Allah Rəsulu səhabələri ilə birlikdə məsciddə oturmuşdu. Birdən: “Bir az sonra bura üzü, siması təmiz bir insan gələcək, bu qapıdan içəri girəcək. O, Yəmənin ən xeyirli insanlarındandır və alnında mələyin əlinin izi var”, – dedi. Bir müddət sonra Allah Rəsulunun dediyi nam-nişanda bir insan gəlib Onun hüzurunda diz çökdü və müsəlman olduğunu elan etdi. Bu tərtəmiz, pak, yaraşıqlı insan, bu ədəb timsalı Cərir b. Abdillah əl-Becəli idi.
Doğruluq peyğəmbərliyin mehvəridir. Peyğəmbərlik doğruluq cizgisində hərəkət edir. Peyğəmbərin ağzından çıxan hər şey təsdiq ədalıdır. Çünki onlar həqiqətə zidd heç bir şey söyləməzlər.
Bir gün bir səhabə Allah Rəsuluna: “Ya Rəsulullah, bir az özünüzdən danışarsınız?” – deyə xahiş edir. Allah Rəsulu özündən bəhs edib belə buyurur: “Mən İbrahimin duası, Həzrət İsanın müjdəsiyəm”.
Rahib gələnlər arasında axtardığını tapa bilmir. Ona görə də karvanın başında kiminsə qalıb-qalmadığını soruşur. Rəsulullahın karvana baxdığını eşidincə Onu da çağırtdırır. Onu görər-görməz hökmünü verir. Əbu Talibdən Onun kim olduğunu soruşur. Bahira aldığı “Oğlum” cavabına inanmaq istəmir, çünki bilirdi ki, Onun atası O doğulmadan vəfat etmiş olmalıdır.
Onun uşaqlıq, gənclik və yetkinlik dövrləri peyğəmbərliyinin müqəddiməsi, mərhələləri və pillələri mahiyyətini daşıyırdı. Bunun nəticəsi olaraq da Onu tanıyan bir çox insanlar peyğəmbərlik gələr-gəlməz dərhal inanıb müsəlman olmuşdular.
Onun uşaqlıq, gənclik və yetkinlik dövrləri peyğəmbərliyinin müqəddiməsi, mərhələləri və pillələri mahiyyətini daşıyırdı. Bunun nəticəsi olaraq da Onu tanıyan bir çox insanlar peyğəmbərlik gələr-gəlməz dərhal inanıb müsəlman olmuşdular.
Tövhid əqidəsi hansı dövrdə sarsılmışsa, o dövr qaranlığa qərq olmuş sayılır. Çünki göylərin və yerin nuru olan Allah inancının bütün qəlblərdə hakim olmaması ruh və vicdanları qapqara hala gətirir. Belə bir qəlb və vicdan əşya və hadisələri miyop və bulanıq gördüyü üçün qapqaranlıq bir dünyada həmişə yarasa kimi yaşayır.
Bütün bəşəriyyətin canı boğazında və hər kəsin ümidi son xilaskarın gəlişinə… Ana-atalar bu xilaskarın öz nəsillərindən olmasını istəyir və bir çoxu yeni dünyaya gələn övladına “Məhəmməd” adını qoyur.