Allah Rəsulunun ümmi olmasının hikməti nədir?

 İslamda oxuyub-yazmağa əhəmiyyət verildiyi halda, Allah Rəsulunun ümmi olmasının hikməti nədir? Bəli, Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) ümmidir. Ümmi yazı yazmağı bilməyən və ya yazmağı öyrənməyib yaşadığı cəmiyyət kimi qalan şəxsə deyilir. Uca Allah  bir sıra hikmətinə bi­naən oxuma-yazma bacarmayan və kitab oxumamış insanı peyğəmbər göndərmişdir. Qurani-Kərimdə Rəsulullahın daha əvvəl oxuma-yazma bilmədiyi açıq bəyan edilir: […]

2. 406 dəfə oxunub 0 şərh yazılıb
Peyğəmbərimizin aləmlərə rəhmət olmasını necə anlamalıyıq?

Hər bir peyğəmbər öz-özlüyündə Allahın insanlara bir lütfü və mərhəmətidir. Ancaq son peyğəmbər olmasına, nübüvvətinin cinlər də daxil olmaqla hər kəsi əhatə etməsinə və hər kəsin onun peyğəmbərliyindən faydalanmasına görə “aləmlərə rəhmət olaraq göndərilən” vəsfi ilə anılmışdır. “Səni də (Ya Rəsulum!) aləmlərə (bütün insanlara və cinlərə) ancaq bir rəhmət olaraq göndərdik”. (“Ənbiya” surəsi, 21/107)  “Rəhmət” möhtacların […]

7. 049 dəfə oxunub 0 şərh yazılıb
Rəsulullahın (s.ə.s.) ata-anası mömin sayılır?

Peyğəmbərimizin ana-atası Fətrət dövründə yaşamışdır. Fətrət dövrü iki peyğəmbər  arasında keçən dövr deməkdir. Bu terminlə daha çox Allah Rəsulu ilə Hz. İsa (əleyhissalam) arasında keçən zaman nəzərdə tutulur. O dövr ki, Hz. İsaya(a.s.) gələn dinin əsasları unudulmuş, ondan yayılan nurlar Peyğəmbərimizə (sallallahu əleyhi və səlləm) qədər gəlib çatmamış, insanlar zülmət qaranlıqla­ra qərq olmuşdu. O dövr […]

1. 879 dəfə oxunub 0 şərh yazılıb
Peyğəmbərimizin (s.ə.s.) adı necə qoyulmuşdur?

Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm) dünyaya gəlişindən əvvəl Onun adları və vəsfləri məlum idi. Hər gələn peyğəmbər öz ümmətinə Ondan bəhs edirdi. Hətta Həzrəti İsa Onu Əhməd adı ilə çoxdan müjdələmişdi. Rəvayətlər kitab əhlindən bəzi insan­la­rın bu müjdəyə görə uşaqlarına “Əhməd” adını qoyduğunu deyir. Bəni-Təmim qəbiləsindən Sufyan ibn Mücaşi Şamda bir rahibin evində qonaq olmuşdu. […]

1. 160 dəfə oxunub 0 şərh yazılıb
Əbdülmüttəlib oğlunu niyə qurban kəsmək istəyirdi?

Əbdülmüttəlib doğma oğlu Abdullahı, yəni Peyğəmbərimizin atasını niyə qurban kəsmək istəyirdi? Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm) babası Əbdülmüttəlib: “On oğlum olsa və böyüyüb həddi-büluğa çatdıqlarını görsəm, birini Allah yolunda qurban edərəm”,– deyə əhd etmişdi. Bəlkə də, bu ənənə Hz. İbrahimdən (əleyhissalam) qalmış adətin təh­rif edilmiş şəkli idi. Belə ki, Hz. İbrahim də oğlu olarsa, qurban […]

1. 387 dəfə oxunub 0 şərh yazılıb
Peyğəmbərimiz dünyaya gələrkən hansı xariqüladə hadisələr baş vermişdir?

Zaman gülüstanında ruhlara sığal çəkən, cana can verən neçə-neçə baharlar gəlmiş, insanı möhtəşəmliyi ilə heyrətə salan­ sonsuz fəza zümrüd parçasını andıran yer üzünü gözoxşayan gözəlliklərlə süsləmişdir. Fəqət bu, elə bir gündür ki, zaman ona qovuşmaq üçün saysız-hesabsız illəri geridə qoyub gələcəyə tələsmişdir. Səmanın dərinliklərində göz qırpan səyyarələr bu günün həsrəti ilə gözlərini yer üzünə dikmişdi […]

1. 490 dəfə oxunub 0 şərh yazılıb
Peyğəmbərimiz (s.ə.s.) xanımları ilə necə rəftar edirdi?

Allah Rəsulu (sallallahu əleyhi və səlləm) hər məsələdə nümunə olduğu kimi, xanımları ilə rəftarında da ideal bir örnəkdir. Onun bir neçə xanımının olmasının, həmçinin onların mədəni və yaş fərqlərinin, bəlkə də, ən əsas hikmətlərindən biri də ümmətinə ailə mövzusunda nümunə olması və xanımlarına necə davranacağını təfərrüatı ilə göstərməsidir. 1. Xanımları ilə məşvərət edərdi. Allah Rəsulu […]

1. 725 dəfə oxunub 0 şərh yazılıb
Peyğəmbərimizin (s.ə.s.) qoruyucu həkimlik baxımından hansı tövsiyələri var?

Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) Allah qatında sağlam, cismən və mənən güclü və qüvvətli möminin zəif möminə nisbətən daha sevimli olduğunu bildirərək diqqətləri xəstələnməməyə və can əmanətinə yaxşı baxmağa yönəltmişdir. Bu səbəbdən maddi-mənəvi xəstəliklərin səbəblərini üzə çıxarmış və insanları ilk növbədə bunlardan uzaq olmağa təşviq etmişdir ki, bu da müasir dövrdə qoruyucu həkimlik baxımından olduqca […]

1. 110 dəfə oxunub 0 şərh yazılıb
Allah Rəsulu ətraf mühitin qorunması ilə bağlı nə tövsiyə etmişdir?

Allah Rəsulu (sallallahu əleyhi və səlləm) ətraf mühitə olduqca diq­qətli davranmış, canlı-cansız hər şeydən düzgün istifadəni əmr və ifrata varmağı qadağan etmişdi. Bu da təbii idi, çünki Ona vəhy edilən İlahi bəyan yer və göyün Allahı zikr və təsbih edən varlıqlar olduğunu vurğulamış, dağların, ağacların, heyvanların, quşların da öz dilləri ilə təsbih Yaradanı zikr etdiyini xatırlatmışdır. […]

1. 531 dəfə oxunub 0 şərh yazılıb
tesvir secilmeyib
Rəsulullahın iş və işçi hüquqları ilə bağlı nə kimi tövsiyələri vardır?

İslamda Uca Yaradana aid vəzifələrini yerinə yetirən bir insanın işləməsi ibadət qəbul edilmişdir. Dolayısilə, işçinin əməyi müqəddəsdir, dəyərlidir. Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm): “Heç kim öz əlinin əməyindən daha təmiz qazanc əldə edə bilməz”,

2. 385 dəfə oxunub 0 şərh yazılıb
Peyğəmbərimizin döyüş strategiyası necə idi?

Hz. Məhəmmədin (s.a.s.) Allahın rəsulu olduğunun bir dəlili də onun ordu komandanlığıdır. Ərəblər o tarixə qədər qarşılıqlı meydan muharibəsi etməmişlərdi. Bədir, Uhud və.s. onların ilk meydan müharibələriydi. Düşünün ki, heç bu işlərdən xəbəri olmayan birisi ərəb tarixidə ilk dəfə olaraq bir sərkərdə kimi orduyu idarə edir

1. 501 dəfə oxunub 0 şərh yazılıb
Peyğəmbərimizin (s.ə.s.) qısa vaxtda uğur qazanmasının səbəbləri nədir?

Cavab: Allah Rəsulunun (sallallahu əleyhi və səlləm) qısa vaxtda müvəffəq olmasının səbəblərini belə xülasə edə bilərik: O olduqca sürətli və düzgün qərar verirdi. Heç bir qərarı uğur­suzluqla nəticələnməmişdi.

1. 340 dəfə oxunub 0 şərh yazılıb
Peyğəmbərimiz (s.a.s.) Allahı(c.c.) görmüşdür?

İnsanların dünya həyatında Allah-Təalanı görməsi mümkün deyil.Qurani-Kərimin bəyanlarına görə bu dünyada gözlər Onu görə bilməz. “Gözlər Onu görə bilməz

1. 040 dəfə oxunub 0 şərh yazılıb
Peyğəmbərimiz (s.ə.s.) son günlərini necə keçirmişdir?

Bu dünyada hər başlanğıcın bir sonu var. Aləmlərə Rəhmət olaraq göndərilən Hz. Məhəmməd Mustafa da (sallallahu əleyhi və səlləm) bir insan olduğundan vaxt-vədə yetişəndə O da dünyadan köçəcəkdi. Vəzifəsini bitirmiş, əmanətini layiqincə başa çatdırmış və Rəbbinə yönəlmişdi.

1. 247 dəfə oxunub 0 şərh yazılıb
Rəsulullah (s.a.s.) vəfat etdende dəfn işləri necə görülmüşdür?

Cavab:Peğəmbərimizin dəfn hadisəsini bir neçə başlıq altında ələ alaq:   Rəsulullahın nəşini kimlər və necə yumuşdular? Allah Rəsulu (sallallahu əleyhi və səlləm) vəfat edəndə Onu yumaq üçün otağında, ailəsindən başqa əmisi Abbas, Əli ibn Əbu Talib, əmisi oğlu Fadl ibn Abbas, Üsamə ibn Zeyd, Quşəm və azad köləsi Saleh var idi.

2. 126 dəfə oxunub 0 şərh yazılıb
Peyğəmbərimiz (s.ə.s.) zarafat etmişdirmi?

Peyğəmbərimiz hər cəhətdən ən gözəl əxlaqa sahib idi. O, yerindən, vaxtından və həmsöhbətindən asılı olaraq ən gözəl davranışı ortaya qoyurdu. Məsələn: birbaşa peyğəmbərliyə aid olan məsələlərdə olduqca həssas, ciddi və təmkinli hərəkət edirdi. Eyni zamanda iman və ibadət xüsuslarında

1. 661 dəfə oxunub 0 şərh yazılıb
tesvir secilmeyib
Peyğəmbərlərin göndəriliş qayəsi nədir?

Hər şeydə bir məqsəd olduğu kimi, Allahın seçilmiş qulları pey­ğəmbərlərin göndərilməsində qayə və hikmətlər vardır. Birincisi, bir olan Allaha ibadət etməkdir ki, insanlar buna inan­maqla mükəlləfdir. İnsanın dünyaya göndərilməsində əsl qayə Yaradanı tanıyıb Ona layiqincə qulluq etməkdir. Bu məqam ayədə “Mən cinləri və insanları ancaq mənə qulluq etsinlər deyə yaratdım”

2. 201 dəfə oxunub 0 şərh yazılıb