Qurani-Kərim oxunan yer mühüm əhəmiyyət kəsb edir. Belə ki, məsciddə oxunan Quran şərəfli yerdə oxunduğu üçün daha savablı olmaqla yanaşı, hamam və tuvalet kimi natəmiz yerlərdə Quran oxumaq isə məkruhdur. Bundan əlavə, qəflət içində Quran oxumanın qəfləti bir az da artırdığı bəzi alimlərimiz tərəfindən vurğulanmışdır. Ona görə də, Qurani-Kərim Rəbb ilə təkbaşına qala bilmək üçün, […]
İnsanların üstünlük haqqında meyarları müxtəlifdir. Kiminə görə var-dövlət, kiminə görə, soy-kök, kiminə görə, millət, kiminə görə də vəzifə, mövqe və s. Ancaq Uca Yaradana görə, xeyirli, üstün insan olmaq Quranı öyrənmək və öyrətməklə bağlıdır.
İslamın qəza və qədər adlı iman əsasını insan azadlığına zidd kimi qəbul etmək doğru deyildir. Çünki bir müsəlmanın qədərə iman etməsi əsas etibarilə hər şeyin Allahın elmi, iradəsi, qüdrəti və yaratması ilə gerçəkləşdiyinə, Allahdan başqa yaradan olmadığına inanması deməkdir. Qədərə iman məsuliyyəti bir kənara atmaq demək deyil. Çünki İslam qüdrət sahibi, kainatı yaradan Uca Allahı […]
“Quran oxuyan mömin portağala bənzəyir, dadı da gözəldir, qoxusu da. Quran oxumayan mömin isə xurmaya bənzəyir. Qoxusu yoxdur, ancaq dadlıdır. Quran oxuyan münafiq qoxusu gözəl, dadı acı reyhana bənzəyir. Quran oxumayan münafiq isə qoxusuz və acı Əbucəhl qarpızı kimidir”.
İnsan fitrətində hər bir gözəllik və yaxşılığa sahiblənmə, onlarla öyünmə, iftixar etmə, qürurlanma duyğusu vardır. Məhz bu yerdə qədər araya girir və: “Lovğalanma, edən sən deyilsən”, − deyərək insanı görülən gözəl işlərə baxıb qürurlanmaqdan, təkəbbür və mənəm-mənəmlik hissinə qapılmaqdan qoruyur. Çünki yaxşı əməllərin işlənməsini istəyən ilahi iradə, onların yerinə yetirilməsi üçün lazımi qabiliyyət və gücü verən də ilahi qüdrətdir. Lakin bu məqamda məsuliyyət və mükəlləfiyyət prinsipi ortadan qalxmasın deyə İslamın ixtiyar (iradə) prinsipi işə düşüb: “Sən məsulsan, çünki seçən sənsən”, − deyir, insana məsuliyyətini xatırladır.
Ən xırda yaxşılığı belə cavabsız qoymayan Allah-Təala insanın bu dünyada dəyər verib oxuduğu Quranı – onunla məşğul olma və səmimiyyəti səviyyəsində – axirətdə ona şəfaətçi edir. Bunun sayəsində insan, bəlkə də, ən möhtac vaxtında, ən gücsüz və çarəsiz anında qəfl təhlükələri asanlıqla dəf edir.
İlahi kəlamın elə böyük təsiri vardır ki, oxunarkən təkcə insanlar deyil, mələklər də təsirlənir və dinləməyə gəlir, həmin məkanı da rəhmət və səkinə ab-havası bürüyür. Bir toplum Qurana layiqincə dəyər verərsə, yüksək məqama və hüzura qovuşar, üstəlik mələklər tərəfindən də qorunar.
Bir dağ təsəvvür edək. Tutalım, dağın şimal tərəfində bir nəfər, cənub tərəfində də bir nəfər dayanıb. Belə vəziyyətdə şimal tərəfdə dayanan şəxs cənub tərəfdə olan adamı görə, onun nə elədiyini bilə bilərmi? Mümkün deyil, çünki qarşısındakı dağ ona mane olur. Bu, cənubdakı adama da aiddir. İndi bir başqa varlıq götürək. Bu varlıq dağın lap zirvəsindədir və hər iki adamın nə etdiyini çox aydın görür. Allah-Təala da bu cürdür. O, zaman və məkanın fövqündə dayanır və elmi ilə keçmişlə gələcəyi bir nöqtədə görür və bilir. İnsan isə zaman və məkan çərçivəsindən kənara çıxa bilmir.
Quranın insanı yorub usandırmamasının bir hikməti də budur: Quran qəlblərə qida, ağıllara qüvvət və zənginlik, ruha su və işıq, nəfslərə dərman və şəfa olduğuna görə oxuyanı usandırmır. Hər gün çörək yeyirik, ancaq bezmirik. Lakin ən gözəl meyvəni hər gün yesək, bezərik. Deməli, Quran haqq-həqiqət, doğru söz, hidayət və heyrətamiz fəsahət olduğuna görə insanı bezdirib usandırmır. Daima gəncliyini qoruyub saxladığı kimi, təzəliyini və şirinliyini də qoruyur.
Quran oxunduğu yerə özü ilə bərabər hüzur, xoşbəxtlik və bərəkət gətirir. Oxuyanlara sevinc bəxş edir. Qəm və dərdlərini dağıdır, ümidsizlik hissini yox edir, qəlbə gümrahlıq və canlılıq gətirir. O, hər cür vəsvəsəni Quran oxuyanlardan və oxunan yerlərdən uzaqlaşıdırır. Onları insi və cinni şeytanlardan hifz edir.
Quran insanları ən doğru yola yönəldir. İstər şəxsi məsələlərdə, istər insanlararası və istərsə də dövlətlərarası münasibətlərdə ən ideal və ən mükəmməl yolu bu Kitab göstərir. Çünki Quran “Alim”[1] və “Xabir”[2] Allahın kəlamıdır. Bəşəri hiss və düşüncə qarışmış hər şeydə bir çatışmazlıq, bir qüsur var. Çünki insanıq. İnsanlığın hər dövrdə yeni axtarışlar aparması buna ən bariz […]
Ana bir milləti yetişdirən ailənin ən mühüm fərdidir. O, İslam nəzərində o qədər müqəddəsdir ki, Allah Rəsulu (s.a.s.): “Cənnət anaların ayaqları altındadır,” – buyurmuşdur. Çünki ana bir xalqı yoğuran müqəddəs bir əl, toplumun ilk hüceyrəsi olan ailə yuvasının da qurucusudur… içində “civ-civ civildəşən” uşaqların ətrafa səadət və nəşə saçdığı bir yuvanın qurucusu…
Ərəb dilində “kəbirə” və ya “kəbair” kəlməsi ilə ifadə edilən böyük günahlar haqqında bir ayə və ya səhih hədis olan, işləyənin dünya və ya axirətdə cəzaya düçar olmasına səbəb olan günahlardır. Əhli-sünnə etiqadına görə böyük günah işləyən kəs, bu günahın haramlığını inkar etmədiyi müddətcə günahkar mömin sayılır. Məsələn spirtli içki haramdır və içən günahkar olar, ancaq […]
Allah Rəsulu əbədiyyətə, yəni insanların yaradılış qayəsinə talib idi. Bəli, insan əbədiyyət üçün yaradılmışdır. Onun qəlbi əbəddən, Əbədi Zatdan başqa heç bir şeylə aram və hüzur tapa bilməz. Ondan başqa bir şey istəməz, iradi, qeyri-iradi daima Onu arzular. Nəhayət, insan əbədiyyəti tapanadək mənən doymaz, rahatlıq üzü görməz. Bəli, insanın bitib-tükənməyən ümid və arzuları vardır. Ona […]
Allah Rəsuluna on il fasiləsiz olaraq xidmətini sədaqətlə icra edən Ənəs ibn Malik deyir: “Ailə üzvlərinə qarşı Həzrət Muhəmməddən (s.ə.s.) daha şəfqətli insan görməmişəm”.[1] Bəli, şəfqət və səmimiyyətdə Onun kimi ikinci bir ailə başçısı və ata göstərmək mümkün deyil. Bu etiraf təkcə bizim dilimizdən çıxsaydı, bəlkə də, o qədər əhəmiyyətli olmazdı. Ancaq qarışqanı belə incitməyən, […]
“Dində məcburiyyət (zorakılıq) yoxdur.”(Bəqərə, 256) Dinin ruhunda və mahiyyətində məcburiyyət yoxdur. Çünki məcburiyyət dinin ruhuna ziddir. İslam dini insanın iradə və ixtiyarı, azad qərar verməsinə əhəmiyyət verir və bütün prinsiplərini də bu əsas üzərində qurur. İkrah hissi ilə, məcbur edilərək edilən bütün əməl və hərəkətlər istər iman, istər ibadət, istərsə də əxlaq baxımından qətiyyən qəbuledilməzdir […]
Təəssüflər olsun ki, insan yalanın qəbuledilməz bir şey olduğunu bilə-bilə onu söyləməkdən utanmır, hətta bəzi yerlərdə onun söylənməsini “doğru” və “gərəkli” olduğunu düşünür. İnsanlar bir-birilərini aldadaraq nəyə isə nail olacaqlarını düşünür və işin nəticəsində (əksər vaxtlarda) şəxsi mənfəətləri olduğuna görə özlərinə (daxillərində və xaricdə) bəraət qazandırmağa çalışırlar. Əslində, yalan doğruluğun əksinə söz söyləmək, olan bir […]
Xoşgörü, xoş rəftarlıq, müsaməhə, insanların xəta və qüsurlarını görməzlikdək gəlmək müsəlmana xas sifətlərdir. Hər müsəlmanda bu cəhət olmalıdır. Xoşgörü ürəkləri yumşaldan bir ünsürdür; inandığı həqiqətləri başqalarına da təbliğ etmə ancaq onunla mümkündür. Amma hər şeyin bir həddi-hüdudu olduğu kimi xoşgörünün də bir çərçivəsi olmalıdır. Kimlərə və nə qədər, xoşgörülü davranmalıyıq bunlar hamısı sual doğurur. Allah […]
Bu gün belə bir yanlış düşüncəyə malik insanlar, ola bilsin, İslam dünyasının ümumi vəziyyəti, ölkələrarası əlaqələr və mövcud şəraitə görə hər kəsin gördüyü və bildiyi yerlərdə bu çirkin fikirləri dilə gətirmirlər. Lakin müxtəlif hadisələrlə əlaqədar özlərini saxlaya bilməyib dilə gətirdikləri kin və nifrət dolu ifadələrə nəzər salanda onların bu çirkabdan təmizlənə bilmədiklərini və nəşət etdikləri […]
Dolayısilə onların hər birinin özünəxas üstün cəhərləri vardı. Bildiyiniz kimi, xüsusi fəzilətdə raceh (başqalarından üstün tutulan) mərcuha (başqaları ondan üstün tutulan) tərəccüh (üstün tutulur) edilə bilər. Bu baxımdan onların özünəxas xarakteri, mövqeyi, dəyəri və Allah qatındakı mahiyyətini diqqətə alaraq hər birinin Peyğəmbərimizin bir xüsusiyyətini yaşatdığına inanmaq daha məqsədəuyğun yanaşmadır. Məhz bu səbəbdən Həzrəti Əbu Bəkirə […]