Könüllərə təsir edən iksir

Allahın mərhəməti sayəsində onlarla yumşaq rəftar etdin. Əgər kobud və daş ürəkli olsaydın, əlbəttə, onlar sənin ətrafından dağılıb gedərdilər.

1. 529 dəfə oxunub 0 şərh yazılıb
tesvir secilmeyib
O (s.ə.s) əsl lider idi

Müxtəlif şəxsiyyətlərin adını, onların xarakterik xüsusiyyətlərini bir kompüterə yükləmiş, sonra da namizədlər arasından birincini seçməyi kompüterə həvalə etmişlər. Uzun araşdırmalardan və sınaqları təkrar-təkrar gözdən keçirəndən sonra kompüter ekranları bir şəxsin birinciliyini göstərmişdi, o da insanlığın iftixarı Hz. Məhəmməd (s.ə.s) idi.

8. 364 dəfə oxunub 0 şərh yazılıb
tesvir secilmeyib
Rəsulullahın (s.ə.s) əshabını tərbiyə etməsi

Peyğəmbərimizin (s.ə.s) ortaya qoyduğu təlim-tərbiyə prinsipləri Qurani-Kərim və Sünnədə təfsilatı ilə əksini tapmışdır. Onun təkcə Qurani-Kərimi insanlara təbliğ etməsi və mənimsətməsi belə öz-özlüyündə bir möcüzədir. Allah Rəsulu o tərbiyə sistemindəki icraatları ilə onları bütün pis xislətlərdən arındırdı və yeni bir insana çevirdi.

3. 291 dəfə oxunub 0 şərh yazılıb
tesvir secilmeyib
Rəsulullahın (s.ə.s) tərbiyə metodu

Allah Rəsulu ağıla dəyər verən, ağılı hərəkətə gətirən və insanı vəhy meyarlı ağılla ən son nöqtəyə çatdıran.. sonra ruha üz tutan və ruhun tərbiyəsi ilə məşğul olanları çox-çox geridə qoyaraq onu (ruhu) ali fikir və dərin biliklərə yönəldən, daha sonra qəlbin qapısını döyən, onu həsrəti ilə alışıb-yandığı aləmlərdə, o aləmlərin Cənnət kimi yamyaşıl yamaclarında gəzdirən.

2. 721 dəfə oxunub 0 şərh yazılıb
Peyğəmbərimiz və dua

Dua Allahla (c.c.) qul arasında qüvvətli bir teldir. Başqa sözlə, qulun düşüncəsinin Rəbbə təqdim edilmə şəklidir dua. Qul gücü çatmayan hər şeyini mütləq qüdrət sahibi Allahdan istəyir. Elə dua da bu istəyin adıdır. O, ta ərşə qədər quldan uzanan, Rəbbə ucalan şirin bir nəğmədir.

7. 909 dəfə oxunub 0 şərh yazılıb
tesvir secilmeyib
Rəsulullahın ibadət və qulluğu necə idi?

Rəsulullahın (s.ə.s) ibadətləri tamamilə başqa idi! O, namazda Allaha qulluğu elə dərindən təmsil edirdi ki, demək olar, ürpərib ağlamadığı namaz yox idi. Namaz Onun gözünün nuru idi. Birimiz ən çox sevdiyimiz insanın gəldiyini eşidəndə necə sevinir və həyəcanlanırıqsa, Allah Rəsulu da namaza duranda bundan bəlkə də yüz qat artıq sevinc hissi keçirirdi.

2. 589 dəfə oxunub 0 şərh yazılıb
tesvir secilmeyib
Peyğəmbərimizin zöhd və təqvası

Allah Rəsulu zahidlərin ən zahidi idi. Onun vərası, yəni bəsit mənasıyla, şübhəli şeylərdən qaçınma hissi – o səviyyədə olmaq şərtilə – ikinci bir insanda yox idi. Onun bütün davranış və hərəkətləri bu müstəvidə nizamlanmışdı. Allahdan elə qorxurdu ki, az qalırdı ürəyi dayansın. O qədər həssas idi ki, çox vaxt gözlərində yaş və qəlbində ürpərti olardı. O coşarkən bir dənizi, dayanarkən də ümmanı xatırladırdı.

3. 745 dəfə oxunub 0 şərh yazılıb
tesvir secilmeyib
İsməti

Bütün peyğəmbərlər günahsızdır. Onların həyatında qəsdən yanılmaq və yoldan sapmaqdan söhbət gedə bilməz. Onlar seçilmiş və qüdsi yaradılmış müstəsna insanlardır. Təkcə xeyirli insanlar deyil, xeyirlilər arasında da ən seçilmişlərdir. Və onlar ömürləri boyu bu seçilmişlik və qüdsiyyətə zərrə qədər kölgə salmamışlar.

3. 263 dəfə oxunub 0 şərh yazılıb
tesvir secilmeyib
Onun təvazökarlığı

Onun məhviyyət və təvazökarlığı da fətanətinin bir yönü kimi parlamaqdadır. Allahın dini vüsət tapdıqca, Rəsulunu qəbul edənlərin sayı artdıqca təvazökarlığı da dərinləşirdi. “Kim Allah qarşısında təvazökar olsa, Allah onu ucaldar”, – deyən və dediyini ən yaxşı şəkildə tətbiq və təmsil edən Həzrət Məhəmməddir (s.ə.s).

3. 244 dəfə oxunub 0 şərh yazılıb
tesvir secilmeyib
Mərhəmət və şəfqəti

Allah Rəsulunun fətanətinin bir yönünü də mərhəmət və şəfqət təşkil edir. Onun şəfqət və rəhmətində eyni zamanda möhtəşəm idrakın bir dərinliyi yatır. Bəli, Peyğəmbərimiz (s.a.s.), Allahın rəhman və rəhim isminin yer üzündə yeganə təmsilçisi olaraq, bu iki ilahi ismin təsirini bir iksir kimi istifadə etmiş və bütün könüllərdə taxt qurmuşdur.

6. 085 dəfə oxunub 0 şərh yazılıb
tesvir secilmeyib
Peyğəmbərimiz və söz

Allah Rəsulunun söz sənətinə hakim olması peyğəmbər fətanətinin bir yönünü təşkil edir. Bəli, O, söz sultanı idi. Allah Onu ilahi kəlama tərcüman olmaq üçün göndərmişdi yer üzünə! Bu günə qədər hər kəs səviyyəsinə görə xeyli gözəl söz söyləmişdir, amma Söz Sultanının (s.a.s.) sözlərində bir başqa dərinlik, bir başqa ləzzət, bir başqa şirinlik vardır.

6. 424 dəfə oxunub 0 şərh yazılıb
tesvir secilmeyib
Fətanəti

Fətanət ağılla ağılı geridə qoymaq, ötüb keçmək deməkdir. Ona peyğəmbər məntiqi də deyə bilərik. Bu məntiq hər məsələyə ruh, qəlb, hiss və qəlbə xas incə duyğuların (lətaifin) birgə iştirakı ilə baxmaq deməkdir. Fətanət quru ağıl və məntiq deyildir.

3. 289 dəfə oxunub 0 şərh yazılıb
tesvir secilmeyib
Rəsulullahın (s.ə.s) təbliğ üslubu

Allah Rəsulunun təbliğinin də fətanət yönü vardır. Amma fətanət quru məntiq deyildir. Bu məntiq zahirdən batinə, dünyadan axirətə uzanır. İnsanın məntiqi ilə yanaşı, hiss və duyğuları da vardır. Onun yalnız məntiqini nəzərə alıb danışanlar hissi bir çətinlik qarşısında aciz qalarlar. İnsanın sırf hiss tərəfini işlətməyi düşünənlər isə məntiqə məğlub olarlar.

3. 356 dəfə oxunub 0 şərh yazılıb
tesvir secilmeyib
Hökmdarlara göndərdiyi məktublar

Allah Rəsulu bir tərəfdən səhabələrini ətrafa göndərib İslamın təbliğini həyata keçirir, digər tərəfdən də hökmdar və məliklərə məktublar göndərərək onları haqq dinə dəvət edirdi.

3. 083 dəfə oxunub 0 şərh yazılıb
tesvir secilmeyib
Rəsulullahın (s.ə.s) təbliğ metodu

Təbliğ Onda fitri idi Təbliğdən doymamaq Əbu Talibi dəvət etməsi Vahşini dəvət etməsi İkriməni dəvət etməsi Təbliğ dərdi yuxularını qaçırırdı “Peyğəmbər yalnız vəzifəsini düşünür”, – dedik. Bəli, elə peyğəmbərlər gəlib getmişdir ki, ömrü boyu mübarizə aparsalar da, Allahın əmrlərini əzmlə təbliğ etsələr də, bircə nəfər də onlara iman gətirməmişdir.[1] Lakin onlar həmişə itminan, hüzur içində […]

4. 497 dəfə oxunub 0 şərh yazılıb
tesvir secilmeyib
Təbliğ

Peyğəmbərlərin xüsusiyyətlərindən biri də təbliğdir. Təbliğ hər peyğəmbərin yaradılış qayəsidir. Təbliğ olmasaydı, peyğəmbərlərin göndərilişi də mənasız və əbəs olardı. Allah insanlara lütf və kərəmini peyğəmbərlərlə canlandırmış və onların həyatı ilə rəhman və rəhimliyini təcəlli etdirmişdir. Bunun digər insanlarda əks etdirilməsi isə ancaq təbliğlə mümkündür.

3. 269 dəfə oxunub 0 şərh yazılıb
tesvir secilmeyib
Rəsulullahın (s.ə.s) əminliyi

Peyğəmbərlərə aid xüsusiyyətlərdən biri də əmanət, yəni əminlikdir, etibarlılıqdır. Bu mənşəcə ərəb olub “iman”la eyniköklü sözdür. “Mömin” inanan və əminlik təlqin edən insan deməkdir. Peyğəmbərlər möminliyin zirvəsində olduqları kimi, əmin, etibarlı olmaqda, əminlik təlqin etməkdə də onların tayı-bərabəri yoxdur.

3. 712 dəfə oxunub 0 şərh yazılıb
tesvir secilmeyib
Müxtəlif elm sahələrinə dair qeybi xəbərlər

Bu hissədə Allah Rəsulunun müxtəlif elm sahələrinə aid məsələlər haqda dediyi sözlərin yenə Onun doğruluğuna şahidlik etməsindən qısaca danışmaq istəyirik.

4. 842 dəfə oxunub 0 şərh yazılıb
tesvir secilmeyib
Uzaq gələcəklə əlaqəli verdiyi qeybi xəbərlər

Peyğəmbərimiz (s.a.s.) bizim dövrümüzə çox yaxın hadisələrdən də xəbər vermişdir. Bunlardan biri: “Ümmətlər, millətlər insanların bir-birini süfrəyə dəvət etməsi kimi bir-birini sizin üzərinizə dəvət edəcək və üstünüzə tökülüşəcəklər”. Biri soruşdu: “Bizim azlığımıza görəmi?” Allah Rəsulu: “Xeyr, əksinə, siz o gün çox olacaqsınız. Lakin selin ora-bura sürüyüb apardığı çör-çöp kimi Allah düşmənlərinizin ürəyindən sizdən qorxu hissini götürəcək və sizin qəlbinizə də “vəhən” salacaq”, – dedi.

2. 829 dəfə oxunub 0 şərh yazılıb
tesvir secilmeyib
Yaxın gələcəklə əlaqəli verdiyi qeybi xəbərlər

Allah Rəsulunun dövründən daha uzaq, bizim dövrümüzə daha yaxın, hətta əsrimizə aid, həmçinin gələcək yüzilliklərdə gerçəkləşəməsi gözlənilən neçə-neçə misallar vardır.

2. 936 dəfə oxunub 0 şərh yazılıb