Böyüklərdən böyükdür Allah. Bütün həmdlər yalnız Ona məxsusdur. Bütün mədh və təriflər Ona layiqdir, biz də səhər-axşam Onu təsbeh, təqdis edirik.
Sirr insana verilən əmanətdir. Dürüst adam hər cür əmanətdə əmin olduğu kimi bu mövzuda da əmindir. Çünki o bilir ki, sirr onun əsiridir, ifşa edərsə o sirrinin əsiri olar.
“Üstündə Allahın adı çəkilməmiş (– “Bismillah” deyilib kəsilməmiş heyvanlardan) yeməyin. Çünki bu, günahdır…”
Oğurlanan və ya qəsb edilən mal əmanət hökmündədir. Bu mal qorunmalı və sahibinə qaytarılmalıdır. Belə ki, malın əsl sahibi malının ona aid olduğunu isbat etdikdə onu oğrudan və qəsbkardan ala bildiyi kimi, malın satıldığı şəxsdən də almağa ixtiyarı var.
Günah qəlbə işləyib onu qaralda-qaralda iman nurunu söndürənədək qatılaşdırır. Hər bir günahda küfrə gedən yol var. Günah tövbə edilib dərhal təmizlənməsə, kiçik bir mənəvi ilan olub qəlbi yaralayır.
Son dövrlərdə bəzi şəxslər müəyyən proqramlardan istifadə edərək başqasına aid “wi-fi” şifrəsini sındıraraq həmin internetdən istifadə edirlər.
Sual: Lisenziyasız proqramlardan istifadə etmək olarmı? Müəllif hüqularının qorunması haqqında İslam alimlərinin bir arya gələrək verdikləri dəqiq bir hökm yoxdur. Əgər istifadə olunacaq proqram şifrəlidirsə, deməli, onun icazəsiz istifadə edilməyini istəmirlər. Belə proqramlardan istifadə etmək caiz deyildir. Hər hansı proqramı yükləmək üçün müəyyən ödəniş tələb olunursa həmin ödəniş ödənildikdən sonra proqramdan istifadə etmək olar. Əgər proqramın qiyməti həddindən […]
Rəsulullah sallallahu aleyhi və səlləmin səhər və axşam namazlarında salam verdikdən sonra oxuduğu dualar. PDF olaraq yüklə لَا إِلهَ إِلَّا اللَّهُ وَحْدَهُ لَا شَرِيكَ لَهُ، لَهُ الْمُلْكُ وَلَهُ الْحَمْدُ يُحْيِي وَيُمِيتُ وَهُوَ عَلٰى كُلِّ شَيْءٍ قَدِيرٌ (10) ( 7 ) اَللَّهُمَّ أَجِرْنِي مِنَ النَّارِ اَللَّهُمَّ أَدْخِلْنَا الْجَنَّةَ، اَللَّهُمَّ اجْعَلْ خَيْرَ عُمُرِي اٰخِرَهُ وَخَيْرَ عَمَلِي خَوَاتِمَهُ وَاجْعَلْ […]
Hz. İsmayılın anası Hz. Həcər xeyli su axtarandan sonra övladının qoyduğu yerdən suyun fışqırdığını görmüş və “yavaş-yavaş, dayan-dayan!” demiş, sonra da ətrafa yayılmasın deyə həmin yerin kənarlarına qum tökməyə başlamışdır. Deyilənə görə, bu hadisə suya zəmzəm adının verilmə səbəbidir.
Evlənmək istədiyimiz qadının haqqımızda xeyirli olub-olmamasını öyrənmək üçün iki rükət namaz qılınır və belə dua edilir.
Milçəkləri bir-bir öldürməkdənsə, ən yaxşısı, bataqlığı qurut.
Həcər kəlməsi ərəb dilində “daş” deməkdir. Həcərül-əsvəd isə “qara daş” mənasındadır.
Beytullahı Hz. İbrahim (ə.s) və oğlu İsmail (ə.s) inşa etmiş və birinci həcc ibadəti o dövrdə başlamışdır. Aşağıdakı ayələrdə həccin başlanğıcı haqqında belə buyurulur: “Bir vaxtlar İbrahimə, Beytullahın yerini hazırlamış və (ona belə demişdik): “Mənə heç bir şeyi şərik qoşma Beytumi (evimi) təvaf edənlər, namaz qılanlar, rükü və səcdə edənlər üçün yaxşı bir şəkildə təmizlə.”
Ata və oğul gölün kənarına gəldilər və tilovu gölə atıb geri qayıtdılar. Bir saat sonra tilovu yoxlamağa gəldilər və bir-neçə balığın tilova düşdüyünü gördülər. Bunu görən uşaq: “Mən tilova balıq düşəcəyini bilirdim”, – dedi. Atası: “Haradan bilirdin?” – deyə soruşdu. Uşaq: “Çünki dua etdim onun üçün”, – deyə cavab verdi… Ata və oğul tilovu yenidən […]
Allah dostlarından İbrahim Ədhəm bir gəmi ilə səyahət edir. Səyahət zamanı gəmidə olan bir təlxək adamları güldürüb-əyləndirir ki, bir şey qoparsın. Birdən gözü İbrahim Ədhəmə sataşır. “Dayanın, bu dərvişə də bir əl atım” – deyərək onu ələ salmağa, gülməli hərəkətlər etməyə başlayır. İbrahim Ədhəm də ona baxıb nəfsinin cilovunu çəkir və səbir edib heç bir […]
Duanın iki növü var: feli (əməli) və sözlə dua. İnsanın üzərinə düşən öhdəlikləri səbəblər dairəsində yerinə yetirməsi, çalışıb səy göstərməsi feli duadır.
Zəkatın fərz olmasının şərti: həddi-büluğa çatmaq, əqli cəhətdən sağlam və azad olmaq, nisab miqdarında mala malik olmaq.
Zəkat lüğətdə “təmizlik”, “artmaq”, “mədh etmək”, “bərəkət”, “yaxşı və düzgün olmaq” mənalarına gəlir.
İnfaq, insanın alın təri ilə qazandığından, ruzi olaraq ona lütf edilən nemətlərdən, sahib olduğu var-dövlətindən Allahın rizasını qazanmaq niyyəti ilə ehtiyac sahibi insanlara verməsidir.
Oruclu ikən misvakdan istifadə etmək orucu pozmur.