İqtisad (qənaət) həddi aşmamaq, ifrata varmamaq, ehtiyacdan az və ya çox xərcləməkdən qaçınmaq, mötədil olmaq və orta yolla hərəkət etmək mənalarına gəlir. İqtisadın (qənaət) əksi israfdır. İsraf isə neməti lazımsız yerə xərcləmək, istehlakda ifratçılıq, həddən artıq yemək, içmək və Allah-taalanın lütf etdiyi nemətləri boş yerə sərf etmək deməkdir. İzzətə vəsilə… zillətə səbəb… İslamiyyət həm yemə-içmə, […]
“Ana üçün deyirlər, sonu yox iztirabın… Daim ənindir anada səsi, telin, mızrabın…” Fanilər arasında ən müəzzəz, ən əziz varlıqdır ana. O, yer üzündə addımlarını atarkən başı göylərdə, Cənnət də ayaqlarının altındadır. Başmağının tozu gözlərə sürmə qədər əziz və ayaqlarına qapanan üzlər də Ərşin eşiyindəki başlar qədər ucadır. Ana inləyən varlıqdır. Bir ömür boyu inləyən və […]
Qədərlə bağlı əvvəlki yazılarda da qeyd edildiyi kimi, kainatda hər şey Allahın təqdiri, diləyi və yaratması ilə var olur. İnsanların xeyir və ya şər (pislik) – hər cür əməli Allahın təqdiri ilə meydana gəlir. “Halbuki sizi də, sizin düzəltdiklərinizi də Allah yaratmışdır!” (“Saffat” surəsi, 96) məallı ayə bu həqiqəti açıq-aydın ifadə edir
Həzrəti İsa (əleyhissalam) dünyaya gəlmədən təqribən 9-10 əsr əvvəl Misirlə Fələstin arasında Amalika adlı bir qövm yaşayırdı. Hökmdarı Calut olan bu qövm İsrail oğullarına hücum çəkib onları pərən-pərən etmiş, vətəndən çıxarmış, ailələrindən, övladlarından ayrı salmışdı. Əlacsız qalan İsrail oğulları peyğəmbərlərinə baş vurub düşmənlə vuruşmaq üçün sərkərdə istədilər, “Nə olar, bizə bir sərkərdə ver, Allah yolunda […]
Cənabi-Allah Qurani-Kərimdə buyurur: “Həqiqətən, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birini əvəz etməsində ağıl sahibləri üçün dəlillər vardır.” (“Ali İmran” surəsi, 3/190) Allah Rəsulu (sallallahu əleyhi və səlləm) da “Bu ayəni oxuyub təfəkkür etməyənin vay halına!” bəyanı ilə təfəkkürün əhəmiyyətini vurğulayır. Ümmü Sələmə, başqa bir rəvayətdə isə Aişə anamız bu ayə nazil olanda və […]
Qurani-Kərim təsvir etdiyi hadisələrin mərkəzinə konkret bir şəxsi qoymur. Aşağıdakı ayələr hər bir insan və ya müəyyən tiplər üçün keçərli davranış, inanc və aldanış şəkillərini özündə əks etdirir: “İnsana bir sıxıntı (xəstəlik, yoxsulluq, bəla) üz verən zaman uzananda da, oturanda da, ayaq üstə duranda da Bizə dua edər. Lakin onu sıxıntıdan qurtardıqda ondan ötrü (əvvəlcə) Bizə […]
Sual: Buyurulur ki, sui-zənn və həsəd ruhi xəstəlikdir. Bu kimi hallara hansı amillər səbəb olur? Onları aradan qaldırmaq üçün nə etmək olar? Cavab: Sui-zənn və həsəd ‒ hər ikisi öz-özlüyündə böyük günahdır. Onlar arasında müəyyən əlaqə var. Yəni birinin varlığı digərinn meydana gəlməsi ilə nəticələnir, biri o birini tələb edir. Məsələn, ətrafa sui-zənlə baxan adam sui-zənn […]
Sual: Bir hədisdə Allah Rəsulu buyurur ki, ərlə arvadın arasını vurmaq və ailəni dağıtmaq şeytanın ən sevdiyi işlərdəndir. Ər və arvadın bu cür tələlərə düşməməsi və ailə həyatına Allah dərgahında ən çirkin halal kimi xarakterizə edilən boşanma ilə son qoymamaq üçün nə tövsiyə edirsiniz? Cavab: Bütün şər işlərin baiskarı və gözəl işlərin düşməni şeytandır.
Sual: Yeni elmi kəşflər və icadlardan dərhal sonra Quranda bu nailiyyətlər haqda bəzi işarələr olduğunu deyirlər. Bu baxımdan tədqiqatçıların Quranda mövcud elmi həqiqətlərə münasibəti necə olmalıdır? Bu kimi ayələr, xüsusilə də, dəqiq elmlər sahəsində çalışanlara nə deyir? Cavab: Quran və kainat Cənabi-Allahın iki ayrı kitabıdır. Bu səbəbdən onların bir-birinə zidd olması mümkünsüzdür.
Əslində dəyər, etibar, böyüklük, ülviyyət, şərəf və heysiyyət mənalarına gələn “izzət” kəlməsi mahiyyətcə “könül toxluğu” anlamını ifadə edir.
Bildiyimiz kimi, istiğna adanmışlığın əsas sütunlarından biridir. İstiğna ruhunu ömür boyu qoruyub-saxlamaq üçün nələrə diqqət etməliyik?
Sual: Müasir dövrdə bir çox haqq-hüquqla yanaşı, qonşuluq hüququna da biganə münasibət var. İslamda qonşuluq haqq-hüququna riayət nə qədər əhəmiyyətlidir? Sağlam bir cəmiyyətin təşəkkülündə qonşuluq haqqına riayətin hansı faydaları var? Cavab: Quran və sünnədə ana-ata ilə yaxşı rəftar etmək, silei-rəhm etmək, yetimlərə arxa olmaq kimi məsələlərlə yanaşı, ciddi vurğulanan həssas mövzulardan biri də qonşuluq haqqına riayətdir.
Sual: Təəssüb nə deməkdir? Səlabətlə təəssübü bir-birindən hansı xüssusiyyətlər ayırır? Cavab: Təəssüb ərəb sözü olub bir işin əvvəlini-axırını düşünmədən məsələlərə sırf şəxsi görüş və maraq aspektindən yanaşmaq, ağıla, məntiqə sığmayan, hətta dinin ruhuna zidd məsələlərdə belə inadkarlıq etmək, “dediyim dedik” sözü ilə ifadə edilən hərəkət və davranışlar nümayiş etdirmək deməkdir.
Sehr və ya cadu xəbis niyyətlə, yaxud mənfəət məqsədi ilə metafizik qüvvələrdən istifadə etmək deməkdir.
Sual:”Dində məcburiyyət yoxdur”ayəsini necə başa düşməliyik? Din güc tətbiqi ilə qəbul edilən və ya zorla qəbul etdirilən bir sistem deyildir. Din inancla bağlıdır, ona görə də burada hər şeydən əvvəl inanmaq əsasdır. İnanmaq isə öz-özlüyündə vicdana və qəlbə aiddir. Qəlb və vicdana zorla təsir etmək, hakim olmaq və bir mənada onu fəth etmək mümkün deyildir. […]
Uca Allahı tanımaq üçün Onun sifət (vəsf) və isimlərinə də baxmaq lazımdır. Sifətlər Allah-Təalanın Zatına aid məfhumlar deməkdir. Haqq-Təalanın heç bir qüsurlu vəsfi yoxdur. Allah-Təalanın varlığı kimi sifətləri də əzəli və əbədidir. İnsan, cin, mələk və ya ruhanilər – heç birinin həyatı Allah-Təalanın həyatına, bütün varlıqların elmi Onun elminə, yaxud da iradəsi Onun iradəsinə bənzəmir. […]
İslam düşüncəsində qədər var, amma “qədərçilik” yoxdur. Qədər bəzilərinin zənn etdiyi kimi özünü hadisələrin axarına buraxmaq deyildir. İnsan üzərinə düşən öhdəlikləri yerinə yetirməli və ehtiyatını əldən qoymamalıdır. Möminliyin şərtlərindən biri də qədərə imandır, lakin onu əsas gətirib görüləsi işləri tərk etmək doğru deyildir. Bir günah işlədikdən sonra “Qədərim bu imiş, alın yazısından qaçmaq olmaz”, – […]
Gəlin mövzuya bir misalla başlayaq. Kiçik bir şəhəri idarə edən izzətli, şərəfli, adil bir hakim təsəvvür edək. Ədəbsiz, asi bir məmur bu hakimin qarşısına çıxır və kobud şəkildə: “Mən sənin əmrlərini eşitmirəm, qanunlarını tanımıram. Bir də ki sən mənə heç nə edə bilməzsən, cəzalandıra bilməzsən
Qurani-Kərimdə cənnət və cəhənnəm həqiqəti tez-tez xatırladılır. Cənnətə kimlər gedəcək? Hansı əməllər, hansı hal-vəziyyətlər, düşüncə və davranışlar insanı cənnətə aparır? Cənnətdə möminləri hansı nemətlər və gözəlliklər gözləyir? Bunlar təfsilatı ilə anladılır. Eyni zamanda insanı cəhənnəmə sürükləyən
İnsan Qədərə imanla nə əldə edir? Mövzuya bir örnəklə başlayaq. İki yoldaş böyük və bağlı-bağatlı bir qəsəbədə qonaq olurlar. Qəsəbədə yaraşıqlı evlər, növbənöv meyvə-tərəvəz, cins-cins heyvanlar var. Həm də qəsəbənin elektrik, su, istilik kimi ehtiyaclarını təmin etmək üçün bir çox irili-xırdalı qurğular işləyir.