İsraf lüzumsuz istehlak və necə gəldi xərcləməkdir. Dəyərsiz bir məqsəd üçün artıq mal xərcləmək, xərcləmədə həddi aşmaq, lazımlı yerdə lazım olandan artıq xərcləmək də israf sayılır.
“Tədili-ərkan” namazın bütün rüknlərini düzgün, tam yerinə yetirmək deməkdir. Yəni namazda rüku, rükudan sonra qiyam (ayaq üstə dayanma), səcdə və iki səcdə arası oturuşu layiqincə, tam şəkildə və yerli-yerində etməyə tədili-ərkan deyilir. Bu sözün əvəzinə “etidal” və “itminan” sözləri də işlədilir.
Vəfat edib bu dünyadan köçəndən sonra fərqli bir aləmdə gözlərimizi açacağıq. Axirət həyatına gedən yolda bir-neçə mərhələdən keçirik.
İki ya da daha çox insanın öz aralarında pıçıldaşması, başqalarının eşidə bilməyəcəyi şəkildə yavaş səslə danışması və bir-birinə bəzi sirləri açmasına nəcva deyilir. Qurani-Kərimdə bir neçə nəfərin toplanaraq bəzi məsələləri gizlin və xüsusi görüşmələrlə həll etməsi nəcva adlandırılır.
Allahın rizasını qazanmaq məqsədilə əvvəlcədən müəyyən edilib mütəmadi işlənən əmələ (ibadətə), və ya edilən zikrə vird deyilir.
İnsanın yaradılması, ona həyat və ruzi lütf edilməsi, hər şeyin onun xidmətinə verilməsi və ən şərəfli varlıq məqamına yüksəldilməsi Haqqı tanımaq və yalnız Ona bəndə olmaq üçündür.
Dua imandır, dua fəaliyyətdir, dua cəhd və səydir, dua oyanış və dirçəlişdir. Allahı və Onun hakimiyyətini tanımaq və etiraf etməkdir.
Allah Rəsulu (s.ə.s.) namazı qurtarıb salam verəndən sonra üç dəfə “əstəğfirullah” deyə tövbə edər və bu duanı oxuyardı
Yuxu beyin fəaliyyət normasının minimal səviyyəyə enməsi və ətraf mühitlə olan reaksiyaların azalması ilə müşayiət olunan təbii-fizioloji prosesdir. Bütün canlı varlıqlar öz güclərini bərpa etmək və həyat fəaliyyətini davam etdirmək üçün istirahətə ehtiyac duyurlar.
Ey elm öyrənməyə qərarlı insan! Əgər elm öyrənməkdə məqsədin lovğalanmaq, insanların rəğbətini qazanmaq və dünya malı toplamaqdırsa, vay sənin halına.
Uşaq illərimdə dar məkanlardan sıxılır və qorxduğum üçün belə yerlərdə qalmaqdan uzaq dururdum. Yaşlandıqca bunun bir psixoloji xəstəlik olduğunu anlamışdım, ancaq bu rahatsızlıqdan da qurtula bilmirdim. Darısqal, qaranlıq, tənha yerdə qalmaq məndə fobiya halına gəlmişdi. Deyəcəksiniz heç kişilər də qorxarmı? Mən qorxuram, nə qədər ört-basdır etməyə çalışsam da bu qorxu hissini basdıra bilmirəm. Bunu çox […]
Tapılan əşyanı nə etməli? Tapılan əşya ilə əlaqəli hökümlər
Təqva Allahın əmrlərinə itaət, qadağalarına riayət etməklə Onun əzabından qorunmağa çalışmaqdır.
“Zöhd” sözü lüğətdə dünyəvi həzləri tərk edib, bədənin arzularına qarşı çıxmaq mənalarına gəlir. Təsəvvufçülərə görə, zöhd dünya ləzzətlərinə meyl etməmək, təqvanı əsas tutmaq, dünyanın nəfsə xoş gələn cəhətlərinə qarşı gözütox olmaq və az şeylə kifayətlənmək deməkdir.
“Əraf” surəsinin 179-cu ayəsinin hikməti nədir? Əgər insanların çoxu cəhənnəmə gedəcəksə və Allah Təala da bunu əvvəlcədən bilirdisə, o zaman bu qədər insanı Cəhənnəmə gedib əziyyət çəkməsi üçünmü yaratdı?
Rəsulullahı (sallahu aleyhi va salləm) yuxuda görmək möminin görəcəyi ən sadiq röyaların birincisidir. Çünki, Onun (sallahu aleyhi va salləm) müsafiri olduğu yuxular (bəzilərinin izaha ehtiyacı olsa da) doğrudur. Rəsulullah (sallahu aleyhi va salləm) bir hədisində bu haqda belə buyurmuşdur: “Yuxusunda məni görən həqiqətən məni görmüşdür. Çünki, şeytan mənim surətimə girə bilməz.”
“Bu günün işini sabaha qoyma.” (Atalar sözü) Bir gün bir səyyah bir alimə rast gəldi. Alim bir ağacın altında oturmuş və qucağında bir torba tutmuşdu. Üstəlik, mənalı-mənalı düşünürdü. – Nə düşünürsünüz? – deyə səyyah soruşdu. – Elə indicə bir şey kəşf etdim, – deyə alim cavab verdi və torbasından çürük bir alma çıxartdı: – Bu […]
Rəcəb toxum əkmə, Şaban sulama, Ramazan isə məhsul toplama ayıdır.
İl ağac kimidir: Rəcəb ağacın yarpaqları, Şaban meyvələrin yetişməsi,
Ramazan isə yetişən meyvələrin dərilməsi mövsümüdür.
Dinimiz qətiyyətlə “başqasından mənə nə”, “mənə dəyməyən min il yaşasın”, “Mən tox olum, cümlə-cahan batsa da, batsın” kimi anlayışları qəbul etmir. Bir müsəlmanın özü üçün istədiyini din qardaşı üçün də istəməsi, hətta öz ehtiyacları ola-ola din qardaşının köməyinə tələsməsi kamil mömin olmağın əsas şərtidir. “Mən özümə cavabdehəm, başqaları məni maraqlandırmır, onlardan mənə nə?!” deyə bilmərik.
Səcdə nədir? Ərəb dilində “s-c-d” kökündən törəyən “səcdə” kəlməsi lüğətlərdə “itaət, təslimiyyət və təvazö ilə əyilmək, baş əymək, təzim etmək, alını yerə qoymaq” mənalarında işlədilir. Fiqh termini olaraq səcdə namazın hər rükətində müəyyən üzvləri (ayaqlar, dizlər, əllər, alın və burun) yerə və ya yerə bitişik səthə qoyaraq iki dəfə yerə qapanmaq deməkdir. Məscid sözü də […]