üçün istifadə məqsədindən asılı olaraq yerinə görə rəhmət, yerinə görə də bəla və müsibət səbəbi ola bilər. Dil bədəndə kiçik orqan olmasına baxmayaraq yerinə yetirdiyi funksiya və səbəb olduğu işlər etibarilə böyük təsirə malikdir.
İslam dini bir çox sahədə olduğu kimi ticari və iqtisadi həyatda da birlikdə hərəkət etməyi, tək və təkbaşına iş qurmamağı tövsiyə edir. Allah Rəsulu müsəlman ticarətçiləri şərikli işləməyə təşviq etmiş, özü də gəncliyində Həzrət Xədicə ilə şərikli iş görmüşdür.
“Qiyamət günü möminin tərəzisində gözəl əxlaqdan daha ağır gələn bir şey yoxdur, Allah-Təala bütün əməlləri çirkin və pis olan, çirkin və pis şeylər dilindən düşməyən insanı sevməz”.