Qəza, kəffarə və müəyyən vaxta bağlı olmayan nəzir orucları üçün gün batdıqdan etibarən ən gec imsak vaxtına qədər niyyət etmək lazımdır. Nafilə və Ramazan ayında tutulan oruc üçün niyyət bir qədər fərqlidir.
Oruclu ikən bədənə iynə vurulduğu təqdirdə oruc pozulur. Xəstə və müalicə müddətində olan kəslər oruc tutmaya bilərlər. Bu səbəbdən, xəstəliyinə görə ramazanda oruc tuta bilməyənlər, sağalandan və ya müalicə prosesi tamamlanandan sonra tutmadıqları orucları sonradan qəza etməldirlər.
Sual: Təyyarə ilə səfər edən oruclu şəxs orucunu necə açmalıdır? Cavab: Ramazan ayında səfər edən şəxs oruc tutmaya bilər. Quranda belə buyurulur; “Sizdən kim xəstə olar və ya səfərdə olarsa, tutmadığı orucun sayı qədər başqa günlərdə tutsun.”
Cünub olan şəxsin imkan daxilində bir an öncə qüsl alaraq cünubluqdan çıxması gərəkir. Ancaq vaxt azlığından və ya hər hansı səbəbdən yuyunmağa fürsət tapa bilməyən şəxs yuyunmadan da sahur yeməyi yeyə bilər.
Ramazan ayında bu cür ağır işlə qarşılaşan şəxs oruc tutaraq həmin işi icra edə bilmirsə və başqa iş imkanı da yoxdursa, habelə, bu işi tərk etdiyi təqdirdə, dolanışıq vəziyyəti çətinləşəcəksə, zərurət sayıldığı üçün bu halda oruc tutmaya bilər. Odur ki, ağır bir işdə işləməyə məcbur olan şəxs, oruc tutduqda, xəstəliyə tutulacağından qorxarsa oruc tutmaya bilər. Bu şəxslər daha sonra tuta bilmədikləri orucları qəza etməlidirlər.
Dişlərin arasından çıxan qan, tüpürcəyin rəngini dəyişmədiyi təqdirdə udularsa bu, oruca zərər vermir. Ancaq qan tüpürcəkdən çox olar və udularsa oruc pozulur.
Orucun şərtlərindən biri niyyətdir. Niyyətsiz oruc səhih deyil. Buna görə də oruca nə zaman və necə niyyət ediləcəyini bilmək lazımdır.
“Oruclu olduğunu unudaraq nə isə yeyən və ya içən şəxs oruca davam eləsin, pozmasın. Çünki onu Allah yedirib-içirmişdir.”
Sahura qalxa bilmədiyi üçün oruc tutmayan şəxs həmin orucu qəza etməlidir? Ramazan ayında axşamdan növbəti günün orucuna niyyət etməyi unudan və sahura qalxa bilməyən şəxs günortaya qədər niyyət edə(rək orucunu tuta) bilər.
Analiz və ya kiməsə kömək məqsədilə qan vermək orucu pozmur. Qan aldırmaqla da oruc pozulmur.
Rəsulullah (s.ə.s.) iftarını namazdan əvvəl bir neçə təzə xurma ilə, təzə xurma olmayanda quru xurma ilə, o da olmayanda bir neçə qurtum su ilə açardı.
Öz-özünə (qeyri-ixtiyari) mədədən boğaza gələn və öz-özünə geri qayıdan qusuntu ağız dolusu qədər olsa da orucu pozmur. Hər hansı narahatlıqdan dolayı ixtiyari olaraq gələn az miqdarda qusuntu öz-özünə geri qayıdarsa, oruc pozulmur. Ancaq bu qusuntu miqdarı ağız dolusu qədər olarsa, oruc pozulur. Həmin şəxs ağzını yaxaladıqdan sonra oruca davam etməli, sonradan bu orucunu qəza etməlidir. […]
Kim Ramazan ayında üzrsüz səbəbdən və xəstə olmadığı təqdirdə tutduğu orucu pozarsa, ömür boyu oruc tutsa da həmin orucun yerinə keçməz.
Siqaret və qəlyan çəkmək orucu pozur. Həmin oruca qəza və kəffarə gərəkir. Başqasının çəkdiyi siqaret tüstüsünü bilərək ciyərlərinə çəkən şəxsin də orucu pozulur.
Diş fırçalamaq orucu pozmur. Ancaq diş fırçalayarkən diş pastası, misvaq parçaları və ya su udularsa, oruc pozulur. Orucun pozulma ehtimalını nəzərə alaraq dişləri imsakdan əvvəl və iftardan sonra fırçalamaq məsləhətdir.
Endoskopiya, kolonoskopiya və ultrasəs müayinələri zamanı cihazın içərisindən su axıdılarsa oruc pozulur. Ancaq bu cihazlarla müayinə zamanı həzm sisteminə su, yağ və bənzəri qida maddəsi daxil olmadığı müddətcə oruc pozulmur.
Əri tündxasiyyətli olan bir qadın dilinin ucu ilə bişirdiyi yeməyin dadına baxa bilər. Həmçinin bir şeyi alarkən aldanma ehtimalı olan şəxsin, satın alacağı qida maddəsinin dadına baxması da caizdir.
Vəfat edən şəxsin ailəsi və ya yaxınları onun qəzaya qalmış oruclarını tuta bilməzlər. Rəsulullah (s.ə.s.) belə buyurur: “Heç kim başqasının yerinə oruc tuta bilməz. Heç kim başqasının əvəzinə namaz qıla bilməz.”
Bir insan həyatı boyu sağlam qalmaq istəyirsə, hər il dörd həftə yeməkdən imtina edib, oruc tutmalıdır”.
Hamilə və uşaq əmizdirən qadınlar özlərinə və körpələrinə hər hansı zərər olmayacağı təqdirdə oruc tuta bilərlər.