Allah-Təala Meracda Rəsuluna (s.ə.s) bəzi günahlara Cəhənnəmdə verilən cəzaları göstərmişdir. Bu haqda Peyğəmbərimiz (s.ə.s) buyurur:
Qurani-Kərimdə bu hadisə təsvir edilərkən işlənən sözlər Rəsulullahın bu səfərə ruhən və cismən getdiyini göstərir. “Qulunu bir gecə Məscidül-Haramdan Məscidül-Əqsaya qədər…” ifadəsindəki “əbd” (qul) sözü ruh və bədəni ehtiva edir. “Əbd” sözü Quranın digər ayələrində də bu mənada işlənir.
“İsra” sözü lüğəvi mənasına görə, “gecə vaxtı edilən səfər” deməkdir. Allah-Təalanın qulu Məhəmmədi (s.ə.s) gecənin bir vaxtı Məkkədə Məscidül-Haramdan Qüdsdəki Məscidül-Əqsaya aparması və təkrar eyni yerə gətirməsidir.
Müsəlmanlar üçün Allah Rəsulu təkcə bir elçi və vəhyi çatdıran deyil, əksinə, həm İslam dini və həyat tərzinin canlı timsalı, həm də hər dövrdə tərəddüdsüz sədaqət və itaət tələb olunan hakim və rəhbərdir.
Sual: “Peyğəmbərimiz (s.ə.s) qılıncında qan olmayıb” deyirlər. Bu fikir nə dərəcədə doğrudur? Peyğəmbərimiz (s.ə.s) iştirak etdiyi müharibələrdə kimi isə öldürmüşdürmü? Allah Rəsulunun (s.ə.s) qılıncında qan olmamışdır fikri doğrudur. Həqiqətən şəfqət abidəsi olan Hz. Muhamməd (s.ə.s) heç kimsəni öldürməmişdir. Sadəcə yaraladığı bir düşməni var. O da yaraladığı yerdə ölməmişdir. Daha sonra qan axmadan ölmüşdür. Hadisə aşağıdakı […]
Allah Rəsulu (s.ə.s) sübh namazını qıldıqdan sonra namazgahın üstündə diz üstə oturar, günəş doğana qədər gözləyərdi. Bu vaxt səhabələr Onun ətrafında oturaraq nəsihətlərini dinləyərdi.
Sual: Bizim salavat gətirməyimizlə Cənabi-Allah Peyğəmbərimizə rəhmətini və salamını endirirmi? Onsuz da Cənabi-Allah Ona rəhmətini lütf edir. Bizim salavat gətirməyimizin hikməti nədir?
Rəsulullah (s.ə.s) peyğəmbərliyindən əvvəl özünə vəhy olunacağı haqqında heç nə bilmirdi. Ona (s.ə.s) özünün xəbəri olmadan vəhy gəlmişdir.
Sual: Əbəsə surəsində Rəsulullaha (s.ə.s) edilən xəbərdarlığı necə başa düşməliyik?
Allah Rəsulu, yeddi ay Əyyub Sultan (r.a.) evində qonaq qaldıqdan sonra özü üçün tikilən bu otaqlara yerləşdi. Otaqlardan dördü kərpicdən, beşi daşdan inşa edilmişdi. Bəzi otaqların divarı torpağa basdırılmış xurma kötüklərinin arasına incə xurma budaqlarının həsir kimi örülmüş və üzəri palçıqla suvanmışdı. Otaqların tavanları da son dərəcə sadə olub, xurma ağacı və budaqlarıyla örtülmüş, üzərinə də qıldan hazırlanmış keçə sərilmişdi. Tavanın yüksəkliyi də əl çatacaq qədər alçaq idi. Qapı əvəzinə də yun pərdə istifadə edilirdi.
Peyğəmbərimizin (s.ə.s) yuxunu peyğəmbərliyin qırx altı parçasından biri kimi dəyərləndirmişdir. Hətta peyğəmbərliyin ilk vaxtlarında gördüyü yuxular gün kimi çin çıxmışdı.
Peyğəmbərimizə (s.ə.s) görə bir insanın ən təmiz qazancı öz əlinin zəhməti ilə əldə etdiyi qazancdır. Həm daha əvvəlki peyğəmbərlər, həm də Allah Rəsulu (s.ə.s) müxtəlif sənətlərlə məşğul olmuş, eyni zamanda bu sahələrdə insanlara rəhbərlik etmişdir.
Rəhmət Peyğəmbərinin evi ən sadə adamın evindən fərqlənmirdi. Çox şey yox idi. Əgər istəsəydi, şahlar kimi yaşaya bilərdi. Heç kim də buna bir söz deməz, deyə bilməzdi. Ancaq O (s.ə.s), başqa aləm üçün yaşamışdı.
Münafiq sözü “ən-nəfəqu” sözündən törəyib “köstəbək dəliyi” mənasına gəlir. Köstəbək öz yuvasına bir tərəfdən girib o biri tərəfdən çıxdığı kimi, münafiq də İslama bir tərəfdən girib o biri tərəfdən çıxır. Yəni küfrünü gizləyib özünü inanan kimi göstərir.
Rəsulullahın (s.ə.s) maddi və mənəvi miraslarını qoruyub saxlamaq bir vəfa borcudur. Səhabələr Onun müqəddəs davasına könül verdikləri kimi Onun hər izini də müqəddəs əmanət olaraq dəyərləndirmiş və göz bəbəyi kimi qoruyublar. Saçını, mübarək saqqalının tüklərini, dırnaqlarını, ümumiyyətlə, Ona aid hər şeyi böyük bir ehtiramla qoruyub saxlamışlar.
Qeyd-şərtsiz itaət edilən yeganə Zat Aləmlərin Rəbbi olan Allahdır. Qurani-Kərimdə yer üzündə Allah-Təalanın elçisi olan peyğəmbərlərə də itaət əmr edilir. Xüsusilə də, Kainatın Fəxri (s.ə.s) Quranın bir çox ayəsində itaət edilməli mövqedə anılır.
Bildiyimiz kimi, Rəsulullah (s.ə.s) Məkkədə doğulmuş, uşaqlığını və gəncliyini burada keçirmişdi. Peyğəmbərlikdən əvvəl Rəsulullahla Məkkə müşrikləri arasında hər hansı xoşagəlməz hadisənin baş verməsinə dair məlumat yoxdur.
Bütün bəşəriyyətə peyğəmbər olaraq göndərilən Rəsulullahın əhli-kitabla münasibətlərini Quran ayələrindən izləyəndə ilk olaraq onların tövhid anlayışının yanlışlığının nəzərə çatdırıldığını görürük. Quran onların Tövhid inancının yanlışlığını bəyan etdikdən sonra, onları həqiqi Tövhid dininə dəvət etmiş və ortaq nöqtələri göstərmişdir.
Allah Rəsulunun danışığı son dərəcə şirin idi və könül oxşayırdı. Sözləri bir-bir tələffüz edir, dinləyənlər hər cümləsini yaxşı anlayırdılar. İnsanların səviyyəsinə uyğun danışır, çətin mövzuları təşbeh və misal çəkməklə asanlaşdırırdı.
“Məqami-Mahmud” uca məqamdır, orada Rəsulullahın şəfaəti ilə bütün insanlar dərhal hesaba çəkilib uzun müddət gözləməkdən xilas olacaq və əbədi rahatlığa qovuşacaqlar. “Məqami-Mahmud” məqami-şəfaət şəklində də tərif edilmişdir.