Mövzuya bir hekayəni nümunə verməklə başlayaq. Bir padşahın iki xidmətçisi varmış. Padşah onların birinə xərcləmək üçün bir qızıl verir. Xidmətçi də həmin qızılla ən yaxşı qumaşdan bir neçə arşın alıb özünə gözəl bir paltar tikdirir. Padşah onun bu hərəkətini çox bəyənir. Sonra ikinci xidmətçisini hüzuruna çağırtdırır. Ona isə min qızıl və bir də siyahı verir
Rəbbimizi bizə tanıdan, Onun varlığını və birliyini, daha yığcam və düzgün (dəqiq) ifadə ilə desək, tövhidi göstərən o qədər dəlil var ki, dənizlər mürəkkəb, ağaclar qələm olsa, yenə də yazmaqla bitirə bilmərik. Burada Allahın izni və inayəti ilə sadəcə bir neçə tövhid dəlilini yazı çərçivəsində təqdim etməyə çalışacağıq. Kainatda hüceyrədən insana, atomdan ulduzlara, aya, günəşə və […]
Vəhy kəlmə olaraq, “eyham etmək, pıçıldamaq, işarə etmək, ilham və təlqin etmək, ardıcıl və gizli bir şəkildə bildirmək”, kimi mənalara gəlir. Bir termin olaraq isə, vəhy “Uca Allahın bildirmək istədiyi hidayət və buyruqlarını elçi olaraq seçdiyi qullarına birbaşa və ya bir mələk vasitəsi ilə ənənəvi olmayan gizli bir yolla bildirməsidir.”
Qışda ölü kimi olan yer üzünün yazda yenidən dirildilməsi, Quranda öldükdən sonra dirilişin imkan daxilində və müşahidə edilə bilən bir hadisə olduğunu göstərmək məqsədi ilə verilən ən təsirli misaldır. Allahın yer üzündə hakim etdiyi bir qanunla hər şey təkrar təkrar yenilənir
Kəlmə olaraq axirət Axirət ləfzi, ” أخر / ə-x-r” kökündən fail babında olan ” آخِرٌ / axir” sözünün müənnəsidir(qadın cinsi). “Əvvəlin əksi olan bir sifət olan bu kəlmə “son, sonra gələn” mənasını verir və cəm halı ” أَوَاخِرُ / əvəxir”dir. Axirətə, axirət deyilməsinin səbəbini izah etmə
Qeyri-maddi və metafizik varlıqlardan biri də cinlərdir. Kəlmə olaraq “örtülü və qapalı” mənalarına gəlir. Termin mənası isə belədir: Cinlər müxtəlif şəkillərə girə bilən və qəribə (insanlar baxımından fövqəladə olan) işlər görə bilən, oddan yaradılmış lətif məxluqlardır.
Kainatda çox kiçik bir yer tutan planetimizdə minlərlə növ canlı və onlara xas həyata tərzləri mövcuddur. Tam bu nöqtədə ağla belə bir sual gəlir: Görəsən yer üzündə vəziyyət belə ikən, dünyadan çox daha böyük ulduzların, planetlərin və sistemlərin öz şərtlərinə uyğun canlı və şüurlu sakinləri vardırmı? Bu suala bir həmlədə veriləcək “xeyr” cavabı əlbəttə ki […]
Mələklərin mahiyyəti Mələk sözü lüğətdə ‘xəbərçi, elçi, güc və qüvvət’ kimi mənalara gəlir. İslam terminologiyasında isə, ‘Allah tərəfindən yaradılmış, cinsiyyətləri olmayan və Allaha itaətdən ayrılmayan lətif və nurani bir varlıq’ olaraq təsvir edilir.
İlahi əzəmət və sirlərə daha yaxından şahid olmaları yönü ilə mələklər Cənabi-Haqqın Zati-Üluhiyyətinə aid xüsusiyyətləri idrak etmə mövzusunda insanlardan daha irəlidədirlər. Bir başqa ifadə ilə mələklər, Allahın vəsf və adlarını bilmə nöqtəsində insanların önündədirlər.
Onunla bağlı məlumatlar təkcə Ondan əvvəl gələn peyğəmbərlərin dilində dolaşmır, onların arxasınca gedən arif adamların da muştərək mövzusunu təşkil edirdi. İşığını peyğəmbərlərin qoyduğu mirasdan alan bu insanlar da hər fürsətdə sözu Onun üstünə gətirir və toplumdakı missiyaları nisbətində gələcək günlərlə bağlı insanları
Ramazan ayında oruc tutan hər bir müsəlman bilir ki, yemək, içmək və cinsi münasibət orucu pozur. Oruc ibadəti yemək-içməkdən və cinsi əlaqədən uzaq durmaqla yanaşı, sözün əsl mənasında, bütün orqanların iştirakı ilə reallaşır. “Mədə yeyib-içməkdən qorunduğu kimi, dil də yalandan, pis sözdən, boş söhbətlərdən uzaq olmalıdır. Göz harama, yanlış yerlərə baxmamalı, kiminsə
Allah ləfzi ilə bağlı İslam alimləri -Onun özünü qullarına tanıtmış olduğu bəyanları əsas götürərək- belə demişdirlər: Allah varlığı özündən (Vacibul-vücud) olan və bütün həmd və təriflərə layiq olan ən uca varlığın adıdır. Bu tərifdəki ‘varlığı özündən olan’ ifadəsi Allahın yoxluğunun düşünülə bilməyəcəyini, var olmaq üçün başqa bir varlığın dəstəyinə möhtac olmadığını, bu səbəbdən Onun kainatın yaradıcısı […]
Dua ruhun qidasıdır və ruh bu qidanı fasiləsiz almalıdır. Dua Allaha qulluğun başqa bir adıdır. Dua səbəb və vasitələrin fövqündə həm Allahın qüdrətinə etimad və güvən, həm də bir insan kimi acizliyi, zəifliyi elan etmək deməkdir.
Dua ərəb mənşəli söz olub “səslənmək”, “çağırmaq”, “köməyə çağırmaq”, “kömək istəmək”, “Allaha yalvarmaq”, “Ondan diləmək”, “Ona yalvarıb-yaxarmaq”[1]deməkdir. “Dua”nın lüğəvi mənası kiçikdən böyüyə, aşağıdan yuxarıya, acizdən güclüyə doğru yüksələn istək və niyazdır. Yəni dua Allahla qul arasında–kiçikdən böyüyə, aşağıdan yuxarıya doğru gedən dilək və niyazdır.
Dua mominlər üçün bir ibadətidir. Allahı Rəbb bilib Onun qarşısında səcdəyə gedənlər ehtiyaclarını Ona acır və On dan komək diləyirlər. Hər “Fatihə” surəsini oxuyanda:“Yalnız Sənə ibadət edir, yalnız Səndən komək diləyirik,” deyirlər.İbadətə əhəmiyyət verməyənlər duaya da əhəmiyyət verməzlər. Belələri təkəbburlu insanlardır. Ancaq təkəbburlu insanlar, yəni ozlərini ustun gorənlər
“Hansınızın əməlcə daha gözəl olduğunu sınamaq (bəlli etmək) üçün ölümü və həyatı yaradan Odur. O, yenilməz qüvvət sahibidir, (çox) bağışlayandır”. (“Mülk” surəsi, 67/2)
Deyirlər: “Həqiqətlər təfərrüatlarda gizlənir”. Bu fikirlə razılaş-mamaq olmur, amma bu da həqiqəti öyrənməyin yeganə yolu deyil.Məqsədim “təfərrüat” sözü ətrafında nəsə yazmaq deyil. Çalışı-ram ki, ailədaxili münasibətlərdə xırdaçılığın törətdiyi fəsadlarla bağ-lı xüsuslara toxunum.Elə insanlar var ki, qarşılıqlı münasibətlərdə təfərrüatlara həd-din dən artıq dəyər verilməsini xoşlamır.
Uzun müddətdir bir qohumumun uşağı olmur. Özü də bu məsələdə çox sıxılır. Qohum əqrabası tərəfindən yoldaşını boşaması və yaxud ikinci bir evlilik etməsi söylənir. Siz nə tövsiyə edərsiniz? Cavab:Uşaq sahibi olmaq, evliliyin qayələrindən biridir və bu Allahın əlindədir. Quran buyurur:”Göylərin və yerin mülkiyyəti Allahındır. İstədiyini yaradır. İstədiyinə qız, istədiyinə də oğlan bəxş edər. Bəzisinə də […]
Necə həvəslə almışdı əlindəki kitabı. Məktəbdə müəllimi, məhəllədə dostları tövsiyə etmişdi. Üstəlik hər gün evinə gələn qəzetdə də kitabın reklamını görmüşdü.