Dəlilsiz, araşdırmasız hər hansı bir ideyalogiyanı mənimsəyənlərin qarşılaşacaqları kiçik sarsıntılar nəticəsində tərəddüdə düşmələri, hətta o ideyalogiyadan imtina etmələri mümkündür.
Nəzir insanın fərz və ya vacib olan hər hansı ibadəti edəcəyinə dair Allaha verdiyi sözdür. Nəzir sözünün əvəzinə əhd sözü də işlədilir.
Bizlər Günəşin elçiləriyik. Bizim vəzifəmiz kainatın yaradılışı əsnasında Günəşdə depolanan enerjini dünyaya çatdırmaqdır. Günəşin mərkəzində fizyon adlandırılan nüvə parçalanması və ya birləşməsilə müşayiət olunan nüvə reaksiyası zamanı, dörd ədəd hidrogen atomundan bir ədəd helium atomu əmələ gəlir.
Mədəyə su, qan və s. getməmək şərtilə dişə qoyulan plomb orucu pozmur. Maye getdiyi təqdirdə oruc pozulur və qəza edilməlidir.
Ramazan ayı xaricində insanın öz istəyi ilə tutduğu oruclar nafilə oruc sayılır. Nafilə belə olsa başlanılan ibadəti tamamlamaq lazımdır.
Jele, krem və ətirdən istifadə etməklə oruc pozulmur. Bədənə istilik verən kremlər (vicks, vyetnam mazı və s.) də orucu pozmur.
Anesteziya müəyyən dərman preparatları vasitəsilə mərkəzi sinir sisteminin və ya hər hansı orqanın keyidilməsinə deyilir. El arasında “narkoz” adlanır.
Ürəyində narahatlıq olan bəzi şəxslərin istifadə elədiyi dilaltı həblər birbaşa ağız toxumaları tərəfindən qana sovrulur, mədəyə gedib çatmır. Buna görə də dilin altına qoyulan həblərdən istifadə etmək orucu pozmur.
Dəniz, göl və ya çayda çimmək orucu pozmur. Lakin belə yerlərdə istəmədən də olsa ağız və burundan su girsə yəni su udulsa oruc pozulur.
“Mömin qadınlara de ki, gözlərini haram buyurulmuş şeylərdən çevirsinlər (naməhrəmə baxmasınlar), ayıb yerlərini (zinadan) qorusunlar (və ya örtülü saxlasınlar); öz-özlüyündə görünən (əl, üz) istisna olmaqla, zinətlərini (zinət yerləri olan boyun, boğaz, qol, ayaq və s. naməhrəmə) göstərməsinlər;
Ağciyər xəstələrinin istifadə etdiyi aerozol bir istifadədə 1/20 ml kimi çox az bir miqdar ağıza püskürdülməkdədir. Spreyin əhəmiyyətli bir qismi ağız və nəfəs borularının divarına hoparaq yox olmaqdadır. Ondan da geriyə bir miqdarın qalır ki, bu qalan hissənin də tüpürcək vasitəsi ilə mədəyə çatdığı mövzusunda dəqiq məlumat yoxdur. Dəstəmaz alarkən ağızda qalan su ilə müqayisə […]
Yuxuda olarkən cünub olmaq insanın ixtiyarı xaricindədir. Bu gecə və ya gündüz yatarkən baş verə bilər. Sahurdan sonra yatan, oyananda cünub olduğunu görən şəxsin orucu pozulmur. Həmin şəxs oruca davam etməlidir.
Raşidi xəlifələrdən beşincisi sayılan Xəlifə Ömər bin Əbdüləziz (682-720) işinə bağlı və işini sevən həqiqi dövlət adamı idi. Bir gün işləməkdən yorğun düşmüşdü. Dostları: “Özünü niyə bu qədər yorursan. Qalan işləri də sabah görərsən”, – dedilər. O böyük insan isə qulaqlara sırğa olan bu cavabı verdi: “Bu günün işi məni yordu, sabah iki günün işi birləşsə, onda nə edərəm?”
Qulaqla boğaz arasında bir kanal mövcuddur. Qulaq pərdəsi bu kanalın önünü kəsdiyinə görə qulağa daxil olan su və ya damızdırılan dərman boğaza gedib-çatmır. Buna görə də, qulağa damızdırılan dərman və qulağın yuyulması nəticəsində oruc pozulmur.
Ailədəki xoşbəxtliyin mütəmadi olmasında sevginin rolu əvəzsizdir. Sevginin ifadə şəkilləri üçün isə sevgi dilinin öyrənilməsi lazımdır. Hər insanın daxilində başqa insan tərəfindən sevilmək, sevildiyini bilmək istəyi var. Ailə həyatında sevgi nə qədər önəmlidirsə, onun ifadə şəkilləri də bir o qədər əhəmiyyətlidir.
Sual: Kişinin icazəsi olmadan qadın onun cibindən pul götürə bilərmi? Cavab: Ailədə kişinin öz hüquqları və vəzifələri olduğu kimi, qadının da öz hüquqları və vəzifələri var. Məsələn, ailənin ehtiyaclarını ödəmək kişinin borcudur. İxtisası, elmi dərəcəsi, cəmiyyət içində mövqeyi nə olursa-olsun, kişi bilməlidir ki, evinin halal dolanışığını təmin etmək onun borcudur, istər yük daşısın, istər yer belləsin, istərsə də meyvə satsın… Bunlar əskiklik deyil, əskiklik öz borcunu yerinə yetirməməkdir.
Hənəfi məzhəbinə görə, cümə günü imam minbərdə xütbə oxuyarkən ilk sünnət və ya məscid salamlama (təhiyyətul-məscid) namazı qılmaq olarmı?
“Hamılıqla Allahın ipinə (dininə, Qurana) möhkəm sarılın və (firqələrə bölünüb bir-birinizdən) ayrılmayın! Allahın sizə verdiyi nemətini xatırlayın ki, siz bir-birinizə düşmən ikən. O sizin qəlblərinizi (islam ilə) birləşdirdi və Onun neməti sayəsində bir-birinizlə qardaş oldunuz. Siz oddan olan bir uçurumun kənarında ikən O sizi oradan xilas etdi. Allah Öz ayələrini sizin üçün bu şəkildə aydınlaşdırır […]
Evlilik bir-birinə yad, fərqli xarakterli iki insanın birlikdə yaşadığı həyat deməkdir. Xarakter, mədəniyyət, vərdişlər, ənənələr, fiziki özəlliklər, inanılan və əməl edilən dini, əxlaqi dəyərlərin fərqliliyi, müxtəlifliyi, çoxluğu, azlığı və s. kimi rəngarənglik içərisində iki canda bir ürək olmağı bacarmaq, əlbəttə, çətindir. Burada bir olmağı bacarmaq, heç olmasa, qarşılıqlı sevgi və sayğı ilə çətinlikləri dəf etmək vaxt tələb edir.
Sual: Bu gün ictimai fəlakətə çevrilən intihar hadisələrinə İslam nə cür yanaşır? İnsanın həm dünyasını, həm də axirətini fəlakətə sürükləyən intiharın səbəb və amilləri nələrdir? Cavab: Qurani-Kərimdə intihar barədə konkret ayə olmasa da, insan öldürməklə bağlı verilən hökmü intihara da şamil edə bilərik. Çünki cana qıymaq cinayət olduğu kimi, bir insanın öz canına qəsd etməsi də […]