Dünya artıq dan yerinin sökülmə vaxtını göstərirdi. Demək olar ki, hər tərəfdən Onunla bağlı xəbərlər gəlirdi.
Bəli, yaşadığı dövr cəhalətin ən geniş yayıldığı dövr idi. Gözün gördüyü hər yerdə ruh dünyasını sıxan bir çox mənfiliklər vardı.
Aradan on il də ötmüşdü və Allah Rəsulu artıq otuz beş yaşında idi. Həmin vaxtlar Məkkədə əsas müzakirə mövzusu zaman-zaman aşınan Kəbənin yenidən təmir olunması məsələsi idi. Hətta bir oğru dağılan divarların arasından içəri girərək bəzi qiymətli əşyaları oğurlamışdı. Bu ərəfədə bir qadın ocaq qalamış, alovdan sıçrayan qığılcımla Kəbənin örtüyü alışıb yanmışdı. Bütün bunları nəzərə […]
Əbu Talib Hz. Məhəmmədin (s.ə.s.) razılığını alar-almaz Xədicənin yanına gedir. Hz. Xədicəyə qardaşı oğlunu şəxsən tanıtmaq lüzumunu hiss edirdi.
Abdulmuttalibin bu sözləri əmi Əbu Talib üçün bir ata vəsiyyəti idi. Buna görə də Əbu Talib qardaşı oğlu Məhəmmədi öz yanına apardı və Onu bir ata şəfqəti ilə bağrına basdı.
Hz. Əminənin vəfatı ilə Sultanlar Sultanının qalması hamı kimi Abdulmuttalibi də kədərləndirmişdi.
Allahın ən sevgili qulu balaca Məhəmməd bir müddət də anası Hz. Əminə ilə birlikdə qaldı. Hz. Əminə uşağa atasının yoxluğunu hiss etdirməməyə çalışırdı.
Yeni doğulmuş uşaqları daha sağlam böyütmək və qüsursuz dil öyrətmək üçün süd anasına vermək məkkəlilərin adətinə çevrilmişdi.
Abdulmuttalibin təvəkkülü və təslimiyyəti ilə yanaşı, Əbrəhə və ordusunun başına gələnlər dillərdə dastan olmuşdu.
Gözlənilən Son Peyğəmbər Hz. İbrahimin əmanətini gətirib qoyduğu yerdə zühur edəcəkdi. Ancaq bunun üçün aradan xeyli müddət keçməli idi.
Onunla bağlı məlumatlar təkcə Ondan əvvəl gələn peyğəmbərlərin dilində dolaşmır, onların arxasınca gedən arif adamların da müştərək mövzusunu təşkil edirdi.
Son Nəbinin gələcəyi ilə bağlı müjdələr Hz. İbrahimlə bitmirdi. Hz. Adəmdən başlayaraq Allah Rəsuluna qədər bütün peyğəmbərlər Ondan bəhs etdiyi kimi, Hz. İbrahimdən sonra gələcək hər peyğəmbər də öz ümməti ilə eyni müjdəni bölüşəcəkdi.
Hirada peyğəmbərliyin verilməsindən on bir il ötmüşdü. Tarix Rəcəb ayının iyirmi yeddinci gününü göstərirdi.
Peyğəmbərimizin (s.ə.s.) və Onunla birlikdə iman gətirən səhabələrin bütün cəhdlərinə baxmayaraq, Məkkədə hər şey durğunlaşmış, məkkəlilərin qəlbi yeni dinin üzünə hələ də bağlı qalmışdı.
Abdulmuttalibin başqa bir qayğısı da var idi. Həbəşistan məliki (kralı) Nəcaşinin Yəməndəki valisi Əbrəhə ordusunu toplayıb Kəbəni dağıtmağa gəlirdi.
Əsrlərdir, bir səs yüksəlir Bəkkə vadisində: − Bizi bu tənha və kimsəsiz vadidə qoyub hara gedirsən, ey İbrahim? Bu fəryad dolu sualın cavabında susur etimad və təvəkkül zirvəsi Hz. İbrahim! Çünki o, ancaq buyurulanı yerinə yetirir və əmrə itaətdən güzəştə getmək istəmirdi. Çünki bu, ilahi bir istiqamətləndirmə idi: əsrlər sonra gələcəyi müjdəsi verilən Sonuncu Nəbinin […]
Sual: “Quran” və Peyğəmbərin (s.ə.s.) göndərilməsinin rəhmət olduğunu dediyiniz halda, uyğun hərəkət etmədiyimiz təqdirdə əleyhimizdə dəlil olacağını deyirsiniz. Halbuki onlar gəlməsəydilər, onlara inanmayanlar cəhənnəmə getməyəcəkdilər. Bu təqdirdə Quran Və Peyğəmbərimiz (s.ə.s.) insanlıq üçün necə rəhmət sayılırlar? Cavab: Allah-Təala qəlblərimizdə bir çox qabiliyyətlər yerləşdirmişdir. Onlar varlığımızın içində toxumlar, çəyirdəklər kimidir. Kitablar və peyğəmbərlər bu üstün, gözəl […]
Peyğəmbərimizin (s.ə.s.) səmavi kitablarda xatəmi-nübüvvət kimi təqdim edilmiş, Əhli-Kitab arasında da axırzaman Peyğəmbəri peyğəmbərlik möhürü ilə tanınmışdır.
“Rəsulullahın adları” deyəndə Onun üçün işlədilən adları nəzərdə tuturuq. Əbu Bəkir bin Ərəbi: “Allah-Təalanın 1000 ismi var. Peyğəmbərimizin də 1000 adı var,” – deyə buyurmușdur. Peyğəmbərimizin ən çox tanınan adı Məhəmməddir. Bəzi alimlərə görə, Onun beș yüzə qədər adı var. Suyuti “Əl-Behicətüs-Səniyyə” adlı kitabını Rəsulullahın adlarına həsr etmişdir. Həzrəti Cübeyr ibn Mutim (r.a.) Peyğəmbərimizin adları […]
Yaradılıș baxımından gözəl vəsflərə nəzər salası olsaq, ən gözəl vəsflərin Fəxri-Kainatda (s.a.s.) təcəlli etdiyini görərik.