“Alın yazısı” el arasında “qədər” mənasında işlədilir. Qədərə isə “Allah-Təalanın əzəldən əbədəcən olacaq hər şeyi əvvəlcədən bilməsi, təqdir və təsbit etməsi” şəklində tərif vermək olar. Allah-Təala keçmişi, bu günü və gələcəyi eyni anda görən əzəli və hüdudsuz elmi ilə insanın nə zaman
Cənnəti qazanmaq və cəhənnəmdən qorunmaq hər bir insan üçün həyati əhəmiyyətli məsələdir. Çünki bir göz qırpımında keçib gedən bu fani dünya əbədi aləmə hazırlıq yeridir. Peyğəmbərimiz: “Dünya axirətin tarlasıdır”,
Qul haqqı nədir? Axirətdə boynunda qul haqqı olanların vəziyyəti necə olacaq? Gözəl dinimiz İslamiyyət insan haqlarına böyük önəm verir. İnsanların hüquqları ilə bağlı ən gözəl ölçüləri ortaya qoyur və insanların bir-birinin haqlarına hörmətlə yanaşmasını istəyir. Qul haqqını məhz bu çərçivədə dəyərləndirmək lazımdır. Qul haqq çox geniş anlayışdır. Daha yaxşı anlaşılması üçün bir neçə misal verək: […]
Axirət ölümlə başlayıb sonsuza qədər davam edən həyatın adıdır. Bərzəx aləmi adlanan qəbir həyatı da axirətin bir dayanacağıdır, əsl axirət həyatı isə Qiyamət qopandan sonra başlayacaq və sonsuza qədər davam edəcək. Qiyamətlə birlikdə dünya həyatı da sona çatacaq və Allah bütün insanları yenidən dirildib məhşər meydanında
Allah niyə insanları bərabər yaratmadı? Niyə bəzilərini kasıb, bəzilərini varlı, bəzilərini şikəst, bəzilərini də sağlam xəlq etdi? Hər şeydən əvvəl qeyd edək ki, belə bir sualı ancaq yaradılışın hikmətini anlamaq üçün verə bilərik. Əks təqdirdə, Allah qorusun, Allahı sorğu-suala çəkmək mənası çıxar ki, buna da heç kimin həddi və haqqı yoxdur. Çünki yaşadığımız dünya, tənəffüs […]
Allah insana özünəməxsus, müstəsna qabiliyyətlər bəxş etmişdir. İnsan bu qabiliyyətlərini Allahın buyurduğu yolda istifadə edərsə, mələkləri də ötüb keçərək uca məqamlara yüksələ bilər. Bəşəriyyət səmasının ulduzları olan peyğəmbərlər, siddiqlər, övliyalar bunun göstəricisi, dəlilidir. İnsanın çəyirdək şəklində olan
Bu günə qədər Quran və elm mövzusunda bir çox tədqiqatlar aparılmış və cildlərlə kitab yazılmışdır. Məsələyə obyektiv yanaşan elm adamlarının hamısı Qurani-Kərimin elmlərdən daim bir addım öndə olduğunu görmüş, heyrət və heyranlıqla “Bu kitab ancaq Allah kəlamı ola bilər” deməkdən özlərini saxlaya bilməmişlər. Təfsilatları
Peyğəmbərlər Allah-Təalanın nazil etdiyi bəyanları Onun qullarına olduğu kimi çatdıran müqəddəs elçilərdir. Peyğəmbərlik istedadla, çalışıb vuruşmaqla əldə edilən məqam deyil. O ancaq Haqq-Təalanın diləyi ilə verilir. Uca Allah Həzrəti Adəm əleyhissalamdan
Mövzuya bir hekayəni nümunə verməklə başlayaq. Bir padşahın iki xidmətçisi varmış. Padşah onların birinə xərcləmək üçün bir qızıl verir. Xidmətçi də həmin qızılla ən yaxşı qumaşdan bir neçə arşın alıb özünə gözəl bir paltar tikdirir. Padşah onun bu hərəkətini çox bəyənir. Sonra ikinci xidmətçisini hüzuruna çağırtdırır. Ona isə min qızıl və bir də siyahı verir
Rəbbimizi bizə tanıdan, Onun varlığını və birliyini, daha yığcam və düzgün (dəqiq) ifadə ilə desək, tövhidi göstərən o qədər dəlil var ki, dənizlər mürəkkəb, ağaclar qələm olsa, yenə də yazmaqla bitirə bilmərik. Burada Allahın izni və inayəti ilə sadəcə bir neçə tövhid dəlilini yazı çərçivəsində təqdim etməyə çalışacağıq. Kainatda hüceyrədən insana, atomdan ulduzlara, aya, günəşə və […]
Vəhy kəlmə olaraq, “eyham etmək, pıçıldamaq, işarə etmək, ilham və təlqin etmək, ardıcıl və gizli bir şəkildə bildirmək”, kimi mənalara gəlir. Bir termin olaraq isə, vəhy “Uca Allahın bildirmək istədiyi hidayət və buyruqlarını elçi olaraq seçdiyi qullarına birbaşa və ya bir mələk vasitəsi ilə ənənəvi olmayan gizli bir yolla bildirməsidir.”
Qışda ölü kimi olan yer üzünün yazda yenidən dirildilməsi, Quranda öldükdən sonra dirilişin imkan daxilində və müşahidə edilə bilən bir hadisə olduğunu göstərmək məqsədi ilə verilən ən təsirli misaldır. Allahın yer üzündə hakim etdiyi bir qanunla hər şey təkrar təkrar yenilənir
Kəlmə olaraq axirət Axirət ləfzi, ” أخر / ə-x-r” kökündən fail babında olan ” آخِرٌ / axir” sözünün müənnəsidir(qadın cinsi). “Əvvəlin əksi olan bir sifət olan bu kəlmə “son, sonra gələn” mənasını verir və cəm halı ” أَوَاخِرُ / əvəxir”dir. Axirətə, axirət deyilməsinin səbəbini izah etmə
Qeyri-maddi və metafizik varlıqlardan biri də cinlərdir. Kəlmə olaraq “örtülü və qapalı” mənalarına gəlir. Termin mənası isə belədir: Cinlər müxtəlif şəkillərə girə bilən və qəribə (insanlar baxımından fövqəladə olan) işlər görə bilən, oddan yaradılmış lətif məxluqlardır.
Kainatda çox kiçik bir yer tutan planetimizdə minlərlə növ canlı və onlara xas həyata tərzləri mövcuddur. Tam bu nöqtədə ağla belə bir sual gəlir: Görəsən yer üzündə vəziyyət belə ikən, dünyadan çox daha böyük ulduzların, planetlərin və sistemlərin öz şərtlərinə uyğun canlı və şüurlu sakinləri vardırmı? Bu suala bir həmlədə veriləcək “xeyr” cavabı əlbəttə ki […]
Mələklərin mahiyyəti Mələk sözü lüğətdə ‘xəbərçi, elçi, güc və qüvvət’ kimi mənalara gəlir. İslam terminologiyasında isə, ‘Allah tərəfindən yaradılmış, cinsiyyətləri olmayan və Allaha itaətdən ayrılmayan lətif və nurani bir varlıq’ olaraq təsvir edilir.
İlahi əzəmət və sirlərə daha yaxından şahid olmaları yönü ilə mələklər Cənabi-Haqqın Zati-Üluhiyyətinə aid xüsusiyyətləri idrak etmə mövzusunda insanlardan daha irəlidədirlər. Bir başqa ifadə ilə mələklər, Allahın vəsf və adlarını bilmə nöqtəsində insanların önündədirlər.
Onunla bağlı məlumatlar təkcə Ondan əvvəl gələn peyğəmbərlərin dilində dolaşmır, onların arxasınca gedən arif adamların da muştərək mövzusunu təşkil edirdi. İşığını peyğəmbərlərin qoyduğu mirasdan alan bu insanlar da hər fürsətdə sözu Onun üstünə gətirir və toplumdakı missiyaları nisbətində gələcək günlərlə bağlı insanları
Ramazan ayında oruc tutan hər bir müsəlman bilir ki, yemək, içmək və cinsi münasibət orucu pozur. Oruc ibadəti yemək-içməkdən və cinsi əlaqədən uzaq durmaqla yanaşı, sözün əsl mənasında, bütün orqanların iştirakı ilə reallaşır. “Mədə yeyib-içməkdən qorunduğu kimi, dil də yalandan, pis sözdən, boş söhbətlərdən uzaq olmalıdır. Göz harama, yanlış yerlərə baxmamalı, kiminsə
Allah ləfzi ilə bağlı İslam alimləri -Onun özünü qullarına tanıtmış olduğu bəyanları əsas götürərək- belə demişdirlər: Allah varlığı özündən (Vacibul-vücud) olan və bütün həmd və təriflərə layiq olan ən uca varlığın adıdır. Bu tərifdəki ‘varlığı özündən olan’ ifadəsi Allahın yoxluğunun düşünülə bilməyəcəyini, var olmaq üçün başqa bir varlığın dəstəyinə möhtac olmadığını, bu səbəbdən Onun kainatın yaradıcısı […]