Bal çiçəkli bitkilərin nektarının arı tərəfindən yığılması nəticəsində əmələ gələn maddədir. İnsan orqanizmindəki mikroblar balın tərkibinə daxil olduqda funksiyalarını itirirlər. Balın tərkibindəki polifenol və flavonoidlər ağrıkəsici təsirə malikdir. Bal ölü hüceyrələrin yaradan uzaqlaşdırılmasında çox təsirlidir. Bal infeksiyanın çoxalmasının qarşısını alır.
Nəfs, özbaşına, nəzarətsiz buraxıldığı təqdirdə sahibini insanlıq mərtəbəsindən endirməyə münasib yaradılmışdır. Ancaq nəfsdəki mənfi təmayülləri xeyirxahlığa və ya yaxşı əməllərə yönləndirmək mümkündür. Buna görə də, nəfs bizim məhv etməyə çalışdığımız düşmən yox, islah etməyə çalışdığımız güc (dost) olmalıdır. Nəfs, ruh və qəlbə qarşı olduğu müddətcə bizə düşmən, ruhla dostlaşdıqda isə insanı kamillik məqamına yüksəldən vasitədir.
Əsl “Quran müsəlmanlığı”[1], Həzrəti Peyğəmbərin Quran ayələri ilə yanaşı Öz ifadə və bəyanlarıyla təbliğ etdiyi və səhabələrin də Rəsulullahdan (s. ə. s) öyrənib tətbiq etdikləri müsəlmanlıqdır. Qurani-Kərim İslam ümməti içində ortaya çıxacaq bəzi inhiraflara işarə edərək bu barədə müsəlmanları xəbərdar etmişdir. Bunlardan biri də Qurani-Kərimi şərh edərkən Peyğəmbər […]
Bəşər övladı tarix boyu gözlə görünməyən qeyri-adi varlıqların mövcudluğuna inanmışdır. Cinlərin gözlə görünməsi qeyri-mümkün varlıqlar olmasından dolayı qədim dövrlərdə insanlara onlar haqqında doğru-düzgün məlumat əldə etmək müyəssər olmamışdır.
Ölüm elə bir həqiqətdir ki, insan ondan yaxa qurtara və onu görməzlikdən gələ bilməz. Müsəlman üçün ölüm yox olmaq deyil, yeni həyatın başlanğıcıdır. Qurani-Kərimi açarkən elə ilk surənin üçüncü ayəsində “din günü”dən bəhs edildiyini görürük ki, bu da axirət aləminin həqiqət olduğuna işarədir.
Vicdan və ağlın müştərək olaraq tapdıqlarının həqiqətən doğru dəyər olduğundan necə əmin ola bilərik? İnsana aid dəyərləri başqa dəyərlərlə müqayisə etməli deyilikmi?Dəyərləri qoyan insan bunları öz istəyinə və başqalarının əleyhinə dəyişdirmək istəsə nə etməliyik? Dəyərləri hansı üsulla və necə mühafizə edəcəyik? Dəyərləri müəyyən sahələrdən olan mütəxəssilər təyin edə bilərmi? Qoruyucusu dövlətdirmi, yoxsa cəmiyyətdirmi? Dəyərlər hansı tarixin, cəmiyyətin məhsuludur? Hansı dəyərlər ümumbəşəri və dəyişməz həqiqətlərdən ortaya çıxmışdır?
Quran və səhih sünnənin ruhuna nüfuz etdikdə bəzi xüsusi hallar istisna olmaqla orada yalnız müsamihə görürük. Bu müsamihənin telləri əhli-kitaba, hətta bütün insanlara qədər gedib çıxırdı.
Kainat kitabını yazan, kainat kitabı ilə insan arasında əlaqə quran və insanı bu böyük kitabın föhristi edən Allahdır. Elə isə kainatın məna və mahiyyətini bilən də Odur. İnsanın meyillərini, daxili dünyasını, cisim və ruhunu yalnız O izah edir. Çünki kainat kainatullah, insan abdullah və bunları açıqlayan Quran da kəlamullahdır.
İnsan yer üzünə gəldiyi andan həyatına istiqamət verən, onu nizama salan, toplumu idarə edən müqəddəs kitabla, onu xeyrə, gözəlliyə, yaxşı və doğruya yönəldən ilahi bəyanla qarşılaşmışdır. Bu da sübut edir ki, Allah doğru yolu göstərmədikcə insan heç bir məsələni yoluna qoya bilməz. Yaradılışa və fitrətə uyğun olan da məhz budur.
Şəfaət haqq və həqiqətdir. Kimə şəfaət etməyə icazə verilibsə, Haqq-Təalanın qoyduğu çərçivədə şəfaətçi olacaqdır. Şəfaəti inkar edənlər isə nə dünyada, nə axirətdə bir şey qazanası deyillər. Çünki bəndələr Allahı necə tanıyırsa, Allah da axirətdə onları o cür qarşılayacaq.
Peyğəmbərlərə dövrə və şəraitə uyğun möcüzələr verilmişdir. Bir peyğəmbərin zamanında hansı iş və ya peşə geniş yayılmışdısa, verilən möcüzə də ondan və ya ona uyğun olurdu. Yəni möcüzələr hər bir peyğəmbərin yaşadığı zaman kəsiminin mədəniyyətinə və düşüncəsinə müvafiq göstərilirdi ki, daha təsirli və güclü olsun.
Peyğəmbərimiz (s.ə.s) özü oxuma-yazma bilmədiyinə görə bu işi Onun (s.ə.s) yanındakı səhabələri görərdilər. Hz. Peyğəmbərin (s.ə.s) təqribən qırx nəfərə yaxın katibi olmuşdur.
İnsanlar azad doğulur, heç kimin onları köləyə çevirməyə haqq və səlahiyyəti yoxdur. “Ey insanlar! Biz sizi bir kişi və bir qadından (Adəm və Həvvadan) yaratdıq. Sonra bir-birinizi tanıyasınız (kimliyinizi biləsiniz) deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Üstünlük rəng, millət, soy və nəsildə deyil, təqvada, Allahdan qorxmaqda və yaxşı insan olmaqdadır.”
Cahiliyyə toplumu ancaq və ancaq öz mənfəət və xeyrini düşünürdü. Möhtac insanlara əl tutmaq, yardım etmək, dar gündə dada yetmək onlara tamam yad işlər idi. Başqasını özündən üstün tutmaq, ehtiyac içində ola-ola kömək etmək – ki, buna “isar” deyirik, – kimi fəzilətlərin adını da eşitməmişdilər. Ancaq Allah Rəsulunun risaləti onlara bir çox çirkin xüsusiyyət kimi, […]
Rəsulullah (s.ə.s) bir gün səhabələriylə bir yerdə yemək yeyirdi. Oradan keçən bir qadın: “Buna bax, oturub kölə kimi yemək yeyir!” – dedi. Və Allah Rəsulu halını pozmadan cavab verdi: “Bəli, məndən gözəl kölə olar?! Mən Allahın (cəllə cəlaluhu) köləsiyəm.” Qadın yenə üzsüzlük edib dilləndi: “Özü yeyir, mənə vermir!” – dedi. Allah Rəsulu onu da süfrəyə […]
Yaşadığımız dövürdə vaxt sürətlə ötüb keçir. Dəqiqələr, saatlar, günlər, həftələr.. sürətlə ötüb gedir. Ona görə də inanan bir insan həyatı süzərək yaşamalıdır. Heç olmasa gün ərzində tərcüməsi ilə birlikdə ən az beş səhifə Quran oxumalıdır.
İnsanların üstünlük haqqında meyarları müxtəlifdir. Kiminə görə var-dövlət, kiminə görə, soy-kök, kiminə görə, millət, kiminə görə də vəzifə, mövqe və s. Ancaq Uca Yaradana görə, xeyirli, üstün insan olmaq Quranı öyrənmək və öyrətməklə bağlıdır.
İslamın qəza və qədər adlı iman əsasını insan azadlığına zidd kimi qəbul etmək doğru deyildir. Çünki bir müsəlmanın qədərə iman etməsi əsas etibarilə hər şeyin Allahın elmi, iradəsi, qüdrəti və yaratması ilə gerçəkləşdiyinə, Allahdan başqa yaradan olmadığına inanması deməkdir. Qədərə iman məsuliyyəti bir kənara atmaq demək deyil. Çünki İslam qüdrət sahibi, kainatı yaradan Uca Allahı […]
“Quran oxuyan mömin portağala bənzəyir, dadı da gözəldir, qoxusu da. Quran oxumayan mömin isə xurmaya bənzəyir. Qoxusu yoxdur, ancaq dadlıdır. Quran oxuyan münafiq qoxusu gözəl, dadı acı reyhana bənzəyir. Quran oxumayan münafiq isə qoxusuz və acı Əbucəhl qarpızı kimidir”.
İnsan fitrətində hər bir gözəllik və yaxşılığa sahiblənmə, onlarla öyünmə, iftixar etmə, qürurlanma duyğusu vardır. Məhz bu yerdə qədər araya girir və: “Lovğalanma, edən sən deyilsən”, − deyərək insanı görülən gözəl işlərə baxıb qürurlanmaqdan, təkəbbür və mənəm-mənəmlik hissinə qapılmaqdan qoruyur. Çünki yaxşı əməllərin işlənməsini istəyən ilahi iradə, onların yerinə yetirilməsi üçün lazımi qabiliyyət və gücü verən də ilahi qüdrətdir. Lakin bu məqamda məsuliyyət və mükəlləfiyyət prinsipi ortadan qalxmasın deyə İslamın ixtiyar (iradə) prinsipi işə düşüb: “Sən məsulsan, çünki seçən sənsən”, − deyir, insana məsuliyyətini xatırladır.